Şuşa nisgilli rəssam, vokalist...
07.08.2025 [10:37]
Toğrul Nərimanbəyovun doğum günüdür
Toğrul Nərimanbəyov Azərbaycan təsviri sənət tarixinin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri sayılır. Onun rəssam kimi yaradıcı istedadı hələ Vilnüsdə təhsil aldığı illərdən parlamağa başlamışdı. Monumental rəssamlıq üzrə təhsil alırdı. Bu sahədəki hüdudsuz yaradıcı imkanlar onu novatorluğa həvəsləndirirdi. Gənc rəssam işlədiyi mövzuların bədii həllinə başqa prizmalardan yanaşaraq tədricən öz fərdi üslubunu formalaşdırırdı.
Rəssamlıqla yanaşı, musiqi ilə də ciddi şəkildə məşğul olmuşdu. Vokal sənətinin incəliklərinə peşəkar səviyyədə yiyələnmişdi. Gözəl səs tembrinə malik idi. Azərbaycanın və dünya vokal sənətinin şah əsərlərini ifa etməyi sevirdi.
1930-cu ilin avqustunda Bakıda dünyaya gələn T.Nərimanbəyovun yaradıcılığında Bakı mənzərələri, Azərbaycanın ayrı-ayrı regionlarının özünəməxsusluqları xüsusi yer tutur. Sovetlər dönəmində Azərbaycan təsviri sənət ustalarından cəmi üç nəfəri SSRİ-nin ən yüksək fəxri adı sayılan SSRİ Xalq rəssamı adına layiq görülmüşdü. Onlardan biri Mikayıl Abdullayev, digəri Tahir Salahov, üçüncüsü isə Toğrul Nərimanbəyov idi.
Fransaya gedən yol...
Toğrulun atası Fərman Şuşada doğularaq təhsil almış, sonra isə Fransanın Tuluza Universitetində mühəndis-elektrik ixtisasına yiyələnmiş ziyalı idi. Təhsil müddətində o, fransız dilini mükəmməl öyrənmişdi. Avropa mədəni dəyərlərini mənimsəmişdi. Elə ailə qurduğu qız da İrma Lya Rude adlı fransız modelyer idi.
Fərman təhsilini başa vurandan sonra onlar Bakıya köçüb bu şəhərdə yaşamağa başlamışdılar.
30-cu illərin repressiya dalğası Avropada təhsil almış bir çox ziyalılarımız kimi Toğrulun atasından da yan keçməmişdi. Onu həbs edib Sibirə sürgünə göndərdilər. 1941-ci ildə isə anası İrma Lya Rude də həbs olundu. Toğrulun anası 1961-ci ilədək sürgündə yaşamalı olur. Onun müxtəlif orqanlara çoxsaylı müraciətləri və gərgin mübarizəsi sayəsində bir müddətdən sonra anasına bəraət verildi və İrma Lya Rude Bakıya qayıtmağa müvəffəq oldu. Tezliklə, atası Fərman Nərimanbəyov da amnistiyaya düşərək Sibir sürgünündən vətənə qayıtdı...
Nə qədər qəribə görünsə də, T.Nərimanbəyov da həyatının bir hissəsini ana vətəni olan Fransa ilə bağladı. O uzun illər idi ki, Fransada yaşayırdı. Vətəndən köçüb getməsi isə ötən əsrin 80-ci illərinin axırlarında şəxsi həyatında baş verən gözlənilməz hadisələrlə bağlı olub. Bunu yaxınlarından gizlətsə də, portretini çəkdiyi para?sixoloq Tofiq Dadaşovdan gizlədə bilməyib. Parapsixoloqun “Məşhursunuz. Daha məşhur olacaqsınız. Amma böyük çətinliklərlə üzləşəcəksiniz. Vətəndən uzaq düşüb bütün dünyanı dolaşacaqsınız”- sözlərindən bir müddət sonra ailəliklə Moskvaya, sonra Amerikaya, oradan da Lüksemburqa və Fransaya köçüb. Böyük çətinliklərlə üzləşsə də güc tapıb Parisdə qərarlaşa bilib. Hətta bu şəhərin nüfuzlu sərgi salonlarından birində - “Konven de Kordelyer” salonunda möhtəşəm fərdi yaradıcılıq sərgisini də açıb.
Azərbaycanın bütün gözəlliklərinin tərənnüm olunduğu sərgi hamını heyran qoymuşdu. Amerikanın Priston Universitetinin professoru Berit Zeyzinker rəssamın 40 əsərini əldə edərək Priston şəhərində onun adına sərgi salonu yaradıb. Dünyanın bir çox ölkələrində sərgiləri keçirilən rəssamı tamaşaçılar həm də opera müğənnisi kimi tanıyırlar. Ötən əsrin sonlarından başlayaraq o, maraqlı konsert proqramları ilə nüfuzlu səhnələrdə görünür. Onu rəssam kimi sevənlər artıq müğənni kimi də sevib dəyərləndirməyə başlayıblar.
Şuşa həsrəti...
Dünya şöhrətli rəssamın babası və atası şuşalı olub. Düşmən əlində qalan torpaqlarımıza bir neçə əsər də həsr etmişdi. 2009-cu ildə müsahibələrinin birində Şuşaya qonaq kimi yox, oranın sahibi kimi gedəcəyini bildirmişdi: “Şuşa bizim torpağımızdır, bizimdir, bax bunu dünyaya çatdırmalıyıq...Şuşa qaytarılsa, gedib orada yaşayacağam. Şuşadan gözəl şəhər tanımıram....
Şuşa bizim möcüzəmizdir. Şuşanı unutmaq, oranın gözəl təbiəti üçün darıxmamaq mümkün deyil. O zamanlar vaxt tapan kimi ilk növbədə Şuşaya gedib Şuşanın gözəlliyindən ilham alırdım. Əminəm ki, gec-tez ədalət bərpa olunacaq, torpaqlarımızı geri qaytaracağıq. Dünya birliyi Qarabağın kimə məxsus olduğunu yaxşı bilir. Torpaqlar öz yiyəsinə qaytarılmalıdır”.
Bu gün dahi sənətkarın böyük fəxarət hissi ilə bəhs etdiyi Şuşamız azaddır. Belə bir məqamda görkəmli rəssamımızın həyatda olmaması təbii ki, hər birimizə duyğulu, ancaq bir o qədər də qürurverici his?lər yaşadır.
Böyük rəssamın Azərbaycan və dünya mədəniyyəti qarşısındakı xidmətləri hər zaman yüksək qiymətləndirilmişdi. Heydər Əliyev Toğrul Nərimanbəyovun yaradıcılığına böyük dəyər verirdi. 2000-ci ilin avqustunda Toğrul Nərimanbəyov Azərbaycanın ən yüksək dövlət mükafatlarından olan “İstiqlal” ordeni ilə təltif edilmişdi. 2010-cu ilin avqustunda isə Prezident
İlham Əliyevin Sərəncamı ilə rəssam “Şərəf” ordeni ilə mükafatlandırıldı. 2013-cü ilin 2 iyun günü böyük sənətkar 82 yaşında dünyadan köçdü və bütün ömrü boyu axtarışında olduğu əbədiyyət zirvəsinə qovuşdu.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

