“Səslərin Sərhədsiz Dünyası: Müasir Musiqi Günləri”
30.05.2025 [08:58]
Müasir dövrün incəsənət hadisələri arasında seçilən və dinləyicilərə unikal musiqi təcrübələri bəxş edən Müasir Musiqi Günləri Festivalı hər il peşəkar musiqiçiləri, bəstəkarları və musiqisevərləri bir araya gətirir. Bu festival, çağdaş klassik musiqinin və eksperimental janrların tanıdılması, inkişaf etdirilməsi və geniş auditoriyaya çatdırılması məqsədilə təşkil olunur. Müasir Musiqi Günləri Festivalı Azərbaycanın və beynəlxalq musiqi məkanının tanınmış bəstəkarlarının yeni əsərlərini təqdim etmək, gənc ifaçılara və yaradıcı şəxslərə platforma yaratmaq məqsədi daşıyır. Festival, eyni zamanda, ənənəvi musiqi anlayışlarını genişləndirərək, yeni texnologiyalar və musiqi dilindəki yeniliklərlə zənginləşdirilmiş əsərləri gündəmə gətirir.
Festival çərçivəsində müxtəlif janrlarda konsertlər, ustad dərsləri, seminarlar və diskussiyalar təşkil olunur. Proqramda həm elektroakustik əsərlər, həm də canlı ifalar yer alır. Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 19-25 may tarixlərində “3-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçirilib.
Növbəti dəfə müasir musiqi sahəsində fəaliyyət göstərən yerli və xarici bəstəkar və ifaçılar bir araya gəlib. Bu ilki festivalın da missiyası ölkəmizin dünya müasir musiqi həyatında təmsilini gücləndirməkdir.
May ayının 19-dan 25-nə qədər davam edən festivalda proqrama daxil olan XX-XXI əsr bəstəkarlarının əsərlərini həm yerli musiqi kollektivləri “Cadenza Contemporary Orchestra”, BCMS Ensemble, Əkinçi kvarteti, Niyazi adına Dövlət Simfonik Orkestri, solistlər, həm də Almaniyanın nüfuzlu müasir musiqi ansamblı olan “Der Gelbe Klang”, eləcə də İsveçrə, Macarıstan, Ukrayna, Rusiya kimi ölkələrdən dəvət olunmuş ifaçılar - Szilard Benes, Avital Cohen, Oleksi Murza və s. ifa ediblər.
Festival proqramı səhər, günorta, axşam seanslarından ibarət olub və ictimaiyyətə açıq elan edilib. Proqram çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Qara Qarayevin Ev Muzeyi, Muzey Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı və Nizami Kino Mərkəzi kimi aparıcı teatr-tamaşa və konsert zallarında həm peşəkar musiqiçilər, həm də müasir musiqi ilə maraqlanan hər kəs üçün açıq olan vorkşoplar və mühazirələr, eləcə də axşam konsertləri keçirilib.
Bakı Müasir Musiqi Günləri Festivalının son günündə ənənəvi olaraq Azərbaycan dilində subtitrlərlə hazırlanmış nüfuzlu dünya bəstəkarlarından birinin həyatından bəhs edən film nümayişi həyata keçirilib, (Robert Mugge - “George Crumb: The Voice of Whale” | “George Crumb: Balinanın səsi”).
Festivalın direktoru, bəstəkar Türkər Qasımzadə qəzetimizə açıqlamasında festivalda əsasən XX-XXI əsr bəstəkarlarının müxtəlif janrlarda və bəzən də çağdaş dövrün diktəsi ilə janr sərhədlərində yazılan əsərlərinə üstünlük verildiyini bildirib: Bakı Müasir Musiqi Günləri Festivalı - bu, dünyanın bir parçası olmaq hissidir. Biz müasir musiqini həm ifa edir, həm də yaradırıq. Keçirilmiş üç festival bu ideyanı ehtiva edir: biz və onlar - eyni müstəvidə, eyni musiqi dilində danışırıq. Bakı bu prosesin vacib dalğalarından biridir. Şəhər hələ 1922-ci ildə “Symphony of Sirens” instalyasiyasının ilk səsləndiyi məkan olaraq dünyanın diqqətini cəlb etmişdi. Ona görə Bakı bu hadisələr üçün doğma yerdir.
Proqramda dünya premyeraları da daxil olmaqla, 40-a yaxın əsər yer alır və bəzi əsərlər xüsusi olaraq bu festival üçün yazılmışdır. Festivala təqdim olunan əsərlərdə müasir musiqi dünyasında hazırda mövcud olan ən son təmayüllər və estetikalar - eksperimental yanaşmalar, elektroakustik texnikalar və s. çağdaş istiqamətlərə üstünlük verilir. Bu, həm yerli, həm də beynəlxalq bəstəkarların müasir axtarışlarını əks etdirir. Bu kimi festivallar cəmiyyət üçün bir sıra üstünlüklər təqdim edir: Müasir musiqi sahəsində yeni əsərlərin təqdimatı və ifası ilə mədəniyyətin zənginləşdirilməsi, festival çərçivəsində keçirilən vorkşoplar, mühazirələr və ustad dərsləri vasitəsilə gənc musiqiçilərin və maraqlananların bilik və bacarıqlarının artırılması, yerli və xarici musiqiçilərin bir araya gəlməsi ilə beynəlxalq əlaqələrin qurulması və təcrübə mübadiləsi, festivalın ictimaiyyətə açıq tədbirləri vasitəsilə geniş auditoriyanın müasir musiqi ilə tanış olması və bu sahəyə marağın artırılması, və s. Festivalda çıxış edən bəstəkar Elmir Mirzəyev bildirib ki, festival tərəfindən sifariş edilib və avtobioqrafik xarakter daşıyır:
“Səfəq” əzab və təcrid, iztirab və ümid mövzularına həsr olunmuş bir bəyandır. İnstrumental Musiqi Teatrı janrında yazılmış əsərin konsepsiyası əngəlli uşaqların faciəvi taleyi və kədər dolu həyatını ifadə edir.
Beş hissədən ibarət olan əsərin hər hissəsində tədricən ağrı və işıq, dəhşət və arzuların, inkar və qəbullanmanın fərqli qatları açılır.
Birinci hissədə “Zülmət” bölümünün mərkəzi hissəsi - aktyorlar və əlil arabasında olan solist-akkordeonistin tam qaranlıqda ifa etdiyi performansıdır. İkinci hissədə ümidsizlik və susqunluq hissini ifadə edir. Azərbaycan və alman dillərində iztirabları ifadə edən şeirlər xaos və tənhalıq duyğusunu dərinləşdirir. Heç bir müşayiət olmadan isterik vokal kvartetin ifası təcridi nümayiş etdirir - xəstə uşaqların taleləri önündəki tənhalıq hissi bu səhnədə əksini tapır. Bu hissə xəstəlik və ağrının absurdluğunu, iztirabın mənasızlığını və qaçılmazlıq qarşısında acizliyi simvolizə edən bir çığırışdır.
Üçüncü - “Qiyam” hissəsində soprano ilə əsasən mis nəfəsli və zərb alətləri səslənir. Burada taleyə qarşı kor-koranə, ümidsiz qəzəb və üsyan alovlanır. Dördüncü hissədə Sükut və röyalarla dolu bu dünyada iztirab qismən əridilir və sonda Gustav Mahler’in Beşinci Simfoniyasından “Adagio”nun demək olar ki, sezilməyən sitatında həll olunur.
Beşinci hissədə dramın kulminasiyasıdır. Hissə boyu əsasən arfa ilə celestanın ifadəsində keçən və həyəcanlı pulsasiyalı gərgin ürək döyüntüsünü təsvir edən faktura kulminasiyada partlayışa və sona yaxın nura (hərfi mənada) yönəlir”.
Qeyd edək ki, “Şəfəq” kölgədə qalanların ağrısını görməyə, rəhm və anlayışa çağırış cəhdidir.
Festival çərçivəsində iştrak edənlər arasında musiqiçilərdən Humay Qasımzadə, Cavad Cavadzadə, Szilard Benes, Raul Hüseynov, Mahir Tağızadə, Sənubər Sultanova, Aynur Əhədova, Flipp Fitin və b. yer alıb.
Müasir Musiqi Günləri Festivalı yalnız musiqi hadisəsi deyil, həm də estetik axtarışların və bədii yeniliklərin təcəssümüdür. Hər il artan maraq və iştirakçılar bu festivalın gələcəkdə daha da genişlənəcəyinə və müasir musiqi sahəsində mühüm bir mərkəzə çevriləcəyinə işarədir.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37

