46 illik ömür...
20.06.2025 [08:15]
Fazil Salayevin anım günüdür
Komediya aktyorlarımız sırasında tamaşaçını necə güldürməyi bilən, məhz insanların istəyi ilə komik situasiyalarda necə hərəkət etməyin min bir yolunu qət edənlər çox olub. Həmin aktyorlardan Fazil Salayevin adını xüsusilə qeyd etməliyik. Xüsusi koloritə malik olan Fazil Salayev sadəcə səhnədə deyil, eyni zamanda həyatda da çox şən, deyib-gülməyi sevən biri idi. Bu gün 46 illik ömründə böyük yaradıcılıq yolu qət edən, xalqımızın sevimli aktyoru Fazil Salayevin anım günüdür. Deyilənə görə, Fazil Salayevin kumiri məşhur italyan aktyoru Toto idi. Çox güman ki, Salayevin bu seçimində Toto ilə zahiri oxşarlıqlarının olması da böyük rol oynamışdı. Teatr İnstitutunu bitirən F.Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunduqdan sonra bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq bir müddət sonra dram teatrından gedir və Musiqili Komediya Teatrında işə düzəlir.
Fazil Salayev kinoda ilk rolunu 32 yaşında oynayıb. Rejissor Həsən Seyidbəyli onu “Möcüzələr adası” filmində epizodik rola dəvət edir. Cəmi bir il sonra isə F.Salayev rejissor Ağarza Quliyevin ekranlaşdırdığı “Ulduz” filmində müxbir rolunu oynayır. Ardınca “Alma almaya bənzər”, “Bir cənub şəhərində”, “Dərviş Parisi partladır” kimi filmlərdə yaddaqalan obrazlar yaradır.
1966-cı ildə Həsən Seyidbəyli “Sən niyə susursan?” filmində F. Salayevə kiçik bir rol tapşırır və o, bu rolun da öhdəsindən lazımınca gəlir. 1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi “Şərikli çörək” filmindəki Qırçı Məhəmməd rolu isə onun aktyor kimi məşhurlaşmasında xeyli rol oynayır.
Aktyorun oynadığı sonuncu film onun həyatının son aylarına təsadüf edir. Rejissor Cahangir Mehdiyev Moskva Kinematoqrafiya İnstitutunda oxuyarkən kurs işi üçün “Araşdırın” filminə Fazil Salayevi çəkir.
Həyat yoldaşı Fəridə Salayeva 2009-cu ildə verdiyi müsahibədə Fazil Salayevin son günlərini belə xatırlayırdı:
“Ölümündən bir qədər əvvəl veriliş efirə getmişdi. Orada Həsən Seyidbəyli onun haqqında danışmışdı. Fazil öləndən sonra verilişi yenidən efirə verdilər. Söz-söhbət gəzirdi ki, guya Fazil bizimlə yola getmirmiş. Təsəllim qızlarım olub. Axı onlar rəhmətliyin ən qiymətli yadigarlarıdır. Üç qız zarafat deyil. Fazil rəhmətə gedəndə hələ hamısı evdəydi. Sonra başım qarışdı onları köçürməyə. Daha sonra nəvələrim dünyaya gəldi. Fazil evin vur-tut bircə uşağı olub. Özü də varlı-hallı bir kişinin. Üstəlik, üç qardaşın evində yeganə uşağı idi. Rəhmətlik qayınatamın artistlikdən xoşu gəlməzdi. Elə sözün doğrusu, mənim də. Teatrda tamaşalarda oynayırdı, tək-tük halda gedib baxırdım. Piano çalmağı, oxumağı aləm idi. Hədsiz istedadlı idi. Bakının yarısı dostları idi. Mənsə ciddi, qısqanc... Bir az da cavanlıq idi, indiki ağlım hardan idi. Necə deyərlər, çox fərqimiz vardı...”.
Xüsusilə “Mozalan” satirik jurnalından yaddaşlara həkk olan istedadlı aktyor Fazil Salayev qısa ömür yaşasa da, oynadığı rolları, gözəl mimikası və yumor hissi ilə xalqımızın yaddaşında əbədi qaldı. İllər keçsə də, onun yaratdığı rollara və filmlərə maraq itməyib, bu gün də sevilə-sevilə baxılır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00

