Nəsimi festivalı çərçivəsində VIII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb
01.10.2019 [09:51]
Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VIII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb.
Layihə Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə həyata keçirilir.
Rusiyalı rəssam Fukrat Bayçibayev sərgi ilə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Mənim metal tullantılardan ərsəyə gətirdiyim “Şərq gözəlliyi” əsərim görkəmli mütəfəkkir Nəsiminin mədəni irsində göstərilən ən parlaq və ecazkar simalardan biri olan Şərq gözəlini tərənnüm edir. Bu gözəli o, bir çox şeirlərində vəsf edib. Barelyef müxtəlif polad detallardan hazırlanıb. İnanıram ki, ziyarətçilər tərəfindən bəyəniləcək”.
Azərbaycanlı rəssam Şahnaz Ağayeva əsəri barədə məlumat verərək deyib ki, “Açıqlama” adlı instalyasiyasının əsas məğzi daşlaşmış beyinlərin elm və savada köklənməsi konseptini ehtiva edir: “Daş informasiya daşıyıcılarından biridir. İnsan beyninin məhz daşla müqayisə edilməsi konsepti daha dəqiqləşir, inkişafa can atmaq üçün dayaq nöqtəsi olur. Belə bir sərgidə iştirakdan məmnunam, yaradılan şəraitə görə təşkilatçılara təşəkkür edirəm”.
Xorvatiyalı Sanya Pribiçin “Seirlərin nəsimi” adlı əsəri yeddi üfüqi şəkildə asılmış, üzərinə qəzetlər yapışdırılmış və mavi rəngə boyadılmış penoplast parçasıdır. Rəssam deyib: “Hürufizmdə yeddi müqəddəs rəqəmdir. Əsərin nümayiş edildiyi yerdə hava axınının paketləri yüngül mehlə - nəsimlə hərəkətə gətirməsi şairin təxəllüsünə işarə verir. Nəsiminin yaradıcılığı səmadan bizə gələn bir bəxşişdir”.
Monteneqrolu rəssam Luka Radoyeviçin sərgidə yer alan “Nəsiminin xəyalları” əsəri də olduqca maraqlıdır. Əsər haqqında məlumat verən rəssam deyib: “Mən Nəsiminin uşaqlığını göstərən dörd portretini çəkmişəm. Plastikdən kollaj şəkilində hazırlanmış portret Azərbaycanın xəritəsidir. Burada onun ingilis dilində tərcümə olunmuş şeirləri yer alır”.
Budəfəki sərgidə 14 ölkədən 21 rəssam-heykəltəraşın əl işləri nümayiş olunur. Sərgidə Azərbaycan, Çin, Finlandiya, Hindistan, Xorvatiya, İordaniya, İran, Monteneqro, Özbəkistan, Rusiya, Türkiyə, Şimali Makedoniya, Ukrayna və Yaponiyadan olan incəsənət nümayəndələrinin əl işləri təqdim edilib. Ənənəvi keçirilən sərgi bu il 650 illik yubileyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunub.
“Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən təşkil olunur. 2015-ci ildən Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də fəaliyyət göstərir. Layihə tullantı materiallarından sənət əsərləri yaratmağın mümkünlüyünü nümayiş etdirir. Əsas məqsəd əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, insanları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.
Xəbər lenti
Hamısına baxAnalitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30

