Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistan XİN: Rubionun İrəvana səfərinin qarşıdakı seçkilərlə əlaqəsi yoxdur

Ermənistan XİN: Rubionun İrəvana səfərinin qarşıdakı seçkilərlə əlaqəsi yoxdur

25.05.2026 [21:08]

ABŞ Dövlət katibi Marko Rubionun İrəvana mayın 26-na planlaşdırılan səfəri ilə qarşıdakı parlament seçkiləri arasında hər hansı əlaqə yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. “Bunun seçkilərlə nə əlaqəsi var? Bunlar necə əlaqəli ola bilər?”, - deyə Mirzoyan Rubionun Ermənistana səfərinin qarşıdan gələn səsvermə ilə əlaqəli olub-olmadığı barədə suala cavab olaraq “news.am” portalına bildirib.

Nazir, həmçinin Marko Rubionun səfəri zamanı hansı sənədlərin imzalanacağına dair sualı cavablandırmaqdan imtina edərək deyib ki, bununla bağlı açıqlama vaxtı çatanda veriləcək.

Mediada yayılan məlumata görə, səfər zamanı Rubionun Mirzoyanla danışıqlar aparması və ardınca sənədlərin imzalanması planlaşdırılır.

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31