“YAY!” Qalereyası “Başqa bir şəhər” sərgisini təqdim edir
27.09.2013 [10:06]
Alman filosofu və mühərriri Osvald Şpenqler demişdir ki, şəhər ruh deməkdir. Böyük şəhər “sərbəst ruh” deməkdir.
“YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” Qalereyası sentyabrın 27-dən oktyabrın 15-dək böyük məmnuniyyətlə “Başqa bir şəhər” mövzusunda sərgini təqdim edəcək.
“YARAT!” Müasir İncəsənət Məkanından AzərTAc-a bildiriblər ki, “Başqa bir şəhər” mövzusu Xalq rəssamı Hüseyn Haqverdiyev və rəssam Rəşad Ələkbərovun əbədi cavan, heç vaxt yuxuya getməyən, daim yenilənən və dirçələn meqapolis ruhunu yenidən düşünərək hiss etmək cəhdləridir.
Rəssamların nəzərində şəhər çoxşəkillidir: dinamik və tikanlıdır, saxta və eyni zamanda çox dürüstdür, gümrah və insanı sarsıdandır, cəlb edən və mənfurdur. O, bizi tənha və sərbəst hala salır, əsəblərimizi cilovlayır, stereotiplərdən və xofdan azad edir, lakin, eyni zamanda, yeniləri ilə əvəz edir.
Şəhərin binalarının divarlarında bizim kölgələrimiz titrəyir, özümüz isə ciyərlərimizə tüstünü dolduraraq, onun işıq və dumanlarına qovuşuruq.
Meqapolisdə həyatını keçirən rəssamın hisləri kəskinləşir, o, beton plitələrin gözəlliyini görməyi, metal konstruksiyaların romantikasına valeh olmağı öyrənir. Müasir şəhər artıq şəhər divarlarının arxasında gizlənmir, o, şüşə və metaldan tikilmiş ofis binalarının qüllələri ilə seçilir. Şəhər polad kimi bərk əsəb, məhdud məkanların nizamı, mövcudatın dəqiq alqoritmi deməkdir...
Rəşad Ələkbərov elə şəhər mühitinin özünə bənzəyən, metal konstruksiyalardan qurulmuş instalyasiyalar yaradıb. Lakin bu instalyasiyalar elə ağlasığmaz, ecazkar tərzdə yığılmışdır ki, onların saldığı kölgələr insan portretlərini təşkil edir. Rəssamın yaradıcılığının nəticələri insanı heyran edir. Onun səbrlə yaratdığı kompozisiyalarının hamısı əslində soyuq divar üzərində işıq və kölgə ilə şəkil çəkmək cəhdidir...
Hüseyn Haqverdiyevin qrafik işlərində də həmin ciddilik, yekrənglik, xətlərin dəqiqliyi açıq-aşkar qeyd edilir və şəhərin boz-qəhvəyi rənglər palitrası ilə həmahəngdir. Hüseyn Haqverdiyevin yaratdığı bütün qrafik işlərdə şəhər, damlarından və mansardalardan görülən yol hərəkəti ilə bağlı fikirləri yaradır. Həmin işlərə diqqətlə baxsaq gözümüzün önündə sıralara düzülmüş səs-küylü maşın karvanı, yüksəkvoltlu məftillər və parabolik antenalar xanaları ilə bəzədilmiş ala-toran səma peyda olacaq. Bu şanaşəkilli mənzillər, onların içində salınıb və özünü nəhəng bir qarışqa yuvasında hiss edən sakinlərin şəhəridir. Bu şəhər uğuldayır və əsir, həyəcanlı həftə içi günlər və kədərli oyanışlarla doludur. Tozlu dalanlarda məqsədsiz gəzintilər və siqaret tüstüsü bu şəhəri xarakterizə edir.
Lakin fransız filosofu Jil Delenin dediyinə görə, hər bir şəhərin içində hər zaman başqa bir şəhər var. Müasir sərt və müvəffəqiyyətli insanlara məxsus böyük ümidlər və məyusluq - şəhərlərin içində sirli bir şəhər mövcuddur.
Dərin psixoloji təsirə malik Rəşad Ələkbərovun işlərinə nəzər yetirdikdə bunu yəqin anlamış oluruq. Kölgə və işıq oyunu ətraf dünyanın xəyali olması hissini doğurur. Kabus şəhəri və orada yaşayan əcaib məxluqatlar gecə peyda olurlar və yalnız dan yeri sökülərkən qeybə çəkilirlər. Rəssamın yaratdığı əsərlər çox zərifdir və yalnız qaranlıq otaqlarda gözə görünür. Müəllifin hökmü ilə dünyaya göz açan portretlər xatirələr pərdəsini yortan, çoxdan unudulmuş keçmişin surətləri rolunu ifa edirlər.
Hüseyn Haqverdiyev 2003-cü ildən etibarən Xalq rəssamı fəxri adını daşıyır. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini (1975) və V.Muxina adına Sankt-Peterburq Akademiyasının (1980) məzunudur. Rəssam müxtəlif vəsaitlərlə və müxtəlif janrlarda, o cümlədən heykəltəraşlıq, rəngkarlıq, şəkil, monumental incəsənət sahələrində işləyir, yaratdığı işlərdə əsasən irihəcmli formalara üstünlük verir. O, Bakı Kafedral Kilsəsində yerləşdirilən Müqəddəs Məryəm heykəlinin, habelə Səngəçal terminalında epik məzmunlu mozaik pannonun müəllifidir.
Rəşad Ələkbərov 1979-cu ildə dünyaya göz açıb. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini tətbiqi incəsənət ixtisası üzrə bitirib. Kölgə və işıq oyununun məharətli istifadəsi ciddi tarixi və mədəni mövzularla qovuşan əsərlər Rəşad Ələkbərova şöhrət qazandırıb. 2012-ci ildə Rəşad Ələkbərov Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçirilən İslam incəsənəti festivalında iştirak edib. Onun ərsəyə gətirdiyi işlər iki dəfə Beynəlxalq Venesiya Biennalesində - 2007-ci ildə Azərbaycanın rəsmi pavilyonunda və 2013-cü ilin yaz mövsümündə “Love me Love me not” sərgisi çərçivəsində “YARAT!” pavilyonunda nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

