Gənc müğənni Elton Hüseynəliyevin "İstək" adlı ilk solo konserti keçirilib
24.05.2011 [09:17]
Mayın 22-də Heydər Əliyev Sarayında tanınmış Azərbaycan müğənnisi Elton Hüseynəliyevin “İstək” adlı ilk solo konserti keçirilib. Türkiyədən gəlmiş məşhur sənətçi Səlçuk Tekayın rəhbərlik etdiyi ansamblın (Bu ansambl məşhur türk müğənnisi İbrahim Tatlısəsi də müşayiət edir-red.) müşayiəti ilə səhnəyə çıxan Elton bir-birindən gözəl mahnılarını tamaşaçılara təqdim edib. öz repertuarına Emin Sabitoğlu, Eldar Mansurov, Niyaməddin Musayev, Ramiz Mirişli, Elza İbrahimova və digər tanınmış sənətçilərin mahnılarını daxil edən Elton bu mahnıların bəzilərini də yeni aranjımanla təqdim edib. Sənətçinin müxtəlif janrlarda təqdim etdiyi məşhur bəstəkarlarımızın mahnıları - “İstək”, “Subaylığın son gecəsi”, “Bayatılar”, “Gülüm harda qalmısan”, “Niyə küsdün, niyə getdin”, “Mənə bax”, “Bir könül sındırmışam”, “Mənim gülüm”, “çarə getməkdi”, “Niyə yox deyirsən”, “Səni düşünürəm”, “Bu sevgidə kim uduzdu, kim uddu”, “Vəfasız dost” mahnıları, “Bərabər yürüdük biz bu yollarda”, “Sən ağlama” kimi məşhur türk mahnıları saraya toplaşmış minlərlə tamaşaçıda yüksək əhval- ruhiyyə yaradıb. Tamaşaçılar isə aramsız alqışları ilə Eltonun sənətinə verdikləri qiyməti bir daha nümayiş etdiriblər.
Təbii ki, tamaşaçıların bu cür münasibəti sənətçini olduqca razı salıb. Bu, onun konsert əsnasında söylədiyi fikirlərdən də aydın görünür: “Mən bu gün əziyyət çəkib bu saraya gələn, mənim sənətimə yüksək qiymət verən hər kəsə səmimi təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz mənə güc verir və daha yüksək əzmlə, daha yüksək məhsuldarlıqla çalışmağa sövq edir”.
22 may tarixinin onun həyatında əlamətdar bir yeri olduğunu deyən gənc sənətçi fikrini isə bu cür əsaslandırıb: “Bu gün mənim həyatımda ən unudulmaz günlərdən biri və bəlkə də birincisidir. Bunun da müxtəlif səbəbləri var. Əvvəla ona görə ki, mən bu gün ilk konsertimi verirəm və tamaşaçıların bu konsertə böyük maraq göstərməsi həqiqətən məni çox sevindirir. Mənim ilk konsertimin məhz bu məkanda Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Sarayda baş tutması məni xüsusilə fərəhləndirir, qürurlandırır. ümummilli liderimiz Heydər Əliyev Azərbaycan gənclərinin inkişafı, onların istedadının üzə çıxarılması, istedadlı gənclərin dəstəklənməsi, gənclərə hər cür dəstək və imkan verilməsi istiqamətində çox böyük işlər görüb. Mən ilk dəfə 1997-ci ildə Ulu öndərimizin qarşısında çıxış etmişəm. Həmin vaxt bu Sarayda gənc istedadların konserti keçirilirdi və mən də müsabiqəyə qatılmışdım. O günün mənim həyatımda xüsusi yeri var. Bu gün isə cənab Prezident İlham Əliyev gənclərimizə böyük dəstək verir. Məhz bu diqqətin, qayğının, dövlətin böyük dəstəyinin nəticəsidir ki, mənim kimi gənc bir müğənni belə böyük sarayda, yüksək səviyyədə konsert verir. Bu dəstəyin nəticəsidir ki, bu gün Azərbaycan sənətçiləri Avropanın ən böyük musiqi yarışması “Eurovision”da birinci yerə çıxıb xalqımıza, ölkəmizə böyük bayram yaşadırlar. Ona görə də, mən bütün gənclərimizin adından cənab Prezident İlham Əliyevə, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”.
ölkəmizin ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının bu konsertin keçirilməsinə böyük dəstək verdiyini də söyləyən sənətçi əlavə edib ki, YAP gənclərə həmişə xüsusi diqqət və qayğı ilə yanaşır: “Bu partiyanın fəaliyyətində gənclərə qayğı göstərmək, gənc nəsli daha effektiv və dövlətimizin, xalqımızın maraqlarına uyğun şəkildə fəaliyyətə sövq etmək xüsusi yer tutur. Mən özüm də Yeni Azərbaycan Partiyasının üzvüyəm və bundan da qürur duyuram”.
Sənət fəaliyyətində bəzi enişlər və çıxışlar olduğunu deyən E.Hüseynəliyevin sözlərinə görə, “Azəristar” müsabiqəsindən sonra isə onun üçün yeni bir mərhələ başlayıb. “Azəristar” müsabiqəsindən sonra həm həyatı, həm də fəaliyyəti üçün yeni bir pəncərənin açıldığını etiraf edən sənətçi vurğulayıb ki, məhz bundan sonra kifayət qədər tanınmağa və bir neçə böyük layihələrə imza atmağa başlayıb: “Ona görə də, mənim həyatımda bu müsabiqənin və mənə böyük dəstək vermiş başda İlhamə xanım Quliyeva olmaqla “Azəristar”ın münsiflər heyətinin üzvlərinin yeri xüsusidir”.
Konsertdə səhnəyə təşrif buyuran bəzi sənətçilər də Elton Hüseynəliyevi təbrik edərək onun sənəti haqqında xoş sözlərini bildiriblər. Xalq artisti İlhamə Quliyeva deyib ki, Elton çox zəhmətkeş insandır və bu gün zəhmətinin bəhrəsini görür: “Eltonu mən “Azəristar” müsabiqəsindən tanıyıram. O vaxt mən həmin müsabiqənin münsiflər heyətində yer alırdım, Elton isə müsabiqəyə qatılmışdı. Onun üçün çox mübarizə apardım ki, müsabiqədən çıxarmasınlar. çünki ondakı istedadı görürdüm. Bu gün isə Elton zirvədədir. Onun sənətinə dövlət səviyyəsində də yüksək qiymət verilir, sənətini, mahnılarını nəinki ölkəmizdə, hətta Azərbaycandan çox - çox uzaqlarda da bilirlər, dinləyirlər. Mən ona inanıram və əminəm ki, o, öz üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirəcək”.
Şoumen Murat Dadaşov gənc sənətçini təbrik edərək təmsil etdiyi şirkət adından xüsusi daş-qaşlarla bəzədilmiş mikrafonu Eltona təqdim edib. O, Eltonun gənc yaşda olmasına baxmayaraq, bu sarayda belə bir möhtəşəm konsert proqramı ilə çıxış etməsini yüksək qiymətləndirərək, əlavə edib ki, E.Hüseynəliyev öz sənəti ilə Azərbaycan xalqının qəlbinə yol tapa bilib.
Gənc müğənni Aygün Şükürova da Eltonun yüksək istedadlı, şirin səsi olan və xalqımızın çox sevdiyi bir müğənni olduğunu söyləyərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra bu iki sənətçi birgə “Sən gəlməz oldun” mahnısını ifa ediblər.
Tanınmış skripkaçı, maestro Ceyhun da Eltonu belə möhtəşəm konsert keçirməsi münasibətilə təbrik edərək, əmin olduğunu bildirib ki, gənc müğənni gələcəkdə daha böyük nailiyyətlərə imza atacaq.
üç saata yaxın davam edən konsert Eltonun ifasında “Yaşa Azərbaycan” mahnısının səslənməsi ilə başa çatıb.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35

