Siyavuş Novruzov: Siyahı ilə bağlı işlər yekunlaşıb...
05.09.2015 [11:14]
YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun “musavat.com”-a müsahibəsi
Telefona gec cavab verməsini iclasda olmasıyla izah etdikdən sonra ilk sualımıza cavab verib:
- Siyavuş bəy, iclas YAP-ın seçki siyahısı ilə bağlı idi, yoxsa..?
- Səlahiyyətli nümayəndələrin təsdiqi, onların yerlərə göndərilməsi, vəsiqələrin alınması və s. kimi seçki ilə bağlı kifayət qədər iş var.
- Yəqin bilirsiniz ki, YAP-ın seçki siyahısı zəlzələ mövzusundan da aktualdır. Bəs, nə vaxt açıqlanacaq?
- İnşallah bu həftə ərzində açıqlanacaq.
- Artıq həftənin iş günləri başa çatır. Bu gün, ya sabah ola bilərmi?
- Gözlənilir. İşlər yekunlaşıb.
- İddialar var ki, YAP ölkənin ictimai-siyasi həyatında canlanmanın, aktivliyin yaranmaması üçün siyahını da maksimum gec açıqlamaq istəyir...
- Elə bir şey yoxdur. Onsuz da qanunvericilikdə belədir ki, imza toplayandan sonra seçkilərə ən azı 50 gün qalmış DSK-ya digər sənədləri təqdim etmək olar. Yəni onsuz da DSK ayın 12-dən tez hər hansı sənədi qəbul etməyəcək. Əgər namizəd irəli sürülürsə, namizədin müdafiəsi üçün seçici imzaları toplanılır və müvafiq sənədlərlə birgə DSK-ya təqdim etmək üçün seçkilərə ən azı 30 gün, ən çoxu 50 gün qalmış təqdim olunmalıdır. Bu baxımdan kifayət qədər zaman var. Əvvəlcədən qeyd etmişik ki, bizim hər dairə üzrə 10 nəfər imza toplayan şəxsimiz müəyyən olunub, onlara treninq keçirilib. Bir gün, gün yarım ərzində bunlar imzaları toplayacaq və müvafiq sənədlərlə birlikdə hazır vəziyyətdə saxlayacaq. Sentyabrın 12-nə qədər onsuz da sənədləri DSK-yə təqdim etmək mümkün deyil. O baxımdan da vaxtında biz bütün prosedurları yerinə yetiririk.
- Bütün işlər başa çatıbsa, namizədlərin yekun siyahısının açıqlanmasına mane olan nədir?
- Bununla əlaqədar gərək partiyanın ali orqanının, İdarə Heyətinin toplantısı keçirilsin. Bununla əlaqədar İdarə Heyətinə qabaqcadan müraciət olunur və s... Yəni nə vaxt olacaqsa, biz ictimaiyyətə açıqlayacağıq və bütün siyahını YAP-ın saytında yerləşdirəcəyik.
- Bizim qəzetimizə bundan öncəki müsahibənizdə demişdiniz ki, İdarə Heyəti bu həftə toplanacaq. Ertələnmə nə ilə bağlıdır?
- İdarə Heyətinin bununla bağlı toplantısı bir dəfə olub. Ancaq bu, səlahiyyətli nümayəndələrin təyin olunması ilə əlaqədar idi. İdarə Heyətinin qərarı ilə biz 160 nəfər səlahiyyətli nümayəndə təyin etmişik və MSK bununla əlaqədar qərar verib, onları müvafiq lövhəciklərlə təmin edib.
- Səlahiyyətli nümayəndələr dairələr üzrə təyin edilib, yoxsa konkret namizədlər üçün..?
- Dairələr üzrə... Hər dairə üzrə 2 nəfər səlahiyyətli nümayəndə təyin etmişik. Bundan başqa Əli Əhmədov respublika üzrə səlahiyyətli nümayəndədir, mən isə maliyyə məsələləri ilə bağlı bütün respublika üzrə səlahiyyətli nümayəndəyəm.
- Tərəddüdlərinizdən belə çıxmırmı ki, hələ 125 nəfərlik siyahının tərtib olunması tam başa çatmayıb?
- Yox, siyahı tam dəqiqləşib, amma xırda detallar qalır. Namizədlərlə bağlı məlumatlar olmalıdır. Bu məlumatlar həm bildirişdə, həm razılıq ərizəsində, həm də protokolda olmalıdr. Bu baxımdan texniki işlər gedir.
- Eldar Sabiroğlu açıqlamalarının birində YAP rəhbərliyindən narazılığını ifadə edib. Bu barədə nə deyə bilərsiniz?
- Onun dediklərini oxumamışam. Başım bu işlərə o qədər qarışır ki, oxumağa imkanım olmayıb.
- Eldar müəllim YAP üzvüdür, yoxsa Müdafiə Nazirliyinə gedəndən partiyadan uzaqlaşıb?
- Partiyanın üzvüdür. Hərbi sahəyə getdikdən sonra partiya fəaliyyəti dayandırılmışdı. Ordudan tərxis olunandan sonra yəqin ki, bərpa ediblər.
- O, deyir ki, “Partiyada və yuxarı dairələrdə məni arzulamayan insanlar var. Bunu gizlətməyimin bir mənası yoxdur. Onlar mövqe sahibidirlər”. Onu da etiraf edib ki, kimlərinsə adlarını çəkmək ona xeyir gətirməz, çünki üstünə şığıyarlar. Çox ciddi ittihamlardır...
- Bununla əlaqədar konkretlik lazımdır. İstəmirəm ki, ümumi sözlərə münasibət bildirim.
- Nəsimi rayonunun sabiq icra başçısı deyib ki, deputat olmaq istəyirmiş, ona görə də vəzifədən çıxarılmasını şəxsən xahiş edib...
- Deputat olmaq hər bir vətəndaşın arzusu, istəyidir. Yaşı 25-ə çatmış hər bir Azərbaycan vətəndaşı seçib-seçilə bilər. Bəzi məhdudiyyətlər var, ağır cinayət törədənlərə, əqli cəhətdən zəif olanlara qanunla məhdudiyyətlər qoyulur. Digər vətəndaşlara Konstitusiya ilə seçilmək hüququ verilib. Ona görə də, kim istəyirsə, buyurub, namizədliyini irəli sürə bilər.
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
Gündəm
25 Aprel 11:38
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17

