Parlamentin yeni komitələri yaradılacaq
22.04.2009 [15:28]
Yaxın vaxtlarda Milli Məclisin yeni komitələri yarana bilər. Qeyd edək ki, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisdə bu təkliflə çıxış edib və həmin təklif parlament rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Siyavuş Novruzov yeni komitələrin yaradılmasının zəruri olduğunu bildirib:
- Bir çox dövlətlərin parlamentlərində, xüsusilə post-sovet ölkələrində Avropa İttifaqı, NATO ilə əlaqələr üzrə komitələr fəaliyyət göstərirlər. Yəni, müəyyən məsələlər, qanunlar var ki, Avropaya inteqrasiya ilə bağlı bu komitələr işləyirlər, müvafiq qanunları bu sistemlərə uyğunlaşdırırlar. Hesab edirəm ki, Azərbaycanda da buna ehtiyac var. Milli Məclis Avropa Parlamenti, Avropa Birliyi, NATO Parlament Assambleyası ilə sıx əməkdaşlıq edir. Bu tipli beynəlxalq təşkilatlarla ciddi əməkdaşlıq edilməlidir. Ayrı-ayrı komitələr bu işlə məşğul olmamalıdır. Elə bir xüsusi komitə yaradılmalıdır ki, bu məsələlərlə ayrıca məşğul olsun. Məsələ ilə əlaqədar Milli Məclis rəhbərlyi müsbət rəy verib. Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi bu yaxınlarda Bakıda səfərdə oldu, görüşlər keçirdi, bu məsələlər də müzakirə edildi. Bu baxımdan düşünürəm ki, gələcəkdə belə komitə yaradılacaq.
Bundan əlavə, gənclər və idmanla bağlı komitə də yaradılmalıdır. çünki bunlar da bir-birilə əlaqəli sahələrdirlər. Hazırda bu məsələlərlə Mədəniyyət və Sosial komitələr məşğul olur. Hesab edirəm ki, bu sahələrdə qanunvericilik işləri ilə xüsusi komitə məşğul olmalıdır. Bu yöndə beynəlxalq təcrübə də var, post-sovet, Şərqi Avropa ölkələrinin parlamentlərində gənclər və idman sahəsi ilə bağlı komitələr fəaliyyət göstərir.
- Siyavuş müəllim, parlamentin iclasında eks-prezidentlərin statusu haqqında qanunun hazırlanması ilə əlaqədar təkliflər vermisiniz. Amma bəzi müxalifət təmsilçiləri təkliflərinizin əleyhinə çıxış edirlər...
- Mən qanunun hansı formada olması haqqında öz fikirlərimi bildirmişəm və heç kimin adını çəkməmişəm. Müxalifətin hay-küy salması isə “qarğa məndə qoz var” deməkdir. Bu status o adama verilməlidir ki, prezident seçilib səlahiyyətini tam başa çatdırsın. Amma o da ola bilər ki, həmin şəxs seçiləndən sonra vəzifə başında dünyasını dəyişsin və ya müəyyən səbəblərdən istefa versin. Xalq prezident olmaq istəyən şəxsin təqdim etdiyi proqrama səs verir, əgər prezident bu proqramı icra edə bilmirsə və bunu xalq qarşısında etiraf edib istefa verirsə, qanun bu insanlara da şamil edilməlidir. Amma cinayət törətmiş şəxslər və ya xalqın etimadını yerinə yetirə bilməyənlər, dövlətə, xalqa ləyaqətlə xidmət edəcəyinə and içənlər, dövlət təhlükə ilə üzləşəndə vəzifəsini qoyub qaçırsa, həmin şəxsə eks-prezident statusu verilməməlidir. Bütün dünyada belədir. Bəzən deyirlər ki, kiminsə dövründə BMT üzvlüyünə qəbul olunmuşuq və s. Nə olsun? çox adam o qədər işlər görür ki!... Biri doğulub fəaliyyət göstərir, sabah cinayət törədir, onu tutmasınlar ki, indiyə qədər müəllim və ya həkim işləyib, xalqa xidmət edib. Bunlar yanlış fikirlərdir. Misal da göstərə bilərəm. çar Rusiyasında üç generalissimusdan biri olan Menşikova I Pyotr tərəfindən böyük vəzifələr verilmişdi. Lakin II Pyotrun dövründə onun bütün titulları törətdiyi əməllərə görə əlindən alındı. Sonra da kiçik daxmada acından öldü. Azərbaycanda da belə olub ki, kiməsə Milli Qəhrəman adı veriblər, sonra törətdiyi cinayətə görə bu titul onun əlindən alınıb. Yəni, sonrakı əməli əvvəlki əməli ilə üst-üstə düşmədiyi üçün belə olub. Yaxud da, hərbçilər var ki, general rütbəsinə qədər yüksəlir, amma törətdiyi əmələ görə o rütbələri əlindən alınır. Eks-prezidentlik də odur ki, kiminsə prezident olmasından asılı olmayaraq vəzifəsini qanunauyğun şəkildə yerinə yetirmirsə və ya cinayət törədirsə, axtarışda olursa, bu status ona verilə bilməz.
- Bu ilin dekabr ayında ölkədə bələdiyyə seçkiləri keçiriləcək. YAP bələdiyyə seçkiləri ilə əlaqədar hazırlıq işlərinə başlayıbmı?
- Referendumla bağlı təhlilləri artıq yekunlaşdırmışıq. Seçkilərə hazırlıq işləri də gedir. Bələdiyyə seçkilərinə az müddət qalıb. İlk növbədə bələdiyyələrin işinin təkmilləşməsi ilə əlaqədar müəyyən qanunlarda dəyişikliklərin edilməsinə ehtiyac var. İkinci bir tərəfdən, bələdiyyə seçkiləri digər seçkilərdən mürəkkəbliyi ilə fərqlənir. Bu prosesdə həddindən artıq çox namizəd olmalıdır. ötən bələdiyyə seçkilərində YAP tərəfindən 20 mindən artıq namizəd irəli sürülmüşdü. Bu namizədlərin irəli sürülməsi üçün araşdırmaların aparılması, təhlili, onların sənədlərinin hazırlanması uzun müddət tələb edir. Ona görə də, hazırlıq işlərinə indidən başlamışıq. Araşdırmalar aparırıq, ötən dövrdə vəzifəsinin öhdəsindən gələnlərə və gəlməyənlərə dair vəziyyəti öyrənirik. Bu məsələlər təhlil olunur. Biz istəyirik ki, xüsusilə seçkilər dövründə fəal iştirak edən təbliğat qrupları üzvlərinin, o cümlədən, gənclərin və qadınların potensialından istifadə edək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

