Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi qeyd edilib
19.06.2014 [09:46]
İyunun 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) 80 illik yubileyi keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdə dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrdən gəlmiş qonaqlar və AYB-nin çoxsaylı üzvləri iştirak ediblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi münasibətilə təbrik məktubunu oxuyub.
Mərasimdə çıxış edən Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar təşkilatın keçdiyi tarixi yola nəzər salıb.
Bildirib ki, 1934-cü ilin iyun ayında yaradılmış Azərbaycan Yazıçılar İttifaqının ilk sədri Məmmədkazım Ələkbərli olub.
Sonrakı illərdə Azərbaycan Yazıçılar İttifaqına Seyfulla Şamilov, Rəsul Rza, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rəhimov, Mirzə İbrahimov, İmran Qasımov, İsmayıl Şıxlı kimi nəhəng söz bahadırları rəhbərlik ediblər.
Azərbaycan Yazıçılar Birliyinin tarixindəki qara səhifələrdən söz açan Xalq yazıçısı vurğulayıb ki, ötən əsrin 37-ci ilində Azərbaycanın bir çox dəyərli yazıçıları, çox istedadlı sənətkarları repressiya qurbanları olublar.
İkinci Dünya müharibəsi illərində Azərbaycan yazıçılarının sözləri cəbhədə döyüşən əsgərləri ruhlandırıb, yazıçılar onlarla görüşüb mənəvi dəstək veriblər.
Qurumun sədri diqqətə çatdırıb ki, ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra AYB milli ədəbiyyatın, ana dilinin qorunub yaşadılmasında, azərbaycançılıq ideologiyasının formalaşmasında böyük xidmətlər göstərib. Təşkilat bu illər ərzində həmişə xalqımızın mədəniyyət tarixini və mənəvi sərvətlər xəzinəsini bədii-estetik düşüncənin bir çox qiymətli nümunələri ilə zənginləşdirib.
Qarabağ məsələsi ortaya atılan gündən bu ədalətsizliyə qarşı ilk etiraz səsini qaldıran ictimai təşkilat məhz AYB olub. Həmin dövrdə xalq o vaxtkı iqtidardan əlini üzəndə üzünü AYB-yə tutub.
Xalq yazıçısı bildirib ki, elmə, ədəbiyyata, ölkənin mədəni yüksəlişinə, ədəbiyyat və incəsənət xadimlərinə xüsusi qayğı göstərən Ümummilli liderimiz Heydər Əliyev AYB-nin bir çox qurultaylarında çıxış edib. Ümummilli liderin strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qələm sahibləri daim dəstəklənir, onların yaradıcılığına geniş imkanlar yaradılır.
Anar deyib: “Biz yalnız ədəbiyyata xidmət edirik. Azərbaycan Yazıçılar Birliyinin tərkibində də müxtəlif siyasi baxışları olan insanlar təmsil olunur. Bizi birləşdirən yalnız ədəbiyyatdır”.
Xalq yazıçısı Anar AYB-nin bu gün artıq bölünməz bir təşkilat kimi Azərbaycan mənəviyyatının qorunmasında mühüm rol oynadığını vurğulayıb, tədbirin keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubiley münasibətilə Azərbaycan yazıçılarına ən xoş arzularını çatdırıb.
Bildirib ki, bu gün ədəbiyyatın və mədəniyyətin bayramıdır. AYB-nin 80 illiyini qeyd etməklə Azərbaycan ədəbiyyatının əbədiyaşarlığı bir daha təsdiqlənmiş olur. Azərbaycan mədəniyyəti həmişə öndə gedib, daim xalqın qayğısı və düşüncəsi ilə bir addımlayıb. Çətin tarixi yol keçən xalqımızın yenidən müstəqilliyə qovuşmasında ədəbiyyat xadimlərimizin də danılmaz zəhmətləri olub. Ulu öndər Heydər Əliyev yaradıcı insanlara daim diqqət və qayğı göstərib, onların fikirlərinə ehtiramla yanaşıb.
Əbülfəs Qarayev rəhbərlik etdiyi qurumun təbrik məktubunu oxuyub.
Tədbirdə dünyada tanınmış söz adamları - qardaş Türkiyədən Yahya Agenkin, İmdat Afşar, Seyfəddin Altaylı, Qırğızıstandan Omar Sultanov, Rusiyadan Yevgeni Reyn, Mixail Sinelnikov, Qazaxıstandan Tolen Abdikuli, İrandan Ruqaya Kabiri, ABŞ-dan Aleksandr Qriç, Özbəkistandan Babaxan-Mohammed Şarif, Estoniyadan Xaqani Qayıblı, Almaniyadan Orxan Araz, Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov və Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya çıxış edərək yubiley münasibətilə AYB-i və onun çoxsaylı üzvlərini təbrik ediblər.
Natiqlər yazıçı missiyasından, onların əsərlərinin insanların formalaşmasındakı rolundan, qələm adamlarının müqəddəsliyindən, ömrü sözlə bölüşməyin çətin və məşəqqətli bir iş olmasından, müasir dünyada maraq doğuran ədəbi nümunələrdən və bugünkü oxucunun tələblərinə cavab verə biləcək əsərlərin yazılmasının zəruriliyindən söz açıblar.
Bildirilib ki, ötən müddətdə Azərbaycan yazıçıları həm keçmiş SSRİ ərazisində, həm də dünyada böyük nüfuz qazanıblar. Onların ölməz sənət inciləri xalqlar arasında sülhə, həmrəyliyə, insanlarda məhəbbət və ədalət hissinin daha da möhkəmləndirilməsinə xidmət edib.
Mərasimdə, həmçinin beynəlxalq təşkilatların, xarici ölkələrin yazıçılar birlik və təşkilatlarının təbrik teleqramları oxunyub.
Sonda AYB-nin sədri Anar iki gün ərzində keçən tədbirlərin məhsuldar olduğunu bildirib, mərasimin iştirakçılarına dərin minnətdarlığını bildirib.
AYB-nin sədri, həmçinin Azərbaycan ədəbiyyatının tanıdılması istiqamətində fəaliyyət göstərən, ədəbi nümunələrimizin başqa dillərə tərcümə edilərək yayılmasını reallaşdıran insanlara təşəkkür edib.
AYB-nin yubiley tədbirində İraqda baş vermiş terror hadisələri ilə bağlı Azərbaycan yazıçılarının XII qurultayında təklif edilmiş bəyanatın mətni oxunub.
Yubiley tədbiri konsert proqramı ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

