Ruhun qidası...
27.05.2025 [10:04]
Dünya xalqlarının maraqlı rəqs nümunələri
İnsanların öz hisslərini və düşüncələrini ifadə etmək üçün əsas vasitələrdən biri rəqsdir. Rəqslər eyni zamanda musiqinin müşayiəti altında bədən hərəkətlərindən ibarət unikal dil hesab olunur. Dünyanın demək olar ki, bütün xalqlarında maraqlı rəqs nümunələri var. Bu rəqslər öz fərqlilikləri və ifa çətinlikləri ilə insaları heyrətə gətirə bilər.
Qədim dövrlərdə rəqs hərəkətləri olduqca sadə olub. İnsanlar müəyyən bir ritm altında əl və ayaqlarını sərbəst şəkildə hərəkət etdirərək rəqs edirdilər. Rəqslər hər zaman müxtəlif mərasimlərin, bayramların mühüm hissəsini təşkil edib. Bu gün bizə məlum olmayan bir sıra qədim rəqslər var ki, onlar maraqlı tarixçələri ilə seçilir.
Ölülərlə rəqs
Madaqaskar əhalisinin çox qəribə və qədim adəti var. Yerli əhali hər yeddi ildən bir xüsusi mərasim keçirir. Ada sakinləri öz yaxınlarının məzarlarını açıb cəsədləri çıxarırlar. Daha sonra cəsədin köhnə kəfəni yenisi ilə əvəz edilir. Ölülərin qalıqları təkrar dəfn edilməzdən əvvəl heyvan ətlərindən hazırlanmış süfrə açılır. Əhali süfrə arxasında cəsədləri çiyinlərinə alaraq musiqi sədaları altında rəqs edirlər.
Müqəddəs Vitta rəqsi
Almaniyada XIV-XV əsrlərin ortasında bu rəqs olduqca məşhur imiş. Bu rəqsi hətta “kütləvi dəliliyin” erkən təsvir edilmiş formalarından biri kimi qiymətləndirirlər. Yüzlərlə insan bütün gün ərzində qeyri-ixtiyari yorulana qədər rəqs edir. Bu rəqs həftə ərzində dayanmadan davam edir. İlk dəfə bu rəqs 1374-cü ildə Aexen şəhərində qeydə alındıqdan sonra bütün Avropada yayılıb.
Mövlana rəqsi
Türkiyədə dini mərasimlərdə “fırlanan dərvişlər”in nümayiş etdirdiyi məşhur rəqsdir. Xüsusi ayin mərasimlərində mevləvi qardaşlar rəmzi rəqs zamanı sanki başqa bir dünyaya düşürlər. Rəqs prosesində transa keçən dərvişlər ilahiylə ittifaqa girir. Rəqsdə istifadə edilən bütün elementlər simvolikdir. Ağ geyim kəfəni, dəvə yunundan hazırlanmış papaq isə qəbirdaşını simvolizə edir. Belə taxılan qara rəngli kəmər isə mənəvi dirçəlişin rəmzidir. 13-cü yüzillikdə Türkiyədə Mevlevi tərəfindən əsası qoyulan rəqs bu günə qədər Türkiyədə davam etdirilir.
Vendiqo rəqsi
Hindlilərin ənənəvi rəqsidir. İnsanlar rəqs vasitəsilə çürümüş parçalardan ibarət geyim, qəribə saç düzümü ilə adamyeyən bədheybətləri təsvir edir. Rəqs edənlər ovçu bədheybətlərin dəlisov hərəkətlərini təqlid edir.
Tarantella
İtaliyanın Neapol şəhərində XV əsrdə yaranmış rəqsdir. Rəqsin adı haqqında iki maraqlı versiya var. Belə ki, bir qrup insanlar rəqsin adının Taranto şəhəri ilə bağlı olduğunu düşünür. Digərləri isə bu yerlərdə tez-tez rast gəlinən nəhəng hörümçəklə əlaqələndirir. İnsanlar hesab edirdilər ki, bu hörümçəklər zəhərlidir. Hörümçək dişləməsindən yaranan ölümcül xəstəliklərdən qurtulmaq üçün insanlar sadəcə çoşqun və sürətli rəqslər etməyə başlayıb. Yalnız 300 il sonra məlum olub ki, hörümçəklər heç zəhərli deyilmiş.
Morrisa rəqsi
Bu qədim ingilis rəqsidir. Qədim ingilis ənənəsinə görə, bu rəqs keçmişdə bütpərəstlər tərəfindən yaradılıb. Bir qrup tədqiqatçılar isə bu rəqsin çox qədimdə mövcud olduğunu iddia edir. 16-cı əsrdə Avropa küçələrində maraqlı kostyumlar və zınqırovlarla oynanılan rəqslər məşhur olub. Böyük Britaniyada bu maraqlı rəqs hələ də davam edir.
Qılınclarla rəqs
Pakistanda ənənəvi qılınclarla oynanılan rəqslər mövcuddur. Dünyada ən tanınmış rəqslərdən biri olan bu ənənəvi rəqs, Pakistan və Nepalda təntənəli toy mərasimlərində oynanılır. Qədim Yunanıstana gələn ənənə Avropada, xüsusilə Müqəddəs Roma imperiyası ilə qonşu olan ölkələrdə geniş yayılmağa başladı. Bu rəqslər təxminən dörd minillik ərzində formalaşıb. Qılınclarla rəqs növləri əsasən döyüş növlərinin ayrılmaz hissəsi olub. Çin operasının dörd əsas rəqsindən biri məhz qılınclarla bağlıdır. Osmanlılar isə qılınclarla ifa edilən rəqsləri qadağan ediblər.
Ülvilik, gözəllik və birlik rəmzi!
Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. Əksər dünya xalqlarında olduğu kimi, azərbaycanlılarda da ilk rəqslər ritual və ov rəqsləri olub. İbtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs edirdilər. Bu cəhətdən Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlər səciyyəvidir.
İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır. Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə - “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37

