"Təhmasib şah" kitabının təqdimat mərasimi keçirilib
12.02.2010 [09:28]
Dünən Atatürk Mərkəzində yazıçı-publisist, “Olaylar” qəzetinin baş redaktoru və “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuzun “Təhmasib şah” tarixi romanının təqdimat mərasimi keçirilib. çıxış edən Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor, millət vəkili Nizami Cəfərov “Təhmasib şah” tarixi romanının Azərbaycan tarixşünaslığında dərindən öyrənilməyən bir dövrə həsr olunduğunu bildirib. Onun sözlərinə görə, bu əsər həm bədiiliyi, həm də tarixi əhəmiyyəti ilə yüksək önəm kəsb edir: “Yunus Oğuz olduqca ağır bir missiyanın öhdəsindən gəlib. Bu gün Azərbaycan ədəbiyyatında çox az-az müraciət olunan tarixi roman janrı öz sırasına mükəmməl bir nüsxəni əlavə etdi. “Nadir şah” romanının ardından yazılan “Təhmasib şah” olduqca mükəmməl bir əsərdir. Mən Yunus Oğuza yaradıcılıq uğurları arzulayıram və bir oxucu kimi yeni tarixi romanlar gözləyirəm”.
Kitaba ön söz yazan filologiya elmləri doktoru, professor Şamil Vəliyev “Təhmasib şah” romanının bir çox əlamətləri ilə maraq doğurduğunu bildirib. Professorun sözlərinə görə, müəllifin tarixə müraciət tərzi diqqəti cəlb edir: “Tarixə yalnız bədii planda deyil, həm də tənqidi məntiqlə yanaşan Yunus Oğuz hadisələrin sosial-fəlsəfi mahiyyətinə də maraq göstərir. “Təhmasib şah” romanında zəngin tarixi məlumatların, hadisə və şəxslərin olması müəllifin daha çox sənədlərə, faktlara əsaslandığını sübut edir. Bu roman tariximizin o dövrünü öyrənmək istəyənlər üçün də olduqca gözəl vəsaitdir. Əminəm ki, Yunus Oğuz “Atilla” ilə başlatdığı bu yolu davam etdirəcək və biz qarşıda daha fərqli bədii-tarixi əsərlərin oxucularına çevriləcəyik”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ilk növbədə yazıçını təbrik edib. Yunus Oğuzun yazdığı romanlarla tariximizin ziddiyyətli məqamlarına işıq tutduğunu söyləyən H.Babaoğlu istər Nadir şaha, istərsə də Təhmasib şaha münasibətin birmənalı olmadığını önə çəkib: “Bu səbəbdən Yunus Oğuz üzərinə böyük tarixi məsuliyyət götürərək bu mövzulara müraciət edib. Sosioloq Fürimen deyir ki, tarix keçmiş siyasət, siyasət isə bugünkü tarixdir. Bu mənada tarixin öyrənilməsi hər bir xalqın milli özünüdərki baxımından aktual və ciddi bir məsələdir. Mən əsərin bədii keyfiyyətlərindən çox, ideoloji, siyasi konsepsiyalarına toxunmaq istəyirəm. Əsəri oxuyarkən gözümüzün önündə qədim türk dövlətçilik ənənəsindən gələn və formalaşan dövlət piramidası-Səfəvilər piramidası canlanır. Müəllif bu piramidanı özünəməxsus və aydın şəkildə təsvir etməyi bacarıb. İlk növbədə, dövləti formalaşdıran sistemi göstərə bilib. Bununla yanaşı, əsərdə dövlətin informasiya təminatını formalaşdıran sistem çox gözəl təsvir edilib. Əsərdə göstərilən Ağa Dərviş və Şeyx obrazları həm təbliğatçı, həm də ideoloji rəhbər kimi xarakterizə olunur. Bu təbliğatın əsas daşıyıcıları sufi-dərvişlərdir. Bu olduqca maraqlı bir məsələdir. Bəlli olur ki, dövlətin əsas dayaqlarından biri də məhz bu təbliğat vasitəsidir. Bu məqam oxucu üçün böyük maraq kəsb edir. Digər məqam, əsərdə Səfəvilər dövlətinin əsasını təşkil edən türk tayfaları haqqında geniş məlumatın verilməsidir. Bu tayfaların hər birinin dövlətçiliyin inkişafında yeri və rolu əsərdə olduqca gözəl təsvir olunub. Nəticə etibarı ilə hesab edirəm ki, milli şüurumuzun formalaşmasında əsas rollardan birini oynayan tarix məhz ədəbi dillə, bədii dillə oxucuya çatdırılıb. Bu isə yazıçının uğuru sayılmalıdır”.
Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva, millət vəkilli Aqil Abbas, yazıçı-publisist Bəxtiyar Tuncay, professor Firudin Ağasıoğlu, tarix elmləri doktoru, professor Musa Qasımlı, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, yazıçı Elçin Hüseynbəyli də romanın tarixi əhəmiyyətinin böyük olduğunu dilə gətiriblər. Tədbirin sonunda müəllif bütün qonaqlara təşəkkürünü bildirib və tarixi romanlar seriyasının davamlı olacağını qeyd edib.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

