Nizami Kino Mərkəzində "Hal" filminin təqdimatı keçirilib
30.03.2025 [12:41]
Martın 26-da Nizami Kino Mərkəzində "Hal" bədii filminin təqdimatı keçirilib.
Yeniazerbaycan.com xəbər verir ki, flmin ssenari müəllifi və rejissoru tanınmış yazıçı-şair, bəstəkar Sədaqət Kərimovadır.
Film tamaşaçıların marağına səbəb olub.
Ekran işində çəkilən peşəkar aktyor heyəti baş verən hadisələri olduqca təbii və səmimi şəkildə tamaşaçılara çatdıra bilib.
Hadisələr 70-ci illərdə cərəyan etsə də Qusar rayonu da daxil olmaqla bir çox əyalətlərdə bu gün də davam edən ailə-məişət problemləri filmdə tam çılpaqlığı ilə göstərilib.
Filmin süjet xəttini ailə-məişət problemləri, qadın zorakılığı və bu zorakılığın doğurduğu acı nəticələr təşkil edir.
S.Kərimova bu filmi 90-cı illərdə yazdığı "Hal" romanı əsasında çəkib. Ötən əsrin 90- cı illərində dərc olunan bu əsər müəllifə böyük şöhrət gətirib.
Filmin baş qəhrəmanlarından biri olan Səlmiya obrazını hamımızın "Soyuq günəş" filmindən Yargunat kimi tanıdığı aktrisa İranə Kərimova canlandırır. İ.Kərimova filmlə bağlı təəssüratlarını bölüşərkən bildirib ki, "Hal filminin çəkilişləri bir aydan daha az vaxt aparıb: "Film yay aylarında çəkildi, təbiətin gözəlliyi, insanların qonaqopərvərliyi bizə böyük motivasiya verirdi. Kənd camaatı çəkiliş prosesində bizə çox köməklik göstərirdi. Hətta, çəkiliş günlərində bizi öz evlərinə qonaq dəvət edirdilər. Təbii ki, çətinlik çəkdiyimiz məqamlar da oldu. Son səhnənin çəkilişləri 3 gün davam elədi. Hava şəraiti ilə bağlı işimizi görə bilmirdik,
Qəfil başlayan sel nəticəsində işlərimiz yarımçıq qaldı, yol bağlandı. Hətta komandamızdan bir neçə nəfər meşədə gecələməli oldu. Bütün çətinliklərə baxmayaraq sonda maraqlı bir ekran əsəri ortaya qoyduq. Ümid edirəm ki, filmimiz insanlar tərəfindən maraqla qarşılanar və sevilər".
Rəhman obrazını canlandıran Mir Sahib Qabiloğlu isə açıqlamasında bildirib ki, filmdə yeganə müsbət obrazlar uşaqlar olub: "Selmiya da müsbət obraz kimi canlandırmaq olar. Lakin Selmiya onu qaçırılmasına baxmayaraq Rəhmana qarşı müsbət münasibətdədir. Eyni zamanda, xoş üz göstərməklə Rəhmanın onun evinə gəlib-gəlməsinə şərait yaradır. Rəhmanın həyat yoldaşı Maisə obrazı isə öz çətin xarakteri ilə həyat yoldaşını özündən uzaqlaşdırır. Rəhman bir tərəfdən xəyallarla yaşayır, digər tərəfdən vicdan əzabı çəkir və filmin sonunda həqiqətən də dərvişə dönür. Belə filmlərin çəkilməsi mənim üçün olduqca müsbət haldır. Arzu edirəm ki, kinomuz daha da inkşaf etsin. Bunun üçün ilk olaraq yerli tamaşaçı sevgisi qazanmalıyıq".
Qeyd edək ki, "Hal" bədii filmi son illər Azərbaycanda dram janrında çəkilmiş ən gözəl filmlərdən biridir.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

