/ / Bakıda “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” mövzusunda I Respublika Festivalı açılıb
Bakıda “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” mövzusunda I Respublika Festivalı açılıb
07.04.2015 [10:06]
Aprelin 6-da Bakı Musiqi Akademiyasında (BMA) “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” mövzusunda I Respublika Festivalının açılışı olub. Festival dahi bəstəkarın anadan olmasının 130, BMA-nın 95 və akademiyanın orta ixtisas musiqi məktəb-studiyasının 35 illiyinə həsr edilib.
Əvvəlcə BMA nəzdindəki məktəb-studiyanın şagirdlərinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib.
BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək xatırladıb ki, Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə dahi Azərbaycan bəstəkarı, milli professional musiqimizin banisi Üzeyir Hacıbəylinin doğum günü - 18 sentyabr Azərbaycan Musiqisi Günü elan edilib.
Rektor F.Bədəlbəyli milli musiqimizin və onun əsasını təşkil edən muğamın qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb, milli lad sisteminin öyrənilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Milli Məclis sədrinin müavini Bahar Muradova açılış mərasimində çıxış edərək deyib ki, biz bu gün Azərbaycanın ən gözəl musiqi məbədindəyik. Bu məbəddə dahilərimizin, milli musiqimizi dünyaya tanıdan müdriklərimizin ruhları, Üzeyir Hacıbəylinin ruhu var. Mən düşünürəm ki, bu ruhlar şaddır. Çünki bu festivalda iştirak edən uşaqlar milli musiqimizi dərindən öyrənərək onu beynəlxalq aləmdə layiqincə təmsil edəcəklər.
Bahar xanım bildirib ki, müasir müstəqil Azərbaycanın özü kimi onun incəsənəti, musiqisi də inkişaf edir, yeni dəyərlərlə zənginləşir. Bu dəyərləri qorumaq, inkişaf etdirmək bizim gənc musiqiçilərimizin öhdəsinə düşür. Ölkəmizdə uşaqların milli köklərə bağlı vətənpərvər, hərtərəfli şəxsiyyət kimi formalaşması üçün milli musiqimizin, mədəniyyətimizin çox böyük rolu vardır. Bu mənada bu gün açılış mərasiminə toplaşdığımız festivalın və təqdimatında iştirak etdiyimiz “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişaf proqramı” böyük əhəmiyyətə malikdir. Düşünürəm ki, bu layihələr gələcək uğurlar üçün yaxşı bünövrədir. Çünki ibtidai sinifdən milli ruhda böyüyən uşaqlar milli mənəvi dəyərlərə bağlı olurlar.
Parlamentin sədr müavini qeyd edib ki, əlbəttə, başqa xalqların musiqisini, mədəniyyətini də öyrənmək lazımdır. Çünki zənginləşmə, müasir dünyada layiqli yer tutmaq bunsuz mümkün deyildir. Amma əsas vəzifə milliliyin qorunması və inkişaf etdirilməsidir. Ona görə də düşünürəm ki, bu festivalın təşkilatçıları çox böyük bir işə başlayıblar.
“Bu gün mən bu nəşrin təqdim olunması ilə yanaşı, birinci festivalın işə başlanması münasibətilə hamınızı ürəkdən təbrik edirəm”, - deyən B.Muradova qeyd edib ki, bu festival uşaqların istedadını üzə çıxaracaq, onlara milli musiqimizə məhəbbət aşılayacaq, gələcəyin peşəkar sənətçiləri kimi yetişməkdə kömək edəcək. Bu festival həm də öz musiqilərini ifa edəcək uşaqlar arasında yarışa, sağlam rəqabətə imkan yaradacaq. Təbii ki, istedadlılar qalib gələcək və onlar Azərbaycanın musiqisini daha da irəliyə aparacaq, mədəniyyətimizin inkişafına töhfələr verəcəklər.
Mən festivalın iştirakçılarına uğurlar diləyirəm. Arzu edirəm ki, onlar milli musiqimizin, mədəni irsimizin əsl təəssübkeşləri kimi yetişsin, Üzeyir Hacıbəylinin və digər musiqi korifeylərimizin yaradıcılıq ənənələrini uğurla davam etdirsinlər. Mən hamınıza bir daha uğurlar diləyirəm.
Festivalın əlamətdar hadisələrə həsr edildiyini söyləyən təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb.
Bildirilib ki, festival musiqimizə, mədəni irsimizə olduqca böyük töhfədir. Azərbaycan xalqı özünü xoşbəxt hiss etməlidir ki, onun belə bir dərin və mənalı mədəni irsi var. Bu irsin nümunəsi bizim musiqimizdir.
Ölkəmizdə mədəni irsin qorunması istiqamətində görülən işlərdən söz açan nazir müavini deyib ki, bu gün Azərbaycanda milli musiqimizin inkişafı və təbliği istiqamətində Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə, eləcə də Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr reallaşdırılır. Təsadüfi deyil ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin musiqi inciləri UNESCO-nun dünya irs siyahısına daxil edilib. Bu, böyük uğurdur və bununla fəxr etməliyik.
Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, Xalq artisti Ramiz Quliyev musiqi sənətinin inkişafında elmi-tədqiqat işlərinin və musiqi nəzəriyyəsinin böyük rolundan danışıblar.
Festival münasibətilə “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişaf proqramı” nəşr edilib. Bu nəşrin müəllifləri Fərhad Bədəlbəyli və Tərlan Seyidovdur.
Sonra “Xor” nominasiyasında kollektivlərin çıxışları olub.
Festivalın münsiflər heyətinə xalq artistləri Arif Məlikov, Fidan və Xuraman Qasımovalar, Ramiz Quliyev, digər tanınmış musiqiçi və ifaçılar daxildir. Onlar festival iştirakçılarının bəstəkarlıq, xor, fortepiano, vokal, xalq instrumental musiqi ifaçılığı və başqa nominasiyalar üzrə çıxışlarını qiymətləndirəcəklər.
Festivalda iştirak etmək üçün Gəncə, Ağdaş, Ağsu, Ağdam, Bərdə, Neftçala və digər regionlardan 200-dən çox gənc musiqiçi və ifaçı ölkəmizin paytaxtına gəlib.
Bu festivalın keçirilməsindən məqsəd ənənəvi major-minor sistemi ilə yanaşı, Azərbaycan milli lad sisteminin daha dərindən mənimsənilməsinə kömək etməkdir.
Aprelin 10-da festivala yekun vurulacaq, qaliblərə mükafatlar təqdim ediləcək.
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

