Ölkənin şimal-qərb qapısı Balakəndən şimal sərhədlərinə doğru
23.08.2014 [09:54]
Dövlətimizin başçısının tapşırıq və tövsiyəsi ilə avqustun əvvəlində başlanan, ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaya respublikamızın şimal-qərb bölgəsi rayonlarından ilk qoşulan Balakən məktəbliləri olublar.
AzərTAc xəbər verir ki, avqustun 22-də Balakən rayon İcra Hakimiyyətinin qarşısında böyük izdiham var idi. Quba-Qusar-Xaçmaz marşrutu ilə ölkənin şimal bölgəsinə ekskursiyaya çıxan məktəbliləri yola salmaq üçün toplaşan rayonun rəhbər işçiləri, müəllimlər, valideynlər gənclərə tövsiyələrini veriblər.
Məktəblilərə uğurlu yol arzulayan rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən bu aksiyanın çox mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, tur-aksiyanın iştirakçıları dörd gün ərzində şimal bölgəsi rayonlarının tarixi məkanları ilə yaxından tanış olacaq, muzeylərə baş çəkəcək, görməli yerləri gəzəcəklər. Quba Soyqırımı Memorial Kompleksinə, Qusardakı “Şahdağ” Qış-Yay Turizm Kompleksinə, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə, turizm obyektlərinə və digər tarixi yerlərə səyahət, şübhəsiz, məktəblilərin ürəyincə olacaq.
Qrupun rəhbəri, rayon təhsil şöbəsinin məsləhətçisi, Əməkdar Müəllim Cavanşir Alqayev AzərTAc-a müsahibəsində bildirib ki, bu tur-aksiya dövlətimizin başçısının təhsilin inkişafına, yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin, göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Balakən Şəhər Humanitar və Texniki Təmayüllü Liseyin şagirdləri, tarix fənni üzrə keçirilən respublika Olimpiadasında ikinci yeri tutmuş Rəvan Əliyev və Tanrıqulu Vəliyev, Qaravəli kənd tam orta məktəbinin IX sinif şagirdi Fərrux Məmmədov və digər məktəblilər bu möhtəşəm tur-aksiyada iştirak etdiklərinə görə özlərini çox xoşbəxt sandıqlarını bildiriblər. Vətənimizin dilbər guşələrini görməyin hər bir gəncin arzusu olduğunu vurğulayan aksiya iştirakçıları onlara belə gözəl layihə bəxş etdiyinə görə Balakən məktəbliləri adından Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusa əyləşib Quba-Qusar-Xaçmaz marşrutu ilə yola düşüblər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55

