“ÜNS” Yaradıcılıq Səhnəsində ispan virtuozlarının konserti olub
19.05.2015 [09:30]
Paytaxtımızın musiqi həvəskarları ispan folklor janrı olan flamenkoya həmişə xüsusi maraq göstəriblər və bu rəqsi ifa edən ispan artistlərinin məharətlərindən, o cümlədən, “ÜNS” yaradıcılıq səhnəsində çıxış edənlərin sənətkarlığından dəfələrlə zövq alıblar. Ölkəmizə müxtəlif heyətlər, yəni həm məşhur, həm də az tanınan kollektivlər gəlib. Lakin vurğulamaq lazımdır ki, dəvət olunmuş artistlər hər zaman səhnədəki coşqun, eyni zamanda mükəmməl çıxışları ilə tamaşaçıları valeh ediblər. Xatırladaq ki, hələ 2007-ci ildə “ÜNS” teatrının səhnəsində keçirilmiş “Dünya etnik musiqisi” adlı konsertdə Azərbaycan, Macarıstan, Norveç, Portuqaliya, Qazaxıstan və Latın Amerikası ölkələri ilə yanaşı, ispan musiqiçiləri də böyük uğurla çıxış ediblər. Həmin konsertdə İspaniyanı məşhur musiqiçilər Fernandes Daniel, Duran Qil David, habelə rəqqasə Yelena Qabezas təmsil etmişdi.
AZƏRTAC xəbər verir ki, “ÜNS” Yaradıcılıq Səhnəsi mayın 17-də tamaşaçılara növbəti dəfə ispan flamenkosunun unudulmaz axşamını təqdim edib.
Konsertdən əvvəl çıxış edən İspaniya Krallığının ölkəmizdəki müvəqqəti işlər vəkili Xose Luis Diez Xuarez yüksək səviyyəli mədəniyyət ocağı olan nüfuzlu “ÜNS” teatrında “La Pinona” qrupunun çıxış etməsinə imkan yaradıldığına görə professor Nərgiz Paşayevaya dərin minnətdarlığını bildirib. Xose Luis Diez Xuarez deyib: “Ötən ilin may ayında biz Bakıda İspaniya səfliyinin ofisini açdıq. Bu gün - həmin vaxtdan düz bir il sonra ispan mədəniyyətinin bir parçası hesab edilən flamenko rəqsini təqdim edirik. “La Pinona” qrupunun “Həyat, bədən və torpaq” adlı flamenko şousu insanın tarixi başlanğıcından bəri bir-biri ilə münasibətlərini üç müxtəlif formada təhlil edir və davranışlarımızın digər insanlar üzərində təsirə malik olduğunu göstərir. “La Pinona”nın sözləri ilə desək, biz həyatımız boyu mənimsədiyimiz və əcdadlarımızın bizə miras qoyduğu təcrübələrin birləşməsiyik. Biz köklərin və izlərin qarışığıyıq. Bütün bu təcrübələr həyatımızı hərəkətə gətirən sevgi və laqeydlik, destruktiv və ehtiraslı münasibətlərimizə əsaslanır”.
Təqdim ediləcək şoudan tamaşaçıların zövq alacağına ümidvar olduğunu deyən müvəqqəti işlər vəkili vurğulayıb ki, mədəni əlaqələri möhkəmləndirməkdə ispan və Azərbaycan xalqlarının maraqları qarşılıqlıdır. Azərbaycan və İspaniya Avropanın iki müxtəlif tərəflərində yerləşir. İspaniya Şimali Afrika və Amerikaya, Azərbaycan isə Asiyaya açılan körpü rolunu oynayır. Hər iki ölkə müxtəlif sivilizasiyaları birləşdirir, mədəni müxtəlifliyə hörmətlə yanaşır və tolerantlıq nümayiş etdirir.
Bakının Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdiyini deyən Xose Luis Diez Xuarez bu nüfuzlu tədbirin təşkilatçıları sırasında Azərbaycan hökuməti, UNESCO ilə yanaşı, BMT-nin Sivilizasiyalar Alyansının da olduğunu qeyd edərək, İspaniya və Türkiyə tərəfindən birgə əsası qoyulan bu Alyansın növbəti sammitinin Bakıda keçiriləcəyini bildirib.
Sonra səhnə ispan virtuozlarının ixtiyarına verilib.
Qeyd edək ki, flamenko janrı sadəcə xalq rəqsi deyil. Bu, hər bir ispan üçün söhbətin dərin fəlsəfəsi, hisslərin, münasibətlərin ötürülməsi və hətta rəqs vasitəsilə kiçik hekayənin ifadə olunmasıdır.
Lüçiya Alvares və “La Pinona”, şübhəsiz ki, ispan janrının virtuozlarıdır. Onlar əsrlər boyunca formalaşmış ispan mədəniyyətini qoruyub saxlayan ustad sənətkarlar olduqlarını tamaşaçıya artıq sübut ediblər.
On yaşından flamenko ilə məşğul olan Lüçiya məşhur sənətkarlardan dərs alıb. O, hələ 17 yaşında “Round Aniya Gypsy” (2007) müsabiqəsində çıxış edərək ilk mükafatını qazanıb. Lüçiya Alvares, həmçinin, Flomansk Gənclər Flamenko Federasiyasının 2009-cu ildə Sevilyada keçirilmiş müsabiqəsində, 2011-ci ildə isə “Desplente del Conte de les Mines” müsabiqəsində iştirak edib və sonuncunun ən yüksək mükafatına layiq görülüb.
“La Pinona” qrupunun çıxışı İspaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilən mədəniyyət günləri çərçivəsində təşkil olunub.
Xəbər lenti
Hamısına baxSosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33

