Sən getdin...
21.12.2011 [01:38]
...Ulu öndər Heydər Əliyevin qarşısında dayanıb sözləri böyük şairimiz Bəxtiyar Vahabzadənin olan “Sən getdin” mahnısını ifa edirdi. Qədirin ifası ilə Bəxtiyar şeiri hər kəsi o qədər valeh etmişdi ki, bunu söz ilə ifadə etmək çox çətindir, bunun üçün həmin kadra baxmaq lazımdır...
...Bir dəfə hörmətli şairimiz, millət vəkili Sabir Rüstəmxanlıdan müsahibə almaq üçün rəhbəri olduğu partiyanın yerləşdiyi binaya gəldim. İçəri girəndə maraqlı bir səs eşitdim. Qədir Rüstəmov “Mənsuriyyə” oxuyurdu. Təsəvvür edin ki, mən üçüncü mərtəbəyə qalxıb müsahibə götürməli olduğum halda ikinci mərtəbədə yerləşən radionun səsyazma studiyasının qarşısından yuxarı bir addım ata bilmirdim. Qədir Rüstəmov ifasını bitirdi və mən yaxınlaşıb böyük sənətkarla görüşdüm. Kefini soruşanda hər zaman olduğu kimi, “Oxuya bilmirəm, əl də çəkmirlər” - deyə, cavab verdi...
...”Uzun ömrün akkordları” filmində Qədir Rüstəmov cəmisi bir kadrda-Cabbar Qaryağdıoğlu rolunda Məcnunu ifa edir. Amma kaş ki, bir dəfə də olsa oynayaydı bu rolu. Bəlkə də xasiyyət və xarakter etibarı ilə qeyri-standart adam olduğu üçün rejissor üçün çox çətin olardı. Amma bəlkə də tamam fərqli bir Məcnun görə bilərdik...
...Bir həmkarım Qədir Rüstəmov haqqında yazısının başlığını belə qoymuşdu “Ağdamı bir də itirdik”. Amma Qədir Rüstəmov axır ki, Ağdama qovuşdu. Əbədi qovuşdu. Bakıda dəfn olunsa da ruhu mütləq Ağdama qayıtdı. çünki Qədir Rüstəmovsuz Ağdam elə ruhsuz bir can olardı...
...Dəryada gəmim qaldı,
Biçmədim zəmim qaldı,
çox çəkdim yar cəfasın,
Mənə də qəmim qaldı...
Onun səsində bəlkə də qeyri-adi bir şey yox idi. Sadəcə, Qədir Rüstəmov oxuyanda ürəkdən oxuyurdu. Onun səsini eşidəndə insan, hətta çoxluq arasında belə ürəyi ilə tək qala bilirdi. Mütləq insan xəyalən harayasa gedəcəkdi. Qədir Rüstəmovun səsi bunun üçün ilahi səs idi...
...Ağzı xeyir sözlüm incimə məndən,
Yar yardan ayrılmaz, bülbül çəməndən,
Demə ki, saçlarıma düşmüşdü dən-dən,
ürək qocalmayıb, ürəyim sənsən...
Qədir Rüstəmov muğam festivalında Mustafanı ayaq üstə alqışladı. Hamı bir ağızdan söylədi ki, “Qədirin davamçısı gəldi”... Nədən idisə hamı Qədirin davamçısını axtarırdı, söz düşəndə “ondan bir də gəlməyəcək deyirdilər”. “Ondan birinin də gəlməsi” hamını sevindirirdi... Amma bəlkə də Qədir Rüstəmov məhz həmin gün axır ki, rahat nəfəs aldı. İllərdir ki, heç kimə etibar etmədiyi “Sona bülbüllər”i elə Mustafaya əmanət etdi və sonunda ürəyi ilə baş-başa qala bildi...
...Qədir Rüstəmov dünyasını dəyişən gününün səhərisi bəzi dostlarımla “Facebook”da həmin gün yalnız Qədir Rüstəmovun ifasına qulaq asacağımızı razılaşdıq. Qədir Rüstəmov həmin gün mənim üçün yenidən kəşf olundu. Tək “Sona bülbüllər”ə vurmayıb möhürünü bu böyük sənətkar. Elə eyni gözəlliklə oxuyub “Sarı gəlin”i, “Cahargah təsnifi”ni, “Olmaz-olmaz”ı, “Apardı sellər Saranı” mahnılarını... ürəkdən oxuyub, ürəyini verib. Elə hər ifasına ürəyindən bir parça verə-verə sonunda ürəyi də ona xilaf çıxdı...
Qədir Rüstəmov haqqında danışmaq da olar, yazmaq da. Elə də çətin deyil. çünki hər kəsin sevdiyi bir Xalq artistidir Qədir Rüstəmov. Amma Qədir Rüstəmov kimi oxumaq çox çətin olacaq. çox...
Sən getdin, elə bil dünya boşaldı,
Yaz da, köçüb getdi yeri boş qaldı.
Bahar ürəyimi sənsiz qış aldı,
Mən yaza vurğunam, qışı neylərəm?
Eşqimi aparıb sən getdin demək,
Eşqsiz bir dünya nəyimə gərək.
Soyuq daşa döndü o gündən ürək,
Sinəmdən asılan daşı neylərəm?
...Qədir Rüstəmovun ifasında bu sözlər məni hər qulaq asanda yenidən sehrləyir... Allah rəhmət etsin...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13

