Bizi dünyaya tanıdan ...
14.05.2024 [09:58]
“Xarıbülbül” festivalı necə yarandı?
Dillərə dastan olan Xarı bülbül gülü Şuşanın rəmzi, təbiətin möcüzəsi hesab edilir. Sanki Xarı bülbül gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman Xarı bülbülü seyrə çıxıb. Qarabağda bu gülün şöhrəti o qədər səs salıb ki, hətta onun şəninə konsertlər verilib, festivalar təşkil edilib. Həmin konsertləri ölkəmizin böyük sənətkarları öz ifaları ilə bəzəyiblər. Çıxışlar arasında Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin “Qızıl Fond”una daxil olan “Sona bülbüllər” mahnısı xüsusi yer alıb.
Festivalın tarixçəsi...
“Xarıbülbül” beynəlxalq musiqi festivalı xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və SSRİ respublikalarının iştirakı ilə keçirilib. Lakin o zamanlar Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın 29 il keçirilməsi mümkün olmayıb.
Qarabağ münaqişəsi başlayandan Xarıbülbül Azərbaycan xalqının mübarizə rəmzinə çevrilib. Qarabağ ərazisi işğal olunduqdan sonra isə Xarıbülbül bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olub. Mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda Xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu.
Festivalın may ayında baş tutmasına səbəb isə bu ayda Xarıbülbülün çiçəklənmə dövrü hesab edilməsidir. Konsertlər Cıdır düzü meydançasında tikilmiş 7 məkanda keçirilmişdi. Festival 12-15 yaşlarında “Qarabağ şikəstəsi” muğamını ifa edən gənc xanəndələrin ifası ilə açılmışdı. Festivalın ilk günü Qarabağ atlarının da yarışları olmuşdu. İlk festivalın tamaşaçıları əsasən Şuşanın sakinləri idilər.
Torpaqlarımız azad olunduqdan sonra ...
Məlum olduğu kimi, ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilərək, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. 2021-ci ildə Prezident İlham Əliyevin isə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi, Vaqif Poeziya günləri və “Xarı bülbül” festivalını bərpa etməsi ölkəmizin mədəni həyatında əlamətdar hadisələrdən biri idi. Şuşa şəhəri işğaldan azad olunandan sonra ilk dəfə həmin il mayın 12-i və 13-də “Xarıbülbül” festivalı keçirilib.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra artıq 4-cü ildir ki, mədəniyyət paytaxtımızda bu möhtəşəm festival baş tutur. Belə ki, bu il mayın 11-də Şuşada VII “Xarı bülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub.
Builki festival əvvəlki 3 festivaldan fərqlənib. Çünki bu il ilk dəfə Laçında da festival tədbirləri keçirildi.
Qeyd edək ki, indiki “Xarı bülbül” festivalı “Şuşa- islam dünyasının mədəniyyət paytaxtı 2024” ili çərçivəsində keçirilən tədbirlərlə üst-üstə düşüb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

