Özbəkistanın Şəhrisəbz şəhərində beynəlxalq muğam sənəti forumunun açılışı olub
08.09.2018 [10:30]
Özbəkistanın Şəhrisəbz şəhərindəki tarixi Aksaray meydanında UNESCO-nun himayəsi altında keçirilən beynəlxalq muğam (makom) sənəti forumunun açılışı olub.
AZƏRTAC xəbər verir ki, forumda dünyanın 73 ölkəsindən 300-dən artıq musiqiçi - xanəndələr, alimlər, muğam sənətinin tədqiqatçıları, ölkənin tanınmış makom ifaçıları, mədəniyyət və incəsənət xadimləri iştirak edirlər.
Bu böyük musiqi bayramına Azərbaycanın musiqiçilərdən ibarət nümayəndə heyəti də qatılıb. Azərbaycan nümayəndə heyətinə mədəniyyət naziri Əbülfəs Qarayev rəhbərlik edir. Nümayəndə heyətinə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Milli Konservatoriyanın dosenti Fəxrəddin Baxşəliyev, Azərbaycanın Əməkdar artisti, bu il Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qalibi, “Muğam” instrumental qrupunun rəhbəri Sahib Paşazadə, Əməkdar artist Nigar Şabanova və gənc xanəndə Abgül Mirzəliyev daxildir.
Forumun açılışında çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib ki, 2700 illik tarixi olan Şəhrisəbz şəhəri müxtəlif dövrlərdə bir sıra bəlalarla üzləşib. Lakin heç bir müharibə və təbii fəlakət bu şəhəri Yer üzündən silə bilməyib. Şəhrisəbz məşhur alimləri, musiqiçiləri, şairləri ilə tanınır. Bu qədim şəhər həm də böyük sərkərdə Əmir Teymurun böyüdüyü məkandır.
Sonra Prezident Şavkat Mirziyoyev nümayəndə heyətlərinin rəhbərləri, o cümlədən Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev ilə görüşüb.
Forum çərçivəsində “Muğam sənəti və onun dünya sivilizasiyasında yeri” mövzusunda elmi-praktiki konfrans da təşkil olunacaq.
Konfransda professor Lalə Hüseynova “Azərbaycan muğamı bu gün: ifa və interpretasiya məsələləri”, dosent Fəxrəddin Baxşəliyev “Şərq muğam sistemində temperasiya məsələləri” mövzusunda çıxış edəcəklər.
Tədbirlər Oksaroy meydanında və ətraf ərazilərdə keçiriləcək, yerli və xarici ifaçıların solo konsertləri olacaq. Burada muğam sənətinə həsr olunan sərgilər təşkil ediləcək, milli geyimlərin və musiqi alətlərinin, sənətkarların əl işlərinin, təsviri və tətbiqi sənət əsərlərinin, audio və videodisklərin, kitabların, albomların, fotoların nümayişi və satışı həyata keçiriləcək.
Forumda iştirak edən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov deyib ki, iki ildən bir keçiriləcək bu tədbir xalqlar arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq miqyasda yaradıcılıq əməkdaşlığının, mədəni-mənəvi əlaqələrin genişləndirilməsinə xidmət edir.
Forum sentyabrın 10-da başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

