Dünya memarlığının sevgi abidəsi
27.02.2024 [10:38]
Hindistanın Aqra şəhərində, Camna çayı sahilində yerləşən Tac-Mahal dünya memarlığının şah əsəridir. Bu abidə Böyük Moğolların türk, islam və hind memarlıq üslublarının elementlərini birləşdirən ən möhtəşəm abidəsidir. Böyük Moğollar İmperiyasının hökmdarı, Əmir Teymurun nəslindən olan Cahan şahın əmri ilə ucaldılmış Tac-Mahal həm də əbədi məhəbbətin rəmzidir.
Belə bir möcüzəni yaratmağa Cahan şahı nə sövq etmişdi? 1630-cu ildə Cahan şaha böyük kədər üz verdi. Xanımı Mümtaz Mahal Banu Bəyim 14-cü övladını dünyaya gətirən zaman gözlərini əbədi yumdu. Heç cür ovuna bilməyən Cahan şah bir il sonra Mümtaz Mahala böyük məhəbbətini misli görünməmiş memarlıq abidəsində əbədiləşdirmək qərarına gəldi.
Türbənin tikintisi 1652-ci ildə başa çatdı. Tac-Mahalı ərsəyə gətirmək üçün minlərlə sənətkar gecə-gündüz çalışdı.
Böyük və gözəl fəvvarəli bağ içində salınmış Tac-Mahal beşgünbəzli möhtəşəm binadan və künclərindəki 4 minarədən ibarət tikilidir. Türbənin xarici görünüşü mütləq simmetriya konsepsiyasına söykənir və Mümtaz Mahalın məqbərisinə nəzərən mərkəzi-ox simmetriyasına malikdir.
Tac-Mahalın divarları yarımşəffaf ağ mərmərlə örtülüb. Rəngini dəyişən, daha doğrusu, belə bir təsəvvür yaradan mərməri inşaat yerinin 300 kilometrliyində yerləşən daş karxanasından gətirirdilər. Mərmər gündüzlər ağ, dan yeri söküləndə, qürub çağında çəhrayı, gecələr isə gümüşü rəngə çalırdı. Dekorativ elementlər müxtəlif boya, suvaq, daş inkrustasiya və oyma fiqurların köməyi ilə yaradılıb. Kompleksin divarlarına dekorativ elementlər kimi Qurani-Kərimdən parçalar həkk olunub. Divarlar və tavan əlvan daşlarla – firuzə, qara, qırmızı və narıncı əqiq, malaxit, mirvari, sədəf, kəhrəba, zümrüd və yaqutla işlənib. Ümumiyyətlə, 28 növ yarımqiymətli və qiymətli daşlardan istifadə olunub. Bu daşları hətta Çin, Əfqanıstan, Tibet və Şri-Lankadan gətirirdilər.Türbəni türk memarı Ustad Məhəmməd İsa Əfəndi tikib.
Türbəni bəzəyən günbəzlər qızıl suyu çəkilmiş fiqurlarla tamamlanıb. Yeri gəlmişkən, sərdabəni bəzəyən mərmər günbəz Tac-Mahalın ən cəlbedici hissəsidir. Onun hündürlüyü 35 metrdir. Baş günbəzin əzəldən qızıldan olan tacı XIX əsrdə tuncla əvəzlənib. Tacı ucları səmaya istiqamətlənən aypara tamamlayır.
Saray ümumən 1,2 hektar ərazidə yerləşir.
Əfsanəyə görə, Camna çayının o biri sahilində qara mərmərdən oxşar tikili ucaldılmalı, bu iki tikilini birləşdirmək üçün çayın üzərindən boz mərmərdən körpü çəkilməli idi. Amma Cahan şah bu niyyətini həyata keçirməyə macal tapmır.
Tac-Mahalın tikintisi başa çatandan çox keçməmiş oğlu Cahan şahı devirir və onu Dehli qalasına salır. Ölümündən sonra onu sevimli xanımının yanında dəfn edirlər. Hazırda onların sərdabələri türbənin içindədir.
XIX əsrin sonunda Tac-Mahalın ayrı-ayrı hissələri baxımsız vəziyyətə düşdü. Türbə Britaniya əsgərləri və məmurları tərəfindən qarət edildi. Onlar binanın divarlarından qiymətli daşları söküb aparırdılar. Elə həmin vaxt lord Keyzon irimiqyaslı yenidənqurma işlərinə başladı. Bərpa işləri 1908-ci ildə başa çatdı. Moğalların bir vaxtlar cənnəti xatırladan bağına da əl gəzdirib, onu Britaniya üslubuna saldılar.
Tac-Mahal Hindistanın hər il milyonlarla turist cəlb edən ən görməli yerlərindən biridir. Bu abidə 1983-cü ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, 2007-ci ildə isə ümumdünya səsverməsi nəticəsində Dünyanın Yeddi yeni möcüzəsi siyahısına salınıb.
Mikayıl
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

