Azərbaycan Frankfurt Beynəlxalq kitab sərgisində uğurla iştirak edir
12.10.2012 [11:36]
Tədbirdə ölkəmizi Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edir.
“Azərbaycan” stendi sərgi məkanının ən görkəmli yerində Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan, M.F.Axundzadə adına Mİlli Kitabxananın fondlarından gətirilən 350 adda nəfis kitab və 700 nəşr məhsulu ilə zəngindir.
Artıq sərginin ilk günündə Azərbaycan stendi tamaşaçıların diqqətini cəlb etmiş və xeyli ziyarətçi toplayıb.
Oktyabrın 13-də sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin və Almaniyanın Mainz Universitetinin bir sıra alimlərinin iştirakı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar tədbirin keçirilməsi də nəzərdə tutulub.
Frankfurt Beynəlxalq kitab sərgisi (bəzən ona həm də yarmarka deyilir. Frankfurt Book Fair-ingiliscə, Frankfurt Buchmesse-almanca) kitablar üçün ən böyük sərgi və ticarət yarmarkasıdır. Hər il oktyabr ayının ortalarında Almaniyanın Frankfurt-am-Mayn şəhərində keçirilir. İlk üç gün yarmarkanın xüsusi qonaqlarının girişinə icazə verilir, geniş ictimaiyyətin nümayəndələri isə son iki gündə sərgiyə baş çəkə bilərlər. Dünyanın bütün nəşriyyatları və multimedia şirkətlərinin nümayəndələri beynəlxalq nəşriyyat hüquqları və lisenziya haqları barədə danışıqlar aparmaq üçün Frankfurt kitab sərgisinə toplaşır. Beş gün ərzində yarmarkada dünyanın 110 ölkəsinin 7500-dən çox stendi qurulur və 286 mindən çox qonaq iştirak edir.
Frankfurt kitab sərgisinin 500 ildən çox tarixi ənənəsi var. Yohannes Quttenberq Frankfurtda Maynz yaxınlığında kitab çapını ixtira etdikdən sonra ilk kitab yarmarkası yerli satıcılar tərəfindən keçirilib. XVII əsrin sonlarına qədər bu, Avropanın ən əhəmiyyətli kitab yarmarkasına çevrilib. İntibah dövründə siyasi və mədəni inkişafın nəticəsi olaraq Leypsiq kitab yarmarkası onu kölgədə qoyub. İkinci Dünya müharibəsindən sonra, 1949-cu ildə Müqəddəs Paul Kilsəsində ilk kitab yarmarkası yenidən keçirilib və o vaxtdan Frankfurt kitab yarmarkası yenidən özünün qabaqcıl mövqeyini qazanıb.
Azərbaycan Beynəlxalq Frankfurt kitab sərgisində artıq beşinci dəfədir ki, uğurla iştirak edir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09

