“TÜRKSOY-un II Beynəlxalq simulyasiyası” keçirilib
19.12.2024 [18:14]
“TÜRKSOY-un II Beynəlxalq simulyasiyası” reallaşdırılıb. Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimində iştirakçı dövlətlərin nümayəndələri çıxış edərək ölkələrində olan könüllülük fəaliyyəti, gənclər siyasəti və bu sahədəki təcrübələr haqqında məlumat veriblər.
Layihənin ilk günündə iştirakçılar üçün 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə məlumatlandırıcı tur, muzey və tarixi abidələrə səyahətlər təşkil olunub. Sonrakı gündə iştirakçılarla yerli və beynəlxalq platformada keçirilən könüllülük fəaliyyəti, əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək layihələr, təmsil etdikləri yerli təşkilatların iş prinsipi və görülən işlər haqqında müzakirə aparılıb.
Növbəti gün iştirakçılara Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “Şəbəkə sənəti”, həmçinin “Taxta oyma” üzrə ustad dərsləri keçirilib. Eyni zamanda, iştirakçılar tərəfindən ortaq fəaliyyətlər ilə bağlı yeni əməkdaşlıq imkanlarının müzakirəsi aparılıb, könüllülüyün müxtəlif sahələrdə inkişaf etdirilməsi və Türk dünyasında gənclər üçün daha geniş perspektivlərin yaradılması barədə təkliflər irəli sürülüb.
Layihənin son günündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın zəngin mədəniyyətini əks etdirən sərgilər təşkil olunub. Sərgidə iştirakçı ölkələrin nümayəndələri öz milli mədəniyyətlərini xüsusi hazırlanmış stendlər vasitəsilə nümayiş etdiriblər. Hər bir stend ölkələrin ənənələrini və mədəni dəyərlərini tanıtması üçün imkan yaradıb.
Sonra "TÜRKSOY-un II Beynəlxalq simulyasiyası" çərçivəsində mədəniyyət gecəsi baş tutub. Gecədə iştirakçı dövlətləri təmsil edən gənclər öz milli musiqi və rəqs nümunələrini təqdim ediblər.
Layihədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı təmsil edən 40-dan çox gənclər təşkilatlarının rəhbəri və nümayəndə heyəti iştirak edib. Layihə Bakı və Şəki şəhərlərini əhatə edib.
Xəbər lenti
Hamısına baxGündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Gündəm
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27

