Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / ABŞ BMT TŞ-nin iclasında iştirak etmək istəyən Əraqçiyə viza verməyib

ABŞ BMT TŞ-nin iclasında iştirak etmək istəyən Əraqçiyə viza verməyib

25.05.2026 [20:31]

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ vizası ilə bağlı problemlərə görə çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edə bilməyəcək. AZƏRTAC İRNA dövlət xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi bildirib.

O, jurnalistlərə müsahibəsində deyib: “ABŞ vizası ilə bağlı problemlə qarşılaşdıq”.

ABŞ və İran arasında davam edən gərginlik fonunda keçiriləcək iclasa Çinin xarici işlər naziri Van İ sədrlik edəcək.

“BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə dəstək və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda keçiriləcək iclas ABŞ ilə İran arasında münaqişənin davam etdiyi bir vaxta təsadüf edir.

Paylaş:
Baxılıb: 53 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31