Hisslərimizi ifadə edən “unikal dil”...
29.04.2025 [10:18]
Beynəlxalq Rəsq Günüdür
Rəqs insanların öz hisslərini və düşüncələrini ifadə etmək üçün əsas vasitələrdən biridir. Rəqslər eyni zamanda musiqinin müşayiəti altında bədən hərəkətlərindən ibarət unikal dil hesab olunur. Dünyanın demək olar ki, bütün xalqlarında maraqlı rəqs nümunələri var. Bu rəqslər öz fərqlilikləri və ifa çətinlikləri ilə insaları heyrətə gətirə bilər.
Qədim dövrlərdə rəqs hərəkətləri olduqca sadə olub. İnsanlar müəyyən bir ritm altında əl və ayaqlarını sərbəst şəkildə hərəkət etdirərək rəqs edirdilər. Rəqslər hər zaman müxtəlif mərasimlərin, bayramların mühüm hissəsini təşkil edib. Bu gün bizə məlum olmayan bir sıra qədim rəqslər var ki, onlar maraqlı tarixçələri ilə seçilir.
Ölülərlə rəqs
Madaqaskar əhalisinin çox qəribə və qədim adəti var. Yerli əhali hər yeddi ildən bir xüsusi mərasim keçirir. Ada sakinləri öz yaxınlarının məzarlarını açıb cəsədləri çıxarırlar. Daha sonra cəsədin köhnə kəfəni yenisi ilə əvəz edilir. Ölülərin qalıqları təkrar dəfn edilməzdən əvvəl heyvan ətlərindən hazırlanmış süfrə açılır. Əhali süfrə arxasında cəsədləri çiyinlərinə alaraq musiqi sədaları altında rəqs edirlər.
Müqəddəs Vitta rəqsi
Almaniyada XIV-XV əsrlərin ortasında bu rəqs olduqca məşhur imiş. Bu rəqsi hətta “kütləvi dəliliyin” erkən təsvir edilmiş formalarından biri kimi qiymətləndirirlər. Yüzlərlə insan bütün gün ərzində qeyri-ixtiyari yorulana qədər rəqs edir. Bu rəqs həftə ərzində dayanmadan davam edir. İlk dəfə bu rəqs 1374-cü ildə Aexen şəhərində qeydə alındıqdan sonra bütün Avropada yayılıb.
Vendiqo rəqsi
Hindlilərin ənənəvi rəqsidir. İnsanlar rəqs vasitəsilə çürümüş parçalardan ibarət geyim, qəribə saç düzümü ilə adamyeyən bədheybətləri təsvir edir. Rəqs edənlər ovçu bədheybətlərin dəlisov hərəkətlərini təqlid edir.
Tarantella
İtaliyanın Neapol şəhərində XV əsrdə yaranmış rəqsdir. Rəqsin adı haqqında iki maraqlı versiya var. Belə ki, bir qrup insanlar rəqsin adının Taranto şəhəri ilə bağlı olduğunu düşünür. Digərləri isə bu yerlərdə tez-tez rast gəlinən nəhəng hörümçəklə əlaqələndirir. İnsanlar hesab edirdilər ki, bu hörümçəklər zəhərlidir. Hörümçək dişləməsindən yaranan ölümcül xəstəliklərdən qurtulmaq üçün insanlar sadəcə çoşqun və sürətli rəqslər etməyə başlayıb. Yalnız 300 il sonra məlum olub ki, hörümçəklər heç zəhərli deyilmiş.
Ülvilik, gözəllik və birlik rəmzi!
Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. Əksər dünya xalqlarında olduğu kimi, azərbaycanlılarda da ilk rəqslər ritual və ov rəqsləri olub. İbtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs edirdilər. Bu cəhətdən Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlər səciyyəvidir.
İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır. Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə - “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.
Qeyd edək ki, aprelin 29-u Beynəlxalq Rəqs Günü kimi qeyd olunur. Bu gün 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən tanınmış fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin xatirəsinə ehtiram olaraq təsis edilib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20

