Türkiyə və Macarıstan Mədəniyyət ili Azərbaycan bəstəkarının əsəri ilə yekunlaşıb
14.12.2024 [08:29]
Ümummilli Lider Heydər Əliyevin anım günündə Ankarada Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələrin inkişafına töhfə məqsədilə əsərin səsləndirilməsi çox əhəmiyyətli və əlamətdar haldır. Müasir Azərbaycanın memarı bütün həyatı boyu Türk dünyasında xalqların bir-birinə daha da yaxınlaşdırılmasına, sıx əlaqələrin yaradılmasına can atıb.
Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində dekabrın 12-də Ankarada Türkiyə və Macarıstanın Mədəniyyət ilinin başa çatmasına həsr olunmuş təntənəli proqram çərçivəsində “Gül Baba” simfonik poeması səsləndirilən görkəmli Azərbaycan bəstəkarı İlyas Mirzəyev deyib.
Azərbaycan bəstəkarının əsəri Türkiyə və Macarıstan prezidentlərinin də olduğu salonda gurultulu alqışlarla qarşılanıb.
Azərbaycanlı bəstəkar məlumat verib ki, simfonik poema Gül Baba Fondunun sədri, Türkiyənin tanınmış xeyriyyəçisi və sahibkarı Adnan Poladın təklifi ilə yazılıb. A.Poladın təşəbbüsü ilə daha əvvəl Budapeştdə Osmanlı dövrünün məşhur din xadimi, həyatını macar xalqına kömək etməyə həsr etmiş Gül Babanın türbə-məqbərəsi tikilib.
Türkiyə-Macarıstan Əlaqələrinin İnkişafı Fondunun sədri Rəmzi Buxaralı da əsərin yaradılması ideyasını fəal şəkildə dəstəkləyib.
“Simfonik poema üzərində iş 2022-ci ildə başa çatıb və ilk dəfə həmin il aprelin 1-də Türkiyənin Prezident Simfonik Orkestri tərəfindən ifa olunub”, - deyə İ.Mirzəyev bildirib.
Onun sözlərinə görə, Türkiyə-Macarıstan dostluğuna həsr olunmuş bu əsərin dünyanın ən yaxşı orkestrlərindən birinin - Budapeşt Simfonik Orkestrinin repertuarına daxil edilməsi planlaşdırılır.
İ.Mirzəyev Azərbaycan dövlətçiliyinin memarının xatirəsinə həsr etdiyi “Kainata gedən yol” adlı digər əsərinə də diqqət yönəldib: “Unudulmaz Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu əsər keçən il Bakıda keçirilən yubiley konsertimdə ifa olunub”, - deyə o, qeyd edib.
İ.Mirzəyev yazdığı əsərlərin Azərbaycan xalqının Ümummilli Liderinin hüzurunda, xüsusən də İstanbulda dəfələrlə səsləndirilməsindən qürur hissi keçirdiyini bildirib. “Dahi dövlət xadimi mənim orkestrlə verdiyim konsertlərdən o qədər təsirləndi ki, sonradan Bakıda qastrol səfərində olan Türkiyənin “Tekfen” orkestrindən onu yenidən ifa etməyi xahiş edib”, - deyə bəstəkar xatirələrini bölüşüb.
O, həmçinin Azərbaycanın tanınmış jurnalisti, anası Svetlana Mirzəyevanın özünü hər zaman Heydər Əliyevin yaxın silahdaşı hesab etdiyini bildirib.
“O, dahi Heydər Əliyevi yaxşı tanıyırdı. Onun səyləri ilə qeyri-adi şəxsiyyətlə görüşlər barədə xatirələrin yer aldığı “Heydər Əliyev: incəsənət bütün həyatım boyunca məni müşayiət etdi” kitabı nəşrə hazırlanıb”, - deyə bəstəkar bildirib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55

