Eyni coşqu ilə fərqli şəkildə
30.12.2023 [14:07]
Dünyada Yeni ili necə qarşılayırlar?
AYSU
2024-cü ilə qədəm qoymağımıza sayılı günlər qalır. Yeni il bütün dünyada eyni vaxtda - dekabrın 31-də keçirilsə də, adətləri bir-birindən xeyli fərqlənir. Hətta Yeni ildə açılan süfrələr belə bir-birinə bənzəmir. Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacsız təsəvvür etmək qeyri-mümkündür. Bir çox yerlərdə Yeni ildə bəzədilən yolkanı xristianlıqla əlaqələndirsələr də, tarixə nəzər salsaq, onun heç də xristianlığa bağlı olmadığını görərik.
Belə ki, yolkanın bəzənməsi xristianlıqdan əvvəl başlayıb və heç bir dinlə əlaqəsi yoxdur. Hələ Miladdan çox-çox əvvəl qədim Misir sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirlərmiş. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi sayılırmış. Romalılar isə “əkin allahı”nın şərəfinə evlərini yarpaqlarla bəzəyiblər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.
Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya - Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ Evin qarşısında bu mərasim keçirilir. Beləcə, şam ağacı bütün dünyada məşhurlaşıb.
Müasir dünyanın Yeni il ab-havası
Almaniyada Yeni ilə bir neçə gün qalmış Milad bayramını daha təmtəraqlı keçirirlər. Həmin gün ailələr, qohum-əqrəbalar bir süfrə ətrafına yığılıb bayramın əsas şirniyyatı sayılan “Lebkuhen” kişmişli tortunu dadır və bir-birlərinə hədiyyələr bağışlayırlar. Yeni il gecəsi saat 12-ni vuranda isə almanlar ovuclarında metal pul sıxaraq atılıb düşürlər. İnanırlar ki, bunu etsələr, Yeni il daha bərəkətli olacaq.
Çində Yeni il ailə bayramıdır. Yeni il gecəsi balıq və toyuq ailə birliyinin simvolu kimi süfrəyə bütöv şəkildə verilir. Uzun makarondan bişirilən yeməklər isə uzun ömrü simvolizə edir. Hətta inanca görə, bunları bişirərkən kəsmək uğursuzluq gətirər. Bayram axşamı naringi və portağallar əldən-ələ ötürülür. Çinlilərə görə, naringi şans, portağal isə zənginlik gətirir.
Yaponiyada Yeni ili gecə saat 12 tamamda 108 kilsə zəngi vurmaqla qeyd edirlər. Bu rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Bununla da “gündoğar ölkə”nin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar. Zəngdən sonra hamı yatır, şənlik isə səhərə yaxın başlanır.
Amerikada saat 12 tamamı göstərəndə insanlar bir-birini qucaqlayıb öpürlər. Sükan arxasında olanlar maşının siqnallarını basaraq Yeni ilin gəlişini qeyd edirlər. Bayram süfrəsini noxuddan hazırlanmış yeməklərlə bəzəyirlər. Bunun onlara uğur və xoşbəxtlik gətirəcəyinə inanırlar.
İtaliyada Yeni il bayramı ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz, ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır. İtaliyada uşaqların Şaxta babaları yox, Şaxta nənələri var. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da, Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə illə vidalaşırlar.
-Hindistanda Yeni ili müxtəlif cür qarşılayırlar. Ölkənin şimal əhalisi özlərini ağ, qırmızı, cəhrayı və bənövşəyi çiçəklərlə bəzəyirlər. Ölkənin mərkəzində evləri bənövşəyi bayraqlarla bəzəyirlər. Qərbdə evlərin damında od qalayırlar. Bayram ərəfəsində analar böyük qablara uşaqlar üçün aldıqları hədiyyələri, şirniyyatları, gül qoyurlar. Yeni ilin ilk günü səhər uşaqları gözü bağlı nimçəyə yaxınlaşdırırlar ki, onlar özlərinə hədiyyə seçsinlər.
Avstraliyada Yeni il günü çox isti havadır, ona görə də Şaxta baba qonaqlığa xəz paltoda deyil, “plavkidə” gəlir. Düzdür, hələlik Şaxta baba saqqaldan və uzundimdik şapkadan üzülüşə bilməyib. Buna baxmayaraq, nağılbaz baba maral dərili xizəyi baba serfinq taxtasına dəyişib.
İngilislər gecə saat 12-nin birinci zərbəsini vuranda evin arxa qapısını açaraq köhnə ili yola salır, son zərbəsini vuranda isə ön qapını açaraq yeni ili qarşılamış olurlar. Hər kəs karnaval şənliklərinə qoşulur, Santa Klaus isə uşaqlara bayram hədiyyələri gətirir.
Yeni ili necə və harda qeyd etməyimizdən asılı olmayaraq, dünyamıza sülh, əmin-amanlıq və xoş anlar gətirsin!
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17

