Naxçıvan teatrında “Teleskop” əsəri tamaşaya qoyulub
30.12.2019 [09:44]
Dekabrın 29-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tamaşaya baxıb.
Xalq yazıçısı Elçin Əfəndiyevin yüksək tirajlarla müxtəlif dillərə tərcümə olunmuş əsərləri Azərbaycanda, həmçinin dünyanın müxtəlif ölkələrində sevilərək oxunur, səhnələşdirilir. Onun yaradıcılığının ən səciyyəvi cəhətlərindən biri insanların daxili aləmini, onların mənəvi dünyasındakı ziddiyyətləri əsərlərinin əsas süjet xəttinə çevirməsidir. Müəllifin “Teleskop” tragikomediyası da bu baxımdan xüsusi qeyd olunmalıdır. İnsanın ölümü və bundan sonra baş verənlərin səhnə həllini tapdığı tamaşada hadisələr qeyri-real olanla real olanın müstəvisində təqdim olunur. Rejissor tamaşa boyu gərgin, psixoloji məqamlarda sevinc və məyusluq, yaşamaq, yoxsa ölmək sualının cavabını tamaşaçıların ixtiyarına buraxır.
Gənc rejissor Həcərxanım Məmmədovanın quruluş verdiyi tamaşanın rəssamı Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır. Xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, Rövşən Hüseynov, Əməkdar artistlər Tofiq Seyidov, Əli Əliyev, aktyorlardan Zəminə Məmmədova, Nazlı Hüseynquliyeva, gənc aktyorlar Səyyad Məmmədov, Anar Eyvazov, Səkinə Məmmədova, Heyran Abdullayeva və başqaları obrazların dili ilə qarşıya qoyulan əsas məqsədə nail olub, tamaşaçıya real dünya ilə əbədi dünyanın müqayisəsində həyat gerçəkliklərini çatdırıblar.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb.
Ali Məclisin Sədri uğurlu tamaşa münasibətilə kollektivi təbrik edərək deyib: “Rejissor işi, aktyorların ifası, musiqi tərtibatı və digər bütün cəhətləri ilə “Teleskop” tamaşasını Naxçıvan teatrının səhnəsində oynanılan tragikomediyaların şahı hesab etmək olar. Bu tamaşa “Ölülər”dən sonra Naxçıvan teatrında oynanılan ən uğurlu səhnə əsəridir. Çünki “Ölülər”dən fərqli olaraq “Teleskop” əsərində real həyat gerçəklikləri müasir dövrə uyğun təqdim olunur”.
Ali Məclisin Sədri deyib: “Bugünkü tamaşanın əsas uğurlarından biri də peşəkar heyətlə birlikdə gənclərin də üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi idi. İstər rejissor işində, istərsə də aktyorların ifasında bu bir daha özünü təsdiq etdi. Naxçıvan teatrında bu cür tamaşaların nümayişi bir daha göstərir ki, ötən illər ərzində muxtar respublikada teatr sənətinin inkişafı ilə bağlı görülən işlər, çəkilən birgə zəhmət hədər getməmişdir. Teatr hər bir xalqın mədəni inkişafını göstərən birinci amildir. 130 ildən artıqdır ki, Naxçıvan teatrı da öz ənənələrini yaşadır və inkişaf edir”.
Ali Məclisin Sədri bundan sonra da Naxçıvan teatrında uğurlu tamaşaların səhnəyə qoyulacağına əminliyini bildirib, tamaşanın rejissoruna və yaradıcı heyətinə təşəkkür edib, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb.
“Naxçıvan teatrının bütün uğurlarının arxasında Ali Məclis Sədrinin yüksək diqqət və qayğısı dayanır. Yaradıcı kollektiv əldə olunanlara görə Ali Məclisin Sədrinə minnətdardır”, - deyən Xalq artisti Rza Xudiyev Ali Məclisin Sədrini qarşıdan gələn bayramlar münasibətilə Naxçıvan teatrının kollektivi, eləcə də onların timsalında muxtar respublikanın mədəniyyət işçiləri adından təbrik edib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54

