Həyatını oynayan “Ögey ana”
25.10.2023 [12:51]
Bu gün Xalq artisti Nəcibə Məlikovanın anadan olmasından 102 il ötür.
Nəcibə Haşım qızı Məlikova 1921-ci ilin çiskinli günündə - 25 oktyabrda Buzovna kəndində dünyaya gəlib. O, həm şair, həm də Bakının ən məşhur tacirlərindən biri olan Haşım bəy Saqibin qızı idi. Anası Xoşsima xanım isə komsomolçu fəallardan idi.
Nəcibə Məlikova əvvəl Tibb İnstitutuna daxil olsa da sonradan aktrisalığa bağlamaq qərarına gəldi. Sənədlərini Teatr İnstitutuna verdi və burada oxuduğu müddətdə sənətə çox bağlandı. Ömür gün yoldaşını da bu ərəfədə tapdı. Gəncə Dram Teatrında çalışdığı müddətdə Gəncənin tanınmış adamlarından olan Nəsrəddin bəylə tanış oldu. Nəsrəddin bəy tamaşaların birində hündür, şux qamətli, iri ala gözləri və çox cazibədar təbəssümü olan aktrisanı gördü və bir könüldən min könülə aşiq oldu. Ailə qurdular. Nəsrəddin bəyin ilk evliliyindən Fuad adlı bir oğlu da vardı. 12 ildən sonra Allah ona bir oğul da bəxş etdi. Adını Saqib qoydular. Nəcibə xanım hər iki uşağa eyni ana qayğısıyla yanaşdı, onları bir-birindən ayırmadı. Bunu Fuad bəy dəfələrlə xatirələrində dilə gətirməkdən çəkinməzdi. Hətta “Ögey ana” filminin ssenarisi məhz bu ailədən götülürmüşdü. Nəcibə xanım isə Dilarə rolunda özünü oynamışdı. Onun həyat yoldaşı həqiqətən də yol mühəndisi idi. İsmayıl oğulluğu Fuadın, Cəmilə isə Saqibin obrazı idi.
Lakin bu evlilik o qədər də uzun sürmədi. Günlərin bir günü Nəsrəddin bəy başqası ilə evləndi. Nəcibə xanım səssizcə oğlunu da götürüb evdən çıxdı. Lakin Fuadı heç vaxt unutmadı. Çox keçmədi ki, Nəsrəddin bəy 30 yaşında faciəli surətdə dünyasını dəyişdi. Nəcibə Məlikova bundan sonra bir daha ailə qurmadı. Özünü övladlarına və sənətinə həsr etdi. Ömrünün sonuna qədər Dram Teatrında və “Azərbaycanfilm” kinostudiyasında çalışdı.
Nəcibə Məlikova Azərbaycan və dünya dramaturqlarının əsərlərinin səhnə həyatında rol alıb. Eyni zamanda, kinoda bir sıra uğurlu rollar ifaçısı kimi yadda qalıb. Onların sırasında “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir. Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayıb.
Kino və teatr sahəsində xidmətlərinə görə aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Hindistanda qastrol zamanı ağacdan üstünə qəfil atılan meymundan qorxduğu üçün şəkər xəstəliyinə tutulub. Həyatının sonuna kimi şəkər xəstəliyi ilə mübarizə aparıb.
Görkəmli sənətkar 1992-ci il iyulun 27-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.
M.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

