Azərbaycanlı xanəndə beynəlxalq muğam forumunun birincisi olub
12.09.2018 [08:47]
Özbəkistanın Şəhrisəbz şəhərində beynəlxalq muğam sənəti forumu başa çatıb
Özbəkistanın Şəhrisəbz şəhərində UNESCO-nun himayəsi altında keçirilən beynəlxalq muğam (makom) sənəti forumu başa çatıb.
AZƏRTAC xəbər verir ki, forumda dünyanın 73 ölkəsindən gələn 300-dən artıq musiqiçi-xanəndələr, musiqiçi alimlər, muğam sənətinin tədqiqatçıları, ölkənin tanınmış makom ifaçıları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Forumun qonaqları arasında Türkiyənin mədəniyyət və turizm nazirinin birinci müavini Axmad Xaluku Dursun, Rusiya prezidentinin müşaviri Vladimir Tolstoy, Qırğızıstan prezidentinin müşaviri Sultan Rayev, Qazaxıstanın mədəniyyət və idman naziri Astanbek Muxammediuli, Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekzoda da olub.
Bu musiqi bayramında ölkəmizi Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Milli Konservatoriyanın dosenti Fəxrəddin Baxşəliyev, Azərbaycanın Əməkdar artisti, bu il Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qalibi, “Muğam” instrumental qrupunun rəhbəri Sahib Paşazadə, Əməkdar artist Nigar Şabanova, gənc xanəndə Abgül Mirzəliyev və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov daxildir.
Azərbaycandan gələn xanəndələr muğam, xalq mahnıları və təsniflərimizi ifa edib, onların ifaları alqışlarla qarşılanıb.
Forumun baş mükafatı “Qran-Pri” Tacikistan Muğam Akademiyasına verilib.
Birinci yeri “Heyratı” qrupunun solisti Nigar Şabanova və Özbəkistanın “Sakil” ansamblı tutub. İkinci yerə İran və Hindistan musiqiçiləri layiq görülüb. Yaponiya, Türkmənistan və Tunis musiqiçiləri üçüncü yerə sahib olub.
Forum çərçivəsində “Muğam sənəti və onun dünya sivilizasiyasında yeri” mövzusunda elmi-praktik konfrans da keçirilib.
Konfransa 20 ölkənin musiqiçi alimləri qatılıb. Lalə Hüseynovanın “Azərbaycan muğamı bu gün: ifa və interpretasiya məsələləri”, Fəxrəddin Baxşəliyevin isə “Şərq muğam sistemində temperasiya məsələləri” mövzularındakı məruzələri maraqla dinlənilib.
Lalə Hüseynova Forumdakı çıxışında bildirib ki, son illər ölkəmizdə dövlət səviyyəsində muğam sənətinə böyük dəyər verilir. Ölkəmizdə muğam sənəti hazırda görkəmli və istedadlı gənc xanəndələrimiz tərəfindən yaşadılır.
Forumun mədəniyyətlərin yaxınlaşmasına xidmət etdiyini söyləyən Fəxrəddin Baxşəliyev deyib ki, belə tədbirlər vasitəsilə bir daha dünyaya öz musiqimizi təqdim edə bildik.
Forum çərçivəsində yerli və xarici ifaçıların solo muğam konsertləri olub. Burada muğam sənətinə həsr olunan sərgilər təşkil edilib, milli musiqi alətlərinin və geyimlərin, sənətkarların əl işlərinin, təsviri və tətbiqi sənət əsərlərinin, audio və videodisklərin, kitabların, albomların, fotoların nümayişi və satışı keçirilib.
Konfrans çərçivəsində “Buxara şaşmakomi”, “Özbək muğamları” və “Xarəzm dutar muğamları” kitablarının təqdimatı da olub.
Forumun yekunu ilə bağlı keçirilən mətbuat konfransında fəxri qonaqlar öz ölkələrində muğam sənətinə verilən dəyərdən danışıblar. Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə muğam sənətinə göstərilən qayğıdan söhbət açıb. Nazir deyib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə çoxsaylı mədəniyyət tədbirləri keçirilir, iki ildən bir Beynəlxalq Muğam Festivalı təşkil edilir. Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə Muğam sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35

