Dar ağacından xilas olan musiqiçi…
05.11.2023 [12:39]
M.BAYRAMLI
Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində XIV–XV əsrlərin görkəmli Azərbaycan alimi, musiqiçisi, müğənnisi, şairi, xəttatı Əbdülqadir Marağayinin 670 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə birgə təşkil edilir. Gecədə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəya Ağayeva Ə.Marağayinin yaradıcılığı mövzusunda məruzə ilə çıxış etdikdən sonra Qədim Musiqi Alətləri Ansamblının konsert proqramı təqdim olunacaq. Konsertin bədii rəhbəri Xalq artisti Munis Şərifovdur.
Tarixə nəzər salsaq görərik ki, XIII-XV əsrlərdə Yaxın və Orta Şərq ölkələrində musiqi nəzəriyyəsinin inkişafı Əbdülqadir Marağayinin adı ilə ilə sıx bağlıdır. Şərq aləminin böyük musiqiçisi 670 illiyinə həsr olunmuş tədbirin keçirilməsi isə təsadüfi deyil.
Əbdülqədir ibn Qeybi əl-Hafiz Əl-Marağayi XIV əsrin ortalarında Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində anadan olub. Marağayi də hərtərəfli təhsil alıb, şərq musiqi nəzəriyyəsini dərindən mənimsəyib, gözəl xanəndə, musiqiçi, bəstəkar, rəssam – xəttat və şair olub. Öz şerlərini Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazıb.
1393-cü ildə Əmir Teymur Bağdadı tutarkən Şəhərin bir çox görkəmli sənətkarları ilə bərabər Əbdülqadir Marağayini də Səmərqəndə göndərir. O, Səmərqənddə olarkən Teymurun sarayında böyük hörmət qazanır. 1399-cu ildə yenidən Azərbaycana qayıdır. Bir müddət Təbrizdə Teymurun oğlu Miranşahın sarayında çalışır. Çox keçmir, sarayda hərc-mərclik yaranır. Bu fürsətdən yararlanan Marağayi Təbrizi tərk edərək Bağdada gəlir. Ancaq onun burada rahat yaşaması mümkün olmur. Çox çəkmir, Əmir Teymur geri dönür. 1401-ci ildə Bağdadı yenidən ələ keçirir. Əbdülqadir Marağayi bir daha həbs olunur. Bu dəfə ölümü haqda fərman verilir. Tarixçi Xandəmir “Həbibi-Siyar” əsərində yazır: “Əbdülqadirin edam günü Bağdad camaatı həyəcanlı bir gün yaşayır. Böyük bir təlaş içində meydana toplanır. Edamda Əmir Teymur da iştirak edir. Onu öldürməyə gətirəndə o, Qurandan bir surəni ucadan, həm də çox təsirli və xoş bir avazla oxuyur. Onun belə mahir oxumasından Teymur çox təsirlənir. Edamı dayandırır və deyir: “Əbdülqadiri əfv etdim”. Sonra gülümsəyərək əlavə edir: “Əbdülqadir qorxudan Quranda cəng çaldı”.
Onun oğlanları və nəvələri də tanınmış musiqiçilər olub. Əbdülqədir Marağayinin kiçik oğlu Əbdüləzizin musiqi nəzəriyyəsinə dair "Niqavət ül-ədvar" əsəri hazırda "Nuri Osmaniyyə" kitabxanasında saxlanmaqdadır. Onun nəvəsi Məhəmmədin "Ma-qasid ül-ədvar" əsəri də həmin kitabxanadadır. Marağayi ömrünün son illərini Heratda keçirib. O, 1436-cı ildə burada vəfat edib və dəfn olunub.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18

