Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası işə başlayıb
09.10.2024 [11:44]
Oktyabrın 8-də İslam dünyasının mədəniyyət paytaxtı Şuşada ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 12-ci sessiyası işə başlayıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Şuşaya gələn qonaqlar əvvəlcə mədəni irs yerlərinə ekskursiya ediblər.
Tədbirdə çıxış edən Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov qonaqları salamlayıb və komitənin işinə uğurlar arzulayıb.
Sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin tədbir iştirakçılarına müraciəti oxunub.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında Azərbaycanın mədəni irsi və bu irsin qorunması naminə həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat verib. Ölkəmizin zəngin tarixi-mədəni irsində Qarabağ irsinin xüsusi yer tutduğunu deyən S.Yusifova, işğal dövründə dağıdılmış abidələrə dair statistik məlumatları paylaşaraq, mədəni mühitin və irsin canlandırılması üçün hazırda davam edən bərpa-quruculuq işləri haqqında danışıb. Bununla yanaşı, təbii irsin qorunmasının vacibliyini vurğulayan nazir müavini, Mədəniyyət Nazirliyinin COP29 çərçivəsində planlaşdırdığı beynəlxalq tədbirlər və yeni təşəbbüslər haqda danışıb.
Komitənin sədri, Səudiyyə Ərəbistanın təmsilçisi Alayidarus Muhammed yüksək səviyyədə təşkilatçılığa görə ev sahibi Azərbaycana təşəkkürünü bildirib və sessiyanın gündəliyi barədə məlumat verib.
Açılış sessiyasının sonunda Şuşa Şəhəri Dövlət Qoruğuna həsr olunmuş xüsusi təqdimat izlənilib.
Daha sonra Komitənin üzvləri xatirə fotosu çəkdiriblər.
Fasilədən sonra keçirilən birinci sessiyada İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro tərəfindən Mərkəzin konsepsiyası, növbəti iki ili əhatə edən prioritetləri təqdim olunub. Təqdimata dair Azərbaycan, Burkino Faso, Qətər, Fələstin və digər ölkələrin təklifləri müzakirə edilib. Ekspertlər şurasında ölkəmizi təmsil edən Rizvan Bayramovun çıxışında Komitə tərəfindən İslam ölkələrində mövcud olan qeyri-islam irsi, eləcə də, qeyri-islam ölkələrində mövcud İslam irsinin müvafiq siyahıyaalma mexanizmləri üzrə işin təkmilləşdirilməsi təklif olunub.
İkinci sessiyada isə 2024-cü ildə həyata keçirilmiş layihələr üzrə hesabatlara baxılıb, Komitə üzvlərinin təklifləri müzakirə edilib.
ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 12-ci sessiyası işini bu gün davam etdirəcək.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41

