Mühacirətin səsi!
22.10.2025 [08:21]
Ceyhun bəy Hacıbəylinin anım günüdür...
63 il əvvəl - 1962-ci ilin 22 oktyabrında mühacir ədəbiyyatımızın, tariximizin, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan Ceyhun bəy Hacıbəyli vəfat edib. O, Azərbaycanın zəngin mədəni irsini öz yazıları və fəaliyyətləri ilə zənginləşdirib, xalqın düşüncəsini və milli mənafeyini ön planda tutub. Onun yaratdığı əsərlər zamanın çətin şəraitində, xalqın tərəqqisi və inkişafı üçün mübarizəni davam etdirirdi.
Ceyhun bəy Hacıbəyli xüsusilə publisistik yazılarında milli müstəqillik və azadlıq ideallarını təbliğ edən, xalqın maariflənməsini və tərbiyəsini vacib sayan, xüsusilə də qadın hüquqları məsələsində fəallığı ilə tanınmışdı. Yazdığı məqalələrlə həm də dövrünün ən mühüm cəmiyyət məsələlərini, sosial və siyasi problemləri dərinləşdirərək təhlil edirdi.
Ceyhun bəy ilk təhsilini əvvəl Şuşada alıb, sonra Bakıda rus-tatar məktəbində davam etdirib. Üzeyir bəyin məşhur “Leyli və Məcnun” operasının yaranmasında Ceyhun bəyin də yaxından köməyi olmuşdu. Bu, Ceyhun bəyin şəxsi sənədlər arasında saxlanılan “İlk Azərbaycan operası necə yaranmışdı” xatirə yazısında öz əksini tapıb. Xatirə yazıda C.Hacıbəyli Üzeyir bəy tərəfindən yazılan “Leyli və Məcnun” operasının yaranmasında bəstəkara texniki işlərdə yaxından kömək etməklə, 12 yanvar 1908-ci ildə göstərilən həmin tamaşada İbn Səlam və Nofəl rolunda ilk dəfə səhnəyə çıxdığını bildirir.
Ceyhun bəyin istedadını görən məşhur milyonçu Murtuza Muxtarov öz vəsaiti hesabına onu Peterburq Universitetinə oxumağa göndərir. O, qəbul imtahanlarını müvəffəqiyyətlə verib universitetin hüquq fakültəsinə daxil olur. Bir il oxuduqdan sonra Fransaya gedir və Parisin məşhur Sorbonna Universitetində siyasi biliklər fakültəsində təhsilini davam etdirir. Ceyhun bəy burada jurnalistika fəaliyyəti ilə də məşğul olur. Parisdən göndərdiyi məqalələr “Baku”, “Kaspi” qəzetlərində dərc edilir.
O, Avropa dillərini sərbəst bildiyi üçün 1919-cu il yanvar ayının 6-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Parisdə keçiriləcək Versal Sülh Konfransı üzrə “müşavir” təyin olunur. Həmin gün Ceyhun bəyə sülh konfransında iştirak etmək üçün şəhadətnamə də verilir. Versal Sülh Konfransı respublikamız üçün ciddi əhəmiyyət daşıdığından 1919-cu il yanvar ayının 7-də orada iştirak edən Ceyhun bəylə birgə bütün heyətə Nazirlər Şurasının sədri Fətəli xan Xoyski və Adil xan Ziyadxanovun imzası ilə “General” mandatı təqdim olunur. Heyət Parisə yola düşür. 1920-ci ilin aprelində Azərbaycanın işğalından sonra bir daha geri qayıtmır. Ömrünün sonuna kimi əqidə və amalına sadiq qalan Ceyhun Hacıbəyli 1962-ci ildə Vətəndən uzaqlarda dünyasını dəyişir, elə Parisdə də dəfn edilir.
Ceyhun bəy Fransada yaşayarkən “La Revul du Mond Müsulman”, “La Fiqaro” kimi məxfi orqanlarla əməkdaşlıq etmiş, müxtəlif jurnallarda çalışıb, Parisdə fransız dilində nəşr olunan, Qafqaz və Münhendə Azərbaycan dilində çıxan “Azərbaycan” jurnalının redaktoru olub. 1925-ci ildə Ceyhun Hacıbəylinin tərcüməsində və onun rejissorluğu ilə Parisin “Femina” teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası tamaşaya qoyulub. Bir alim kimi Ceyhun Hacıbəylinin maraq dairəsi geniş idi. Avropada yaşamasına baxmayaraq, fikri Azərbaycan, Qarabağ idi. Tarixi mövzularda əsərlər yazaraq məmləkətini Avropada tanıtmağa çalışırdı. Ceyhun Hacıbəyli “Babək və qədim Arran hökuməti”, “Bakı və Bərdə şəhərlərinin tarixi” mövzularında tədqiqatlar aparmış, Şərqin böyük şairləri Firdovsi və Şirazinin yaradıcılıqları haqqında mükəmməl məqalələr yazmışdı.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

