İstiqlal Muzeyində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb
26.12.2019 [09:56]
Dekabrın 25-də Azərbaycan İstiqlal Muzeyində ictimai fikir tariximizdə dərin iz qoymuş böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Prezidenti İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil edilib.
Sərginin açılış mərasimində Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva görkəmli publisist, ictimai xadim Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən söhbət açıb. Bildirib ki, Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam Azərbaycanda tarixi şəxsiyyətlərə göstərilən dövlət qayğısının daha bir təzahürüdür.
Qeyd edib ki, Əhməd bəy Ağaoğlu ilk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında alıb. Peterburq Mühəndis-Texniki İnstitutuna daxil olsa da, təhsilini yarımçıq qoyaraq, Parisdə hüquq məktəbini və Sarbonna Universitetini bitirib. Burada Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənib, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini nəşr etdirib. Daha sonra onun müxtəlif məcmuələrdə digər yazıları da dərc olunub. Əhməd bəy Ağaoğlu 1918-ci ildə xalqın bolşevik-daşnaklara qarşı mübarizəsinə kömək üçün göndərilmiş Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi Azərbaycana gəlib.
Nazir müavini Əhməd bəy Ağaoğlunun milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanındığını söyləyib.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Əhməd bəy Ağaoğlunun Azərbaycanın və bütövlükdə türk dünyasının ictimai-siyasi fikir tarixində yeri və rolundan danışıb. Diplomat Azərbaycan və Türkiyənin istiqlalı uğrunda mübarizə aparmış Əhməd bəy Ağaoğlunun hər iki ölkənin dövlət müstəqilliyi uğrunda mübarizədə öndə gedən ziyalılardan biri olduğunu qeyd edib, böyük mütəfəkkirin hər iki ölkənin parlamentinə deputat seçildiyini vurğulayıb.
Əhməd bəy Ağaoğlunun həm Türkiyədə, həm də Azərbaycanda Cümhuriyyət dövründə geniş fəaliyyətinə nəzər salan Xalq yazıçısı Elmira Axundova onun böyük ideoloq olduğunu qeyd edib. O, Əhməd bəy Ağaoğlunun türk xalqlarının milli azadlıq hərəkatında və mədəni yüksəlişində misilsiz xidmətlər göstərdiyini, onun yazdığı əsərlərin bu gün də aktual olduğunu vurğulayıb.
Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti zamanında yaradılmış “İstiqlal” muzeyinin 100-cü ili münasibətlə “Azərmarka” MMC tərəfindən hazırlanan poçt markasının təqdimatı və ilk gün zərfinin imzalanma mərasimi olub.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə cümhuriyyət tədqiqatçısı Dilqəm Əhmədin şəxsi kolleksiyası və muzeyin fondlarında qorunan 50-yə qədər eksponat nümayiş edilir.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

