Vətən torpağının hər qarışında bir tarix yatır
22.08.2014 [09:41]
Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən Astara və Lerik rayonlarının məktəbliləri avqustun 21-də Şəmkir rayonuna gəliblər.
AzərTAc xəbər verir ki, burada mehribanlıqla qarşılanan şagirdlər rayon ilə tanışlığa arxeoloji qazıntılar zamanı Muxtariyyə kəndi ərazisində aşkar edilmiş qədim Şəmkir şəhər qalasından başlayıblar.
Burada qazıntı zamanı üzə çıxarılmış qədim Şəmkir şəhərinin qalıqlarına baxdıqdan sonra şagirdlər Gənclər Mərkəzində olublar. Mərkəzlə tanışlıq zamanı məktəblilərə məlumat verilib ki, rayon gəncləri asudə vaxtlarının çox hissəsini burada keçirirlər. Onlar Mərkəzdəki elektron kitabxanadan istifadə edir, müxtəlif intellektual oyunlar və maraqlı diskussiyalar keçirirlər.
Tur-aksiya iştirakçılarının Şəmkir ilə tanışlığı Bayraq muzeyində davam etdirilib. Burada Azərbaycanın müxtəlif dövrlərdə mövcud olan bayraqları haqqında şagirdlərə ətraflı məlumat verilib.
Astara və Lerik məktəbliləri Heydər Əliyev Mərkəzində Ulu öndərin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillərə maraqla baxıblar.
Şəmkirin digər tarixi yerləri ilə tanışlıqdan sonra Astara və Lerik məktəbliləri ekskursiyanı Göygöl rayonunda davam etdiriblər.
Heydər Əliyev parkının qarşısında qarşılanan şagirdlərə bildirilib ki, Ümummilli liderin adını daşıyan bu park iki ildir ki, əsaslı təmir və yenidənqurmadan sonra sakinlərin istifadəsinə verilib. Burada Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gənclər Mərkəzi, kinoteatr, açıq idman meydançası və digər əyləncə məkanları inşa edilib.
Tur-aksiyanın iştirakçıları parkdakı istirahət məkanlarını gəziblər, həmçinin, Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Məlumat verilib ki, Mərkəz bir neçə bölmədən ibarətdir. Burada 3D formatlı kinoteatr, elektron kitabxana, internet-kafe, intellektual oyun zalı və s. rayon sakinlərinin ixtiyarındadır.
Sonra Astara və Lerik rayonlarının şagirdləri vaxtilə almanların yaşadıqları evlərin yerləşdiyi küçələrdə, Lüteran kilsəsində, həmçinin burada yaşamış sonuncu alman Viktor Klaynın ev-muzeyində olublar.
Rayon ilə tanışlıq zamanı ürək sözlərini AzərTAc-a söyləyən Lerik məktəblilərindən ibarət qrupun rəhbəri, rayon İcra Hakimiyyətinin məsul işçisi Zamiq Əhmədov deyib ki, doğrudan da Vətən o vaxt Vətən olur ki, onun hər qarışına bələd olasan: “Mən bu aksiyada iştirak edənədək elə bilirdim ki, ölkəmizi yaxşı tanıyıram. Lakin Gəncə, Şəmkir və Göygöllə yaxından tanış olanda gördüm ki, yanılmışam. İndi sevinirəm ki, respublikamızın qərb bölgəsi haqqında az-çox məlumatım var. Buna görə dövlətimizin başçısı İlham Əliyevə minnətdaram”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

