Sİ (Süni İntellekt) bizə nə deyir?
24.01.2026 [08:54]
Deyir ki, qorxmayın. Amma ehtiyatlı olun. Düşünün. Bədgümanlığa qapılmayın...
...2021-ci ildə 193 ölkə tərəfindən qəbul edilmiş “Süni İntellekt etikasına dair tövsiyələr”i dərindən araşdırdıqca belə məlum olur ki, bu sahə dövlət və cəmiyyət idarəçiliyinin tərkib hissəsi kimi qəbul edilməkdədir.
UNESCO Süni İntellektə dair üzv ölkələrə kömək etmək üçün vasitələri, etik məsuliyyəti, hərtərəfli təsəvvür yaratma üsullarını, hətta bundan sonrakı aktiv fazaya hazırlığı, qiymətləndirmə metodologiyalarını MƏDƏNİYYƏT çərçivələrinə sığışdırmaq niyyətindədir. Axı hər necə olursa-olsun, həyatımız mədəniyyətsiz tənzimlənə bilməz. Gec-tez müharibələr bitir, təhdid buludları seyrəlir, lakin nə mədəniyyətin qayğıları tükənir, nə də insanlığın mədəniyyət qarşısındakı öhdəlikləri.
Bu mənada, Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası həm də Süni İntellekt əsrindəki mədəniyyət çağırışlarına hazırlıqdır.
“Oxford Insights” beynəlxalq tədqiqat mərkəzi tərəfindən hazırlanan “Hökumətlərin Süni İntellektə Hazırlıq İndeksi”nin (Government AI Readiness Index) 8-ci buraxılışı nəşr olunub. 2025-ci ilin nəticələrinə əsasən, Azərbaycan 195 ölkə arasında 70-ci yerdə qərarlaşıb. Ölkəmiz ümumi 49 bal toplayaraq Cənubi və Mərkəzi Asiya regionu üzrə orta göstərici hesab olunan 41,4 balı üstələyib, həmçinin Cənubi Qafqaz ölkələri arasında ən yüksək nəticə göstərib. 2025-ci il buraxılışında qiymətləndirmənin 195 ölkə üzrə aparılması indeksin indiyədək topladığı ən əhatəli məlumat bazasına istinad etdiyini göstərir (mənbə: “Oxford Insights”, AzərTAC).
“Süni İntellektə Hazırlıq İndeksi”miz artıq qlobal Süni İntellekt gündəliyində hökumətlərin hazırlığını ölçən və ən çox istinad edilən sənədlərdən biri hesab olunur, hökumətlər və G20 kimi beynəlxalq platformalar üçün müqayisə, istiqamətləndirmə aləti rolunu oynayır.
Bundan sonrası rəqəmsal transformasiyanın sürətləndirilməsi, beynəlxalq meyarlarla uzlaşma, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nda müəyyən edilmiş tapşırıqların, həmçinin “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”da nəzərdə tutulan data əsaslı qərarvermə, rəqəmsal infrastrukturun gücləndirilməsi və sektorlar üzrə transformasiya hədəflərinə nail olmaqdır.
Əslində, Süni İntellekt (Sİ) etikası anlayışı texnologiyanın inkişafı ilə paralel şəkildə formalaşıb. Elmi-fantastik kökləri (1940-1950-ci illər) olduğu vurğulansa da, Sİ etikasının təməli hələ texnologiya mövcud olmamışdan əvvəl, ƏDƏBİYYATDA qoyulub (hərçənd, yazılı və şifahi ədəbi mətnlərin mesajları daş yazılardan da əvvələ aparıb çıxarır).
Ayzak Azimovun 1942-ci ildə yazdığı “Dolanbac” (tərcümə şərtidir-M.N) hekayəsində maşınların insanlara zərər verməməsi prinsipinə əsaslanan etik çərçivələrdən bəhs edilir. 1950-ci ildə isə Alan Türinq yazdığı “Hesablama maşınları və intellekt” məqaləsində maşınların düşünmə qabiliyyətini və bunun yarada biləcəyi fəlsəfi sualları gündəmə gətirib.Yalnız 1970-ci illərdən başlayaraq, Sİ etikası barədə akademik və fəlsəfi müzakirələr vüsət alıb. Yəni, kompüterlər mürəkkəbləşdikcə etika nəzəriyyəsi formalaşıb. Budur, biz artıq qlobal çərçivələr yaratmaqdan, “Big Data”ların dərin öyrənmə inkişafının Sİ etikasına qlobal siyasi təsirindən danışırıq.
Avropa Birliyi tərəfindən qəbul edilən və 2025-ci ilin avqust ayında qüvvəyə minən Süni İntellekt Aktı (AI Act) da etik normaları hüquqi öhdəliyə çevirən əhatəli sənəddir. Yeni qaydalar süni intellekt tərtibatçılarından əqli mülkiyyətin və müəlliflərin, o cümlədən məzmun sahiblərinin hüquqlarının qorunmasını tələb edir. Fiziki şəxslər bu cür pozuntulara görə süni intellekt şirkətlərini məhkəməyə verə bilərlər.
Bu gün Sİ etikası sadəcə fəlsəfi bir mövzu deyil, texnologiya şirkətləri üçün məcburi standart və dövlətlər üçün milli təhlükəsizlik məsələsidir.
Mədəniyyət sektorumuz bu çağırışlara necə cavab verəcək? Dilimiz qlobal mövqelərdə öz yerini möhkəmləndirə biləcəkmi? Bütün bu çağırışlara hazırıqmı? Xüsusilə, dil mədəniyyətinin gələcəyi necə olacaq?
Bu məsələlər dilimizin də inkişafına dair tapşırıqları nəzərdə tutan “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyasında necə yer alır?
Əgər Sİ (Süni İntellekt) həm də ədəbiyyat təxəyyül və təsəvvürüdürsə, bundan sonra nə baş verə bilər? Sİ-nin ədəbiyyat və mədəniyyət qarşısında yaratdığı problemlər Qərbdə və Şərqdə, Şimalda, Cənubda necə tənzimlənir?
Gələn yazımızda bu suallara cavab axtarmağa çalıçacağıq. Çünki, mümkün cavablar düşündürücü, amma tərəddüd yaratmayacaq qədər maraqlıdır...
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

