/ / Azay Quliyev: ATƏT-in Parlament Assambleyası Azərbaycanda bu ilin oktyabrında keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək
Azay Quliyev: ATƏT-in Parlament Assambleyası Azərbaycanda bu ilin oktyabrında keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək
24.07.2013 [09:45]
ATƏT Parlament Assambleyasının komitə sədrinin müavini və Büro üzvü, Milli Məclisin deputatı Azay Quliyev bu qurum ilə Azərbaycan arasındakı əlaqələrlə bağlı AzərTAc-a məxsusi müsahibə verib.
- Azay müəllim, bu yaxınlarda siz ATƏT Parlament Assambleyasının komitə sədrinin müavini və Büro üzvü seçilmisiniz. Bununla da Azərbaycan ilk dəfə olaraq bu qurumun rəhbər orqanlarında təmsilçilik hüququ qazanmışdır. Sirr deyil ki, Azərbaycanda və bir sıra digər ölkələrdə ATƏT ilə bağlı çoxlu tənqidi fikirlər vardır. Siz, ATƏT PA-nın təmsilçisi olaraq bu tənqidləri necə qiymətləndirirsiniz? Bu tənqidləri necə ümumiləşdirmək olar?
- Əlbəttə, bu gün ATƏT-in fəaliyyəti ilə əlaqədar səslənən əksər tənqidi fikirlərlə mən də tanışam və demək olar ki, onların hamısını bölüşürəm. Mənim də dəfələrlə bu qurumun işi ilə bağlı tənqidi yanaşmam olmuşdur və indi də vardır. Bildiyiniz kimi, ATƏT dünyada ən böyük regional təşkilatdır və öz mandatı çərçivəsində sülh və təhlükəsizliyə, o cümlədən siyasi islahatlara və əməkdaşlığa məsul olan BMT-dən sonra ikinci ən mühüm dövlətlərarası beynəlxalq qurumdur. Bu baxımdan ATƏT-dən gözləntilər də çoxdur. Əgər təşkilat bu gözləntilərə tam cavab vermirsə və ona olan ümidləri lazımi səviyyədə doğrultmursa, o zaman onun fəaliyyətindən razı qalmaq mümkün deyildir. O ki qaldı tənqidlərin mahiyyətinə, burada çox məsələlərə toxunmaq mümkün olsa da, sadəcə bunlardan bəzilərini qeyd etməyi vacib sayıram. Birincisi, ATƏT ərazisində həll olunmamış münaqişələrdə təşkilatın üzləşdiyi uğursuzluq; ikincisi, ATƏT institutları arasında əməkdaşlıq və anlaşmanın deyil, bir çox hallarda qarşıdurmanın müşahidə olunması; üçüncüsü, qəbul olunmuş qərar və qətnamələrin səmərəli icra mexanizminin olmaması. Bundan irəli gələn bir sıra problemləri isə ayrıca vurğulamaq olar.
- Bunlar nədən qaynaqlanır? Ümumiyyətlə, bu məsələlərin həlli ilə bağlı nə təklif etmək olar?
- Şübhəsiz ki, məsələ sadə olmadığından onun həlli yolları da asan deyildir. Düşünürəm ki, ilk növbədə ATƏT-də institusional və siyasi cəhətdən ciddi islahatlar aparılmalıdır. Bu islahatların əsas hədəfi ATƏT-in mandatına uyğun məsələlərin həlli üçün konkret və səmərəli mexanizmlərin işlənilib hazırlanmasından ibarət olmalıdır. Bu gün ATƏT bir qurum olaraq öz ərazisindəki mövcud münaqişələri həll etməkdə acizdir. Bu, sülh və təhlükəsizliyin təmini məqsədilə yaradılan bir qurum üçün qəbuledilməzdir. Yaxud regionda əməkdaşlığa töhfə verməyə borclu olan ATƏT öz institutları arasında nəinki əməkdaşlığı təmin edə bilmir, əksinə, bu qurumlar arasında bir sıra hallarda qarşıdurmanın şahidi oluruq. Misal üçün, ATƏT Parlament Assambleyası ilə onun digər qurumu olan Demokratik İnstitutlar və İnsan Haqları Bürosu (DİİHB) arasında illərlə davam edən çəkişmələr, xüsusilə ayrı-ayrı ölkələrdə keçirilən seçkilərin nəticələrinin qiymətləndirilməsində DİİHB-nin Assambleyanın rəyini nəzərə almaması və bu sahəni bir növ öz monopoliyasında saxlaması, sözsüz ki, vahid bir təşkilat kimi ATƏT-ə ciddi şəkildə problemlər yaradır və ona olan ictimai etimada zərbə vurur. Yaxud ATƏT-in Nazirlər Şurasının Parlament Assambleyasının qərar və tövsiyələrinə məhəl qoymaması, bəzən adi tənqidə dözümsüzlük nümayiş etdirməsi, Nazirlər Şurasının fəaliyyətindəki şəffaflıq problemi adi hala çevrilmişdir. Mən hələ ATƏT Parlament Assambleyasının qəbul etdiyi qətnamələrin əksəriyyətinin kağız üzərində qalmasının ölkələrdə yaratdığı məyusluğu demirəm. Ona görə də, ATƏT-də ən azı qeyd olunan problemlərin aradan qaldırılması üçün ciddi islahatların aparılmasına və bu quruma yanaşmanın dəyişməsinə çox böyük ehtiyac vardır. Bunun üçün isə ilk növbədə böyük dövlətlərin istəyi və siyasi iradələri olmalıdır.
- Seçkilərdən söz düşmüşkən, ATƏT PA Azərbaycanda bu ilin oktyabrında keçiriləcək prezident seçkilərini müşahidə edəcəkmi?
- Xeyr, budəfəki seçkilərə ATƏT PA müşahidəçi missiyası göndərməyəcəkdir. Səbəb isə payız sessiyasının seçkilərlə eyni tarixə, yəni oktyabrın 13-15-nə təsadüf etməsidir.
- Sizcə, az heyətlə də olsa, ATƏT PA nümayəndə heyəti göndərə bilərdimi?
- Görünür, Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Assambleyanın rəhbərliyində ciddi narahatçılıq olmadığından belə bir qərara da ehtiyac duyulmamışdır.
- Seçiləndən sonra Büronun iclasında iştirak etmisinizmi?
- Xeyr. Hələ ki, iclas olmamışdır. İlk iclas sentyabrın 2-nə təyin edilsə də, Büro üzvlərinin tam heyətdə iştirak edə bilməməsi səbəbindən iclasın vaxtı oktyabrın 12-nə keçirilmişdir. Ciddi bir səbəb olmasa, həmin tarixdə Büronun iclasında iştirak etməyi planlaşdırıram.
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

