ISESCO üzrə Azərbaycan Milli Komissiyasının ilk iclası keçirilib
26.01.2016 [10:21]
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2016-cı il tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı yanvarın 25-də komissiyanın ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası komissiyanın sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq komissiyada müxtəlif dövlət qurumlarından 10 nəfər üzvün təmsil olunduğunu bildirib. Komissiya üzvlərinin təsdiq edilməsini ölkə rəhbərinin göstərdiyi böyük etimad kimi dəyərləndirən nazir bu Sərəncamın komissiya üzvlərinin üzərinə böyük bir məsuliyyət qoyduğunu xüsusi vurğulayıb.
Qeyd edilib ki, Azərbaycan hökumətinin, şəxsən Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İslam dünyası ilə əlaqələrin güclənməsi istiqamətindəki fəaliyyəti nəticəsində ölkəmizin İslam dünyasına, mədəniyyətinə inteqrasiya prosesləri çox fəal şəkildə həyata keçirilir. Komissiya üzvləri bu işin davamına və münasibətlərin daha da yüksək səviyyədə qurulmasına öz töhfələrini əsirgəməməli, daha da geniş miqyasda fəaliyyət göstərməlidirlər. Komissiyanın tərkibinə nüfuzlu qurumların və ziyalıların təsdiqləndiyini qeyd edən nazir bu işin öhdəsindən gəlməyə layiqincə nail olunacağına əminliyini ifadə edib.
Ə.Qarayev diqqətə çatdırıb ki, 2015-ci il noyabrın 23-27-də Bakıda keçirilmiş ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının iclası Sərəncamda xüsusi qeyd edilir. Həmin iclasda Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilib. Bildirilib ki, ISESCO-nun rəhbərliyi ölkəmizdə keçirilən bu tədbirləri yüksək qiymətləndirib. Komissiya sədri vurğulayıb ki, dövlətimizin başçısı ISESCO Baş Konfransına sədrliyin uğurla həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, bu mötəbər qurumla əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb.
Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı olduğunu xatırladan Ə.Qarayev, 2018-ci ildə isə Naxçıvan şəhərlərinin bu missiyanın öhdəsindən yüksək səviyyədə gələcəyinə əminliyini ifadə edib. Bildirib ki, bütün bunlar Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymət kimi təqdirəlayiqdir.
Sonra iclasda Azərbaycan və ISESCO arasındakı əməkdaşlıq, ISESCO Azərbaycan Milli Komissiyasının işi, ISESCO-nun Baş Konfransının funksiyaları və digər mövzular ətrafında müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30

