Azərikitab-Kitab Təbliğatı Mərkəzi diplomla təltif edilib
28.12.2017 [09:28]
Dekabrın 27-də Azərikitab-Kitab Təbliğatı Mərkəzi “İlin ən uğurlu layihəsi” nominasiyasına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, respublikanın tanınmış elm və ictimaiyyət xadimlərinin, habelə Milli Məclisin deputatlarının iştirak etdiyi tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb.
Vurğulanıb ki, mərkəz fəaliyyətə başladığı gündən etibarən cəmiyyətin maarifləndirilməsi istiqamətində çoxsaylı xidmətlər göstərib. Mərkəzdə davamlı olaraq keçirilən tədbirlər gənclərin dünyagörüşlərinin artırılması məqsədi daşıyır.
Bildirilib ki, mərkəzin fəaliyyət proqramında, eyni zamanda, xeyriyyə aksiyaları təşkil olunması xüsusi əhəmiyyət kəsb edir. Azərikitab-Kitab Təbliğatı layihəsi cəmiyyətin diqqət mərkəzinə çevrilməklə yanaşı, kitaba marağın artırılmasında önəmli rola malikdir.
Qeyd edilib ki, Sabir Həsənovun rəhbərliyi ilə Azərikitab-Kitab Təbliğatı Mərkəzində altı ay ərzində maraqlı layihələr həyata keçirilib, çoxsaylı işlər görülüb.
Bugünkü gündə kitaba olan marağın, cəmiyyətdə mütaliə səviyyəsinin artırılmasının vacibliyini vurğulayan Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Azərikitab-Kitab Təbliğatı Mərkəzinin gördüyü işlərdən danışıb. Bildirib ki, üç mərtəbədən ibarət olan Azərikitab-Kitab Təbliğatı Mərkəzinin fəaliyyət göstərməsi kitab satışı, mütaliəsi və təbliğatı baxımından xüsusi əhəmiyyət daşıyır. Belə mərkəzlərin, kitab satışı yerlərinin sayının artırılmasının vacibliyini qeyd edən Ç.Abdullayev mərkəzə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Sonra mərkəzə gənclərin maarifləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Yazıçılar Birliyinin diplomu təqdim edilib.
Milli Məclisin deputatları Aqil Abbas və Hikmət Babaoğlu çıxış edərək mərkəzin fəaliyyətini və gördüyü işləri yüksək dəyərləndiriblər. Çıxışçılar kitabın təbliği, reklamı, yayımı və satışı ilə məşğul olan mərkəzin son altı ayda reallaşdırdığı layihələri xüsusi qeyd ediblər. Bildirilib ki, əhalinin maarifləndirilməsi, kitaba marağın artırılması , habelə milli mənəvi dəyərlərimizi, tariximizi qoruyub saxlayan kitablarımızı yaşatmaq, gənclərimizi oxumağa həvəsləndirmək kimi vacib məsələlər mərkəzin əsas məqsədləri sırasında qərarlaşır.
Çıxış edən digər natiqlər mərkəzin fəaliyyətindən, həyata keçirdiyi layihələrdən danışıb, görülən işləri yüksək qiymətləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49

