"Ovşarı" aşıq havası ermənilərin ifasında
19.05.2009 [09:32]
ötən həftənin sonu finalını həyəcanla gözlədiyimiz “Eurovision” mahnı müsabiqəsində 3-cü yeri tutmağımızla əlamətdar oldu.
Aysel və Araş cütlüyünün uğuru Azərbaycan mədəniyyətinin qitə yarışmasında hansı gücə malik olduğunu bir daha ortaya qoydu. Cütlük Azərbaycana qayıdıb və mətbuat bu bayramı yüksək səviyyədə qeyd edir. İştirakçılarla bağlı müəyyən tənqidi fikirlər olsa da, mədəniyyət xadimlərimizin bir aydan artıqdır ki, davam edən söz savaşına təmsilçilərimiz öz uğurları ilə son verdilər.
Təmsilçilərimizin çıxışını hər xırda detalına qədər müzakirə edən mətbuat yarışmada baş verən hadisələri də işıqlandırdı. Belə ki, Ermənistanın videotəqdimatında yer alan Qarabağ abidələri ilə bağlı məsələ geniş müzakirə obyekti oldu.
Erməni təmsilçilərlə işləyən, Azərbaycan vətəndaşı Aslan Əhmədovu danışdıran mətbuatımız nədənsə, ermənilərin musiqi oğurluqları haqqında ətraflı danışmadı.. Mətləbə keçməzdən onu deyim ki, “Ermənilərlə əməkdaşlığımı aqressiv qarşılamaq lazım deyil” deyən və təəssüf ki, həmyerlim adlandırmağa məcbur olduğum Aslan Əhmədov vətənimizin şərəfinə tərifli sözlər desə də, belə kosmopolit təfəkkürlü insanlara bir məqamı xatırlatmaq zorundayam. “Fresh Art” şirkəti olaraq “Eurovision-2009” müsabiqəsində iştirak edən erməni təmsilçilərinin yalnız geyimləri və saç düzümü üzərində işləmişik” deyən azərbaycanlıya misal olaraq erməni təəssübkeşliyini göstərmək yerinə düşərdi. Azərbaycan tərəfinin işə qarışmasından sonra təşkilatçıların təkidi ilə ermənilərə aid videobaşlıqdan Qarabağ abidələrinin çıxarılmasına baxmayaraq onlar istəklərinə çatdılar. ötən il yarışmada Ermənistanı təmsil edən Surişo balları elan edərkən əlindəki dəftərçəni bir neçə dəfə nümayişkəranə şəkildə yuxarı qaldırdı və orada əks olunan Qarabağ abidələrini bu şəkildə diqqətə çatdırdı. Erməni təmsilçilərinin yalnız geyimləri və saç düzümü üzərində işlədiyini söyləməklə özünə haqq qazandıran, “vətənimi atmaram” deyib minnət qoyan (vətənə lazımmış kimi) azərbaycanlı və ən xırda məqamdan belə istifadə edib millətinə və ölkəsinə yarınan erməni arasındakı vətənpərvərliyi müqayisə etməyi oxucunun öz ixtiyarına buraxırıq. Amma onu da etiraf etmək zorundayıq ki, ermənilərin sanballı, türk millətlərindən, xüsusən də, bizdən oğurlanmış elementlərlə möhtəşəm görüntüsünü yaratmaq üçün çalışan soydaşımızın zəhməti hədər getməmişdi.
Aşıq havası “Ovşarı”
Ermənilərin bu il də qatılacaqları qitə yarışmasında Azərbaycan musiqisindən yararlanacaqları gözlənilən idi və ehtimallar yüz faizlə özünü doğrultdu. Təkcə dizayn yox, təqdim olunan mahnı da Azərbaycan mədəniyyəti ilə az-çox tanış olan hər kəsi heyrətdə buraxdı.
Ermənilərin yarışmaya təqdim etdiyi musiqi ilə bağlı mütəxəssislərə müraciət etdik.
Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Mübariz Əliyev bizimlə söhbətində bildirdi ki, ilk dəfə Ermənistanın təqdim etdiyi musiqini dinləyəndə heyrətlənib. Mahnı başdan-başa aşıq havası olan “Ovşarı”nın üzərində qurulubmuş.
“Ovşarı” saz havası bizim “Sarı gəlin” qədər qədim bir musiqidir və hazırda da törəmələri ölkəmizin, bütün türk torpaqlarına yayılan Avşar tayfalarının adından götürülüb. Ritmindən də görünür ki, bu saz havası da digər döyüş havaları kimi çox ritmik və oynaqdır. Qədim xalq rəqsi olan “Qaytağı” və daha bir neçə rəqsin də əsası “Ovşarı” havasından qaynaqlanıb. Bizim dünyaşöhrətli musiqiçimiz Fikrət Əmirovun dünyaca məşhur “Ovşarı” simfonik muğamı da bu musiqidən qaynaqlanır.
XX əsrin əvvəllərinə qədər bütün musiqi mədəniyyətimizin xalq yaradıcılığında təşəkkül tapdığını deyən Mübariz Əliyev artıq bu mədəniyyətin bütün xırdalıqlarına qədər not üsulu ilə təbliğ olunmasını zamanın tələbi kimi dəyərləndirdi: “Musiqimizin oğurlanaraq dünya ictimaiyyətinə erməni mədəniyyət nümunəsi kimi təqdim olunması faktı qarşısında çıxış yolumuz yalnız bundadır. Ona görə də, əsərlərimizin nota köçürülməsi vacibdir. 1938-ci ildə Səid Rüstəmov bu işin əsasını qoyub. Amma çox təəssüf ki, sonradan bu iş davam etdirilməyib. Bu gün Azərbaycanda aşıq musiqisinə muğam qədər diqqət yetirilməlidir. Aşıqlar Birliyi və musiqişünaslarla bərabər aşıqlar özləri də bu işə dəstək verməlidir. Amma bir məsələ var ki, aşıqlarımız notu qəbul etmirlər. Unudurlar ki, üzeyir Hacıbəyov muğamı simfonik musiqiyə gətirdiyi kimi, biz aşıq havalarını da bu arenaya çıxartmalıyıq. Bir də xəbər tutacağıq ki, İrəvanda saz məktəbi açdılar, ondan sonra başlayacağıq ki, bizdən apardılar, oğurladılar və bu kimi sözlər. Ona görə də, öz musiqimizə sahib çıxmalı, saz havalarını nota köçürməliyik ki, biz Baxın, Şopenin, Bethovenin musiqisini çala bildiyimiz kimi, dünyanın istənilən musiqiçisi də bizim saz havalarını ifa edə bilsin. Not sazın, musiqinin kimlik kartıdı. Biz etməsək, bunu ermənilər edəcək. Sonrası da o olacaq ki, biz öz havalarımızı ifa edəndə, bizə oğru damğası vuracaqlar”.
Buna baxmayaraq, Mübariz Əliyev çox uğurlu bir addımın da atıldığını vurğuladı: “Biz artıq aşıq musiqisinin ibtidai bazasını yaratmışıq, onun not metodikasını işləyib hazırlamışıq. Biz çox gecikmişik, amma artıq buna da şükür ki, Mədəniyyət, Turizm və Təhsil nazirliklərinin müştərək qərarından sonra ibtidai musiqi məktəblərinin ilk sinifindən sazı tədris edən dərsliklər hazırlanıb. Yəni artıq saz musiqi aləti kimi notla öyrənilməyə başlanıb”.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48

