Sözün bitdiyi yerdə onun musiqisi başlayır
03.11.2023 [10:47]
Azərbaycan musiqisinin Emin Sabitoğlu mərhələsi
Günel ABBAS
Ünsiyyətin mümkün olan bütün imkanları bitdiyi yerdə onun musiqisi başlayır. Onun musiqiləri insanı dinlədikcə çox uzaqlara aparır.
O dünyanın ən aparıcı bəstəkarlarından geri qalmır, əksinə çoxunu qabaqlayır. Sadəcə bəlkə də zamanında onun musiqiləri lazımınca təbliğ və təqdim olunmayıb.
600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyən tanınmış bəstəkar Emin Sabitoğlunun anadan olmasından 86 il ötür...
Emin Sabitoğlunu bir bəstəkar kimi xalqa sevdirən mahnılarının özəyindəki melodiyadır. Xalq şairi Bəxtiyar Vahabzadə əbəs yerə demirdi ki, E.Sabitoğlunun bütün mahnılarında romans janrının əlamətlərini görürük. Belə ki, bu mahnılarda olmuş bir əhvalat nəql olunur. Burada təəssüf qarışıq bir giley, intizar qarışıq bir peşmançılığın fəryadını eşidirik.
Bununla yanaşı bu mahnılarda da vurğu əsasən nəqarətin üstünə düşür, hiss, həyəcan nəqarətdə sərgilənir və biz uzun müddət mahnısının təsirindən çıxa bilmirik.
Emin yaradıcılığının ikinci üstün cəhəti seçilən mətnin şair qədər duyulmasındadır. O, seçdiyi mətni köynək kimi qəlbinə geyir, onun istisinə isinir. Onu öz duyğusuna çevirib, sonra piano arxasına keçir.
O, yaşadığı dövrdə öz-özlüyündə musiqidə bir mərhələ idi. Azərbaycan musiqi köklərinə son dərəcə bağlı sənəti ilə Emin Sabitoğlu dünən də, bu gün də çox-çox yüksəklərdədir.
Emin Sabitoğlunun mahnılarının valehedici gücü onun qeyri-adi gözəlliyi ilə seçilən melodiyalarındadır. Özü də bu melodiyalar nə qədər sadə, nə qədər yığcamdırsa, bir o qədər təsirli, cazibədardır.
Emin Sabitoğlunun əsərlərini səciyyələndirən xüsusiyyətləri parlaq melodizm, xalq musiqimizin dərin qatlarına yiyələnmək, xalq musiqimizə ehtiramla, məhəbbətlə yanaşmadır. Hər bir janra yenilik gətirən bəstəkar onu müxtəlif vasitələrlə zənginləşdirib.
Aylar, illər ötəcək, zövqlər, maraqlar bir-birini əvəz edəcək, dəyişəcək, Emin Sabitoğlunun gözəl, təkrarsız musiqisi nəinki yaddan çıxmayacaq, əksinə musiqi tariximizin hər yeni mərhələsində görkəmli ifaçılarımızın şərhində yeni boyalarla zənginləşərək daha çox seviləcək, cavanlaşacaq. Məhz bu səbəbdən Emin Sabitoğlunun xalqın qəlbinə toxunan dərin musiqisi daima yaşayacaq...
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

