/ / Mədəniyyət Nazirliyində aparılmış struktur islahatları və gələcək fəaliyyətə dair müşavirə keçirilib
Mədəniyyət Nazirliyində aparılmış struktur islahatları və gələcək fəaliyyətə dair müşavirə keçirilib
07.07.2018 [09:32]
İyulun 6-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət nazirinin müavini Rafiq Bayramovun sədrliyi ilə müşavirə keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müşavirə nazirlikdə aparılmış struktur islahatları və regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunub.
Yığıncaqda nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 regional mədəniyyət idarəsinin rəisləri və onların müavinləri iştirak edib.
Gündəlikdə duran məsələlər barədə məlumat verən R.Bayramov nazirlikdə aparılan son islahatlar haqqında danışıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin cari ilin iyunun 6-da Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, nazirliyin yeni strukturu təsdiq edilib, həmçinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrində işçilərin say tərkibi müəyyən olunub. Müşavirənin əsas məqsədi həyata keçirilən islahatlar nəticəsində qarşıya qoyulan yeni hədəflərə nail olmaq və bu istiqamətdə atılacaq addımların müzakirəsidir.
Rafiq Bayramov qeyd edib ki, artıq nazirliyin strukturu tam formalaşıb. Regional idarələrin fəaliyyətinin təmin olunması üçün nazirliyin tərkibində regional siyasət şöbəsi yaradılıb: “Həyata keçirilən son dəyişikliklərdən sonra mədəniyyət sahəsinə ayrılan diqqət daha da artırılacaq. Bizim fəaliyyətimiz indi sırf mədəniyyət sahəsinin inkişafı, mədəniyyət müəssisələrinin düzgün idarə olunmasını təmin etməkdir. Regional siyasət şöbəsində iki sektor - təhsil müəssisələri ilə iş və regional idarələrin koordinasiyası və tabe qurumlarla iş sektoru yaradılıb”.
Nazir müavini regional idarələrlə yeni yaradılan regional siyasət şöbəsinin qurulacaq iş prinsiplərindən söz açıb, bu istiqamətdə idarəçiliyin daha da effektiv olacağını diqqətə çatdırıb. Bildirib ki, nazirliyin aparatının yeni strukturunun formalaşmasında əsas məqsəd ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.
Müşavirədə nazirliyin regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli həyata keçirilən islahatlar nəticəsində regional idarələrlə daha sıx əməkdaşlığın qurulacağını qeyd edib. Deyib ki, bölgələrdə göstərilən mədəni xidmətlərin səviyyəsinin artırılması, ölkəmizin regionlarının mədəni həyatının müasir inkişaf səviyyəsinə uyğun qurulması istiqamətində addımlar atılacaq: “Regionlarda mədəniyyət sahəsinin inkişaf etdirilməsi Mədəniyyət Nazirliyinin prioritet istiqamətlərindən biridir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ilk növbədə mədəniyyət müəssisələrinin cəlbedici fəaliyyətinin təmin olunması, regional idarələrin beynəlxalq əlaqələrinin qurulması, informasiya texnologiyalarından istifadənin daha da artırılması, ödənişli xidmətlərin təşkili həyata keçirilməlidir”.
Pərviz İsgəndərli vurğulayıb ki, regional idarələrin fəaliyyətinin daha da gücləndirilməsi üçün ixtisaslı kadrlarla təminat məsələsi diqqətdə saxlanılmalıdır.
Şöbənin təhsil müəssisələri ilə iş sektorunun müdiri Lalə Kərimova regional idarələrə tabe olan təhsil müəssisələrindəki vəziyyət, regional idarələrin koordinasiyası və tabe qurumlarla iş sektorunun müdiri Rəşad Əliyev gələcək fəaliyyətin əlaqələndirilməsi istiqamətləri barədə məruzə ilə çıxış ediblər.
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov çıxış edərək regional idarələrin mətbuatla iş istiqamətində fəaliyyətindən danışıb. Bildirib ki, regional idarələrin keçirdiyi tədbirlərin yerli mətbuatda, televiziyalarda geniş işıqlandırılması olduqca vacibdir. Mətbuatla əməkdaşlıq üçün regional idarələrə bu sahənin bilicisi olan insanların cəlb olunması önəmlidir: “Qarşımıza qoyulan əsas vəzifələr yeni texnologiyaların tətbiqi, innovativ inkişaf və informasiya sahəsinə xüsusi diqqətin ayrılmasıdır. Hesab edirik ki, regional idarələrin mətbuatla əlaqələr sahəsində çalışan məsul şəxsləri üçün müvafiq kursların, treninqlərin keçirilməsi faydalı olar”.
Nazirliyin aparat rəhbərinin müavini, hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov sənədlərin, normativ-hüquqi aktların hazırlanmasında daha da diqqətli olmağın vacibliyindən bəhs edib.
Tədbir struktur islahatları, ikinci yarım ildə qarşıda duran məsələlərin müzakirəsi ilə davam edib.
Müşavirənin sonunda Rafiq Bayramov regionlarda keçirilən tədbirlərin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “100 illik tariximiz” başlığı altında keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının əhəmiyyətini vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

