Azərbaycanda ebru sənəti yaşadılır
22.02.2017 [09:41]
Su üzərində rəsm çəkmə sənəti kimi böyük şöhrət qazanan ebru sənətinin tarixi əsrlər öncəyə gedib çıxır. Bəzi tarixi mənbələrə əsasən, Şimali Türküstanda yaranan ebru sənəti Azərbaycanda da daha geniş yayılmağa başlayıb. 12-ci əsrdə yaşamış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məşhur “Xosrov və Şirin” poemasında “Şapurun Şirini tərifi və Xosrovun ona aşiq olması” hissəsində ebru sənətindən bəhs etməsi və su üstündəki naxış sənətini incə, zərif iş adlandırması buna bariz nümunədir.
Məlumat üçün bildirək ki, tamamilə təbii materiallar əsasında işlənən ebru sənətində rəsmlər qatılaşdırılmış su üzərində hazır formaya salınır. Torpaqdan hazırlanan boyalar mərmər üzərində 4-5 saatadək əzilir. Daha sonra onun içinə öküz ödü qatılır. Bu, boyanı həm incəldir, həm də onun suyun üzərində qalmasına imkan verir. Həmçinin boyalar su üzərində göy qurşağı kimi bir-birinə qarışmır və bu, boyanın yapışqanlılıq xüsusiyyətini təmin edir. Sonda təknədəki, yəni dəmir qabdakı qatılaşdırılmış suyun üzərinə boyalar yaşlı at quyruğundan və qızıl gül kolunun ağacından hazırlanan fırça vasitəsilə səpilir. Rəsmi əldə etmək üçün əvvəlcə alt fon hazırlanır, suyun üzərinə kiçik damcılar tökülür. Sənətkar xüsusi biz vasitəsilə damcılardan müxtəlif formalar yaradır. Nəticədə rəngarəng sənət əsəri ərsəyə gəlmiş olur. Son mərhələdə təknənin üzərinə kağız qoyularaq əks etdirilir. Beləcə, rənglərin suda rəqsi tamamlanmış olur.
Azərbaycanda da ebru sənətinə kifayət qədər maraq var və bu dekorativ tətbiqi sənət növü ilə məşğul olan peşəkar və həvəskar ebruzənlər az deyil. Eynilə, Umruzər Məmmədova kimi. Beynəlxalq “Femin & Art” Qadın Sənətçilər Birliyinin üzvü, həvəskar ebruzən U.Məmmədova paytaxtdakı özəl məktəblərin birində bu sənət növü üzrə təlimlər təşkil etməyə başlayıb. Onun sözlərinə görə, Azərbaycanda bu sənət növünün daha da inkişaf etməsi üçün əlindən gələni etməyə çalışır: “İxtisasca ibtidai sinif müəlliməsiyəm. Ebru sənəti ilə bağlı məlumatı sosial şəbəkələr vasitəsilə əldə etmişdim. Bu marağın sorağı ilə də Türkiyəyə yollandım. Orada ustalardan bu sənətin sirlərini öyrənməyə çalışdım. Türkiyədən qayıtdıqdan sonra isə bu sənəti şagirdlərimə öyrətməyə çalışıram. Bununla yanaşı, həftəsonları ebru günləri də təşkil edirəm. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, istifadə etdiyimiz avadanlığın hər biri Türkiyədən sifarişlə gətirilmiş təbii və keyfiyyətli məhsullardır. Sevindirici haldır ki, valideynlər öz övladlarını böyük maraq və həvəslə təlimlərimizə yazdırırlar. İnsanlar ebru çəkmək, çəkdiklərini isə özləri ilə evə aparmaq üçün növbəyə dururlar. Kurslarımıza həmçinin autizm və daun sindromlu uşaqlar, o cümlədən serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqlar da üz tuturlar”.
Təlimdə iştirak edən ebrusevərlərin də fikirlərini öyrənməyə çalışdıq. Bacı-qardaş olan Şəmsiyyə və Nihad İsmayılovlar ebru sənətinin sirlərini öyrənməyə gələnlərin sırasında öz yerlərini almışdılar. İlk dəfə gəldiklərini deyən bacı-qardaşın həvəsləri gözlərindən oxunurdu. Nihad deyir: “İkimiz də çox həyəcanlıyıq. İlk dəfədir ki, ebru sənəti ilə tanış oluram. Bacım Şəmsiyyə də, mən də bugünkü təlimdən çox zövq aldıq. Hazırladığım ürək şəklini isə anama hədiyyə etməyi düşünürəm”.
Digər həmsöhbətim 7 yaşlı Vüsalın bibisi Sevinc Əliyevadır. Bibisinin dediyinə görə, Vüsalın təlimdə ikinci günüdür. İlk gün təlimdən çox razı qaldığı üçün bu dəfə kiçik bacısını da gətirmək istəyib: “Bununla ikinci dəfədir ki, Vüsalı ebru kursuna gətirirəm. İlk gəldiyi zaman ebru sənətinin möcüzəsinə qapılması, öz əlləri ilə suyun üzərində rəsm yaratması, daha sonra duyduğu həyəcan görülməyə dəyərdi. O qədər sevincli idi ki, bu dəfə özü ilə kiçik bacısı Ləmanı da gətirmək istədi. Hər ikisi rəsmlərini otaqlarından asacaqlar. Uşaqlar üçün belə təlimlərin təşkil edilməsini müsbət dəyərləndirirəm”.
7 yaşlı Yağmurun anası Validə Məmmədova övladlarının asudə vaxtlarını daha səmərəli keçirmələri üçün hər dəfə onları təlim və treninqlərə apardığını deyir: “Övladlarımız gələcəyin yaradıcı və qurucularıdır. Övladlarımın asudə vaxtlarını daha səmərəli keçirmələri üçün hər dəfə onları təlimlər və treninqlərə aparmağa çalışıram. İkinci dəfədir ki, bu təlimdə iştirak edirik. Qızım ebru sənətini çox bəyəndi. Öz təxəyyülünün məhsulu olan şəkli isə saxlamağı düşünür”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

