Milli Kitab Mükafatı təsis edildi
04.11.2009 [10:40]
Dünən müasir Azərbaycan ədəbiyyatının inkişafına yönəlmiş Milli Kitab Mükafatının təqdimat mərasimi keçirilib. Mirzə Fətəli Axundov adına Milli Kitabxanada düzənlənən təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, məşhur yazıçılar çingiz Abdullayev, Vaqif Səmədoğlu, Afaq Məsud, jurnalist Rəşad Məcid, millət vəkili Rəbiyyət Aslanova, baş sponsor olan “Azercell” şirkətinin nümayəndəsi ülviyyə Həsənzadə, rəsmi şəxslər, ziyalılar və jurnalistlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Əbülfəs Qarayev layihəni alqışladığını və dəstəklədiyini bildirib. O, dövlətin dəstəyi ilə bu cür layihələrin həyata keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb.
Milli Kitab Mükafatının təsisçisi, “Əli və Nino” nəşriyyat evinin sahibəsi Nigar Köçərli bildirib ki, layihənin məqsədi ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, müasir ədəbiyyatımızın sosial önəmini artırmaq və ədəbiyyatımızı zənginləşdirəcək əsərləri dərc etməkdir: “Biz çox ümid edirik ki, bu layihənin həyata keçirilməsi sayəsində milli ədəbiyyatımız üçün inci hesab edilən ədəbi əsərlər yarada biləcək müasir müəlliflərin oxucular üçün “kəşf edilməsi” və stimullaşdırılmasına nail olacağıq. Tarixən Nizamilər, Füzulilər, Ordubadilər, Axundovların vətəni olan ölkəmizin yeni ədəbi dahilərə ehtiyacı var. Əminəm ki, Mədəniyyət və Turizm Nazirliyinin, “Azercell” şirkəti və ümumiyyətlə, hamımızın dəstəyi ilə həyata keçəcək bu layihənin sonunda ilk Milli Kitab Mükafatımız sonralar ədəbiyyatımıza Nobel mükafatını bəxş edəcək yazıçıya qismət olacaq. Baş sponsorla bərabər, “Azersun” və “Qarant Sığorta” da bu təşəbbüsü dəstəklədiklərinə görə onlara təşəkkürümü bildirirəm”.
“Azercell Telekom”un Korporativ ünsiyyət və Sosial Məsuliyyət bölümünün rəhbəri ülviyyə Həsənzadə qeyd edib ki, vətəndaşlarımızın mədəniyyətə qarşı marağını artırmaq, bu sahəyə yatırım etmək şirkət üçün böyük zövqdür.
Münsiflər Heyətinin üzvləri xalq yazıçısı çingiz Abdullayev, millət vəkili Vaqif Səmədoğlu və digərləri Milli Kitab Mükafatı təşkilat komitəsinə çoxlu maraqlı ədəbi əsərlərin təqdim olunacağına inandıqlarını və seçim zamanı yalnız əsərlərin dilinin zənginliyi, süjet xəttinin maraqlılığı, əsərin verdiyi mesajın mahiyyəti və digər nüansları nəzərə alacaqlarını qeyd ediblər. Qeyd edək ki, münsiflər heyətində Azərbaycan Respublikasının Yazıçılar Birliyinin katibi və “Penklub”un sədri çingiz Abdullayev, “Oskar” mükafatı laureatı, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, Azərbaycan Respublikasının Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, yazıçı Vaqif Səmədoğlu, millət vəkili Rəbiyyət Aslanova, “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı Nərgiz Cəlilova, prodüsser Balakişi Qasımov və “Muğam” radionun rəhbəri Elnur Baimov kimi nüfuzlu insanlar təmsil olunur.
Milli Kitab Mükafatının bütün respublikanı əhatə etməsi üçün Təşkilat Komitəsi və Münsiflər Heyəti tarixən ədəbi mərkəzlər sayılan Gəncə, Şamaxı, Naxçıvan, Lənkəran, Şəki və Quba şəhərlərində ətraf rayonlardan da dəvət olunacaq ziyalılarla və gənclərlə görüşlər keçirəcək, layihə barədə məlumat verəcəklər. Həmçinin, bir çox ali təhsil ocaqlarında tələbələrlə görüşlər keçiriləcək. İlin ən böyük mədəni hadisəsinə çevrilmək iddiasında olan Milli Kitab Mükafatı layihəsi bir neçə mərhələdə həyata keçiriləcək.
Müsabiqəyə hekayələr, povestlər, romanlar və digər ədəbi üslublarda yazılmış nəsr əsərləri qəbul olunacaq. Ən yaxşı 10 əsər toplu halında dərc olunaraq dövlət kitabxanalarına və təhsil ocaqlarına paylanılacaq.
Əlavə edək ki, Milli Kitab Mükafatı layihəsi çərçivəsində Azərbaycanın ən dinamik inkişafa malik sığorta şirkəti olan “Qarant Sığorta” xüsusi mükafat elan edir. Milli Kitab Mükafatı layihəsi dövründə sığorta mövzusunda ən maraqlı kiçik hekayə qalibinə 1.000 manat mükafat və mənzilinin 100.000 manat dəyərində sığortası hədiyyə olunacaq.
Gənclər və İdman Nazirliyi isə gənclər arasında ədəbiyyata marağı artırmaq və gənc yazarları dəstəkləmək məqsədilə 1.000 manat dəyərində mükafat təsis edib.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxElm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48

