Heydər Əliyev həmişə sözün əsil mənasında Azərbaycanla yaşayırdı
06.08.2009 [01:44]
Ulu öndərimiz respublika rəhbərliyinə seçildiyi ilk gündən bacarıqlı, savadlı, enerjili gənclərlə gorüşməyi, onlarla şəxsən özü söhbətlər aparmağı çox sevirdi. Məqsəd respublikanın bütün sahələrini yenidən qurmaq və beləliklə də, sabahın inkişaf etmiş yeni Azərbaycanını yaratmaq idi. Həmin gənclərdən biri də hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri olan Əhməd Əhmədzadə idi. Bu baxımdan da Ə.Əhmədzadənin düşüncələri maraq doğurur...
Əhməd müəllimin düşüncələri ilə tanışlıqdan sonra bir daha əmin oluruq ki, ümummilli liderimiz respublikaya rəhbərliyə başlayan ilk gündən insanlarda mənəvi saflığın qorunmasını özünün ali məqsədi saymış və bunun hesabına da cəmiyyətdə mənəvi saflıq mühiti yaratmağa müvəffəq olmuşdu.
- Əhməd müəllim, siz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dönəmində mühüm postlarda işləmisiniz. Məhz həmin illərdən yadınızda qalan ən xoş xatirələri eşitmək istərdik...
- ümummilli lider Heydər Əliyev ilə mənim ilk görüşüm 1975-ci ilin iyun ayına təsadüf edir. O vaxt mən Qax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində çalışırdım. Eyni zamanda Qax Rayon Partiya Komitəsi Bürosunun üzvü idim. Partiya Komitəsinin birinci katibi həmin dövrdə Səfiyyə xanım Dibirova idi. Bir gün məni yanına çağırtdırdı ki, bu məktubu Mərkəzi Komitəyə aparmaq lazımdır. Amma sizin Bakıya getdiyinizi gərək heç kim bilməsin. Həmin dövrdə Zaqataladan Bakıya təyyarə uçurdu. Mərkəzi Komitədə bizim rayonun kuratoru Ramiz müəllim idi, məktubu ona verməli idim. Məktubu çatdırıb rayona qayıtmaq istəyirdim. Amma Ramiz müəllim dedi ki, aşağıda sənin adına buraxılış vərəqi olmalıdır, onu götür gəl. Düzü, birinci dəfə idi ki, mən Mərkəzi Komitənin qapısından içəri daxil olurdum. Rayon Suvarma Sistemləri İdarəsinin rəisi kimi Nazirlər Sovetində müxtəlif tədbirlərdə iştirak etmişdim, amma birinci dəfə idi ki, Mərkəzi Komitəyə gəlirdim. Buraxılış vərəqini götürdüm, qalxdım yuxarı. Burada mənə bir anket verdilər və dedilər sən Rayon Partiya Komitəsi Bürosunun üzvüsən, gərək Mərkəzi Komitədə anketin olsun. Anketi doldurdum, tərcümeyi-halımı yazdım. Dedilər ki, səni rəhbərlik qəbul edəcək. O vaxt Mərkəzi Komitənin Təşkilat Şöbəsinin müdiri İsmayıl Əsgərov məni qəbul etdi. Bir saata yaxın mənimlə söhbət etdi, sonra dedi gözlə, səni rəhbərlik qəbul edəcək. Amma kim qəbul edəcək, demədilər...
Ertəsi gün İsmayıl Əsgərov məni qəbul otağına göndərdi, dedi səni Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev qəbul edəcək. Doğrusu, özümü itirmişdim. Heydər Əliyev cənablarının respublikamızda böyük nüfuzu vardı, sözün əsl mənasında, əfsanəvi bir şəxsiyyət idi və məni qəbul edəcəkdi. Görəsən nə deyəcəkdi, hansı tapşırığı verəcəkdi?
...Qəbul otağında da mənə heç nə demirdilər, olsun ki, özləri də bilmirdilər. Birinci katibin qəbulunda iki nəfər idi. Naxçıvanlı Yusif İsmayılov və mən. Heydər Əliyev cənabları ikimizi də birlikdə qəbul etdi. Əvvəl Yusif müəllimlə görüşdü. Onu əvvəlcədən tanıyırdı - Yusif İsmayılov o dövrdə tanınmış sovxoz direktoru, Sosialist Əməyi Qəhrəmanı idi. Onu İliç rayonuna (indiki Şərur) Rayon XDC İcraiyyə Komitəsinin sədri vəzifəsinə məsləhət bildilər...
Sonra mənə bir neçə sual verdi. ümumi söhbətdən sonra dedi ki, Qax Rayon Partiya Komitəsi və Mərkəzi Komitənin təşkilat şöbəsi səni Qax Rayon XDC İcraiyyə Komitəsinə sədr vəzifəsinə məsləhət bilir... ümummilli lider Heydər Əliyev sual verdi ki, “yaxşı, sən bu məsələyə, bizim təklifimizə necə baxırsan?” Dedim, yoldaş Əliyev, bu, çox böyük etimaddır, mənim üçün isə çox böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk edirəm və çalışaram ki, gənc də olsam, sizin etimadınızı doğruldam...
Ulu öndər Heydər Əliyev məni təbrik etdi və dedi: “Səni seçəcəklər, get işlə. Amma yadında qalsın, gəncsən, səhvlərin ola bilər, mən bu səhvləri bağışlamağa, sənə kömək əli uzatmağa həmişə hazıram. Amma mənəvi saflığın həmişə olmalıdır, bu sahədə səhvlərin olsa, bağışlamayacağıq”.
ümummilli lider Heydər Əliyevin bu sözlərini mən ömrüm boyu unutmamışam. Harada işləsəm də, həmişə təmiz işləməyə, mənəvi cəhətdən saf olmağa çalışmışam. İndi də bu məsuliyyəti hiss edirəm: mən o dahi şəxsiyyətə söz vermişəm....
...Mən burada bir haşiyə çıxmaq, Ulu öndər Heydər Əliyevin nə qədər demokratik, qayğıkeş bir insan olduğunu qeyd etmək istəyirəm. Həmin dövrün qanunu belə idi ki, biz hamımız partiyanın əsgəriyik və partiya hara göndərsə, hətta ölümə də getməliydik. ümummilli lider Heydər Əliyev də bu partiyanın rəhbəri idi. Biz partiya nizamnaməsinə görə Onun sözündən çıxa bilməzdik, Onun sözü bizim üçün qanun idi. Amma bununla belə, O, böyük rəhbər hər bir insana qayğı ilə yanaşır, onu diqqətlə dinləyir, onun fikrinə hörmət edirdi. Ulu öndər Heydər Əliyevin bir xüsusiyyəti vardı ki, O, hər zaman öz kadrlarının arxasında durardı. Füzuli rayonunda birinci katib işlədiyim dövrdə həmişə Heydər Əliyevin diqqətini, qayğısını görmüşəm, hiss etmişəm. Həmin vaxtlar nazirlərlə rayon rəhbərləri arasında münasibətlərə ümummilli lider Heydər Əliyev həmişə müdaxilə edir, məsələnin ədalətlə, qanun çərçivəsində həll edilməsinə nail olurdu. Onun məsələlərə miqyaslı münasibəti, problemləri dərhal görməsi, dəqiq qiymətləndirməsi, çıxış yollarını göstərməsi, tədbir görməsi böyük bir məktəb idi, idarəçilik akademiyası idi. Heydər Əliyev üçün problemin kiçiyi, böyüyü yox idi, O, bütün məsələlərə çox böyük məsuliyyətlə, diqqətlə yanaşırdı. Onun öz işinə çox ciddi yanaşması, nümunəvi nizam-intizamı, gecə-gündüz iş başında olması da bizim üçün böyük bir məktəb idi. O, öz nümunəsində, tükənməz enerjisi və nəhəng iş qabiliyyəti ilə öyrədirdi ki, necə rəhbərlik etmək, necə işləmək lazımdır. O, özünə qarşı həddindən artıq tələbkar olduğu qədər də, öz işçilərinə - bizə qarşı tələbkar idi. Bu tələbin səviyyəsində işləmək, yüksək nailiyyətlər göstərmək lazım gəlirdi. Onunla işləməyin başqa yolu yox idi...
Heydər Əliyev özünün fitri istedadına, böyük intellektinə, dərin analiz etmək qabiliyyətinə, fenomenal yaddaşına görə, təbii ki, XX əsrin ən böyük dahilərindən biri idi. Amma Onu xalqa sevdirən, böyük nüfuz qazandıran sadəliyi və insanlara səmimi münasibəti idi...
...ümummilli lider Heydər Əliyev 1982-ci ildə Moskvaya yüksək dövlət vəzifəsinə getdikdən sonra da Azərbaycanın problemləri ilə məşğul olurdu, sözün əsl mənasında, Azərbaycanla yaşayırdı. Onun xidmətləri sayəsində Azərbaycana diqqət də artmışdı. Məsələn, yalnız meliorasiya sahəsinə kapital qoyuluşu 300 milyona çatdırılmışdı. O dövrdə irimiqyaslı vəsait qoyuluşu, 3 milyon rubldan yuxarı layihələr “yuxarı limitli” hesab edilirdi və SSRİ Nazirlər Sovetində təsdiq olunmalı idi. Meliorasiya sahəsinin obyektləri də bu cərgədən idi və yalnız Ulu öndər Heydər Əliyevin şəxsi nəzarəti, diqqəti sayəsində təsdiq edilirdi. O dövrdə Abşeronun dəniz sahilinin bütünlüklə kurort zonasına çevrilməsi haqqında SSRİ Nazirlər Sovetinin qərarı var idi. Bu, çox böyük bir layihə idi və ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmişdi. 1987-ci ildə Ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra bu obyektlərin çoxu yarımçıq qaldı. Və nə qədər qəribə olsa da, yalnız 1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra onların tikintisi bərpa olundu və uğurla başa çatdırıldı.
- Siz bir neçə gün öncə Naxçıvanda olmusunuz...Yəqin ki, Naxçıvan çox inkişaf etsə də, müstəqilliyimizin ilk illərindəki hadisələr hələ də yadınızdadır. Məhz o ağır, dövlətçiliyimizə təhlükə olan günlərlə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- 1988-1992-ci illərdə, Azərbaycanın böhranlı günlərində də biz- Heydər Əliyev məktəbinin yetirmələri, əmin idik ki, Azərbaycanı yalnız o böyük ŞƏXSİYYƏT- Onun böyük dövlətçilik təcrübəsi, sarsılmaz siyasi iradəsi və misilsiz diplomatik məharəti xilas edə bilər. Düşünürəm ki, bu da Azərbaycan xalqının qisməti idi. Allah Heydər Əliyevi qoruyub saxlamışdı ki, xalqın ağır dövründə, Azərbaycanın müstəqilliyi, dövlətçiliyi təhlükəyə düşəndə gəlsin və öz xilaskarlıq missiyasını həyata keçirsin...
ümummilli lider Heydər Əliyevin müstəqilliyini elan etmiş Azərbaycanın rəhbərliyinə gəlişi tarixi bir zərurət idi, xalqın tələbi ilə həyata keçirilirdi. Azərbaycanda xarici təcavüz və daxili irtica baş qaldırmışdı, ölkənin müstəqilliyi və dövlətçiliyi böyük təhlükə altında idi. Belə ağır bir zamanda, dövlətin müqəddəratı təhlükə altında qalanda, ölkənin parçalanmaq təhlükəsi real olanda, xalq öz liderinə, dünyaşöhrətli siyasətçi Ulu öndər Heydər Əliyevə müraciət etdi, Onu hakimiyyətə dəvət etdi. Azərbaycanın böhrandan, xaosdan çıxarılması, müstəqil dövlətin qurulması, inkişaf etdirilməsi, demokratik bir respublika kimi yaşaması və fəaliyyət göstərməsi, dövlətə xas olan bütün atributlarının formalaşması, bunun üçün siyasi və iqtisadi islahatların həyata keçirilməsi kimi mürəkkəb, taleyüklü məsələlərin həllinə yalnız Heydər Əliyev dühasi qadir ola bilərdi...
1993-cü ildə xalq ümummilli lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edəndə artıq AXC-Müsavat cütlüyü hakimiyyətə nəzarəti tamamilə itirmişdi. ölkədə faktiki olaraq vətəndaş müharibəsi gedirdi. Ulu öndərin qayıdışı ilə sanki möcüzə baş verdi - xarici təcavüz dayandırıldı, daxili irtica tərksilah olundu. Azərbaycanın parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi aradan qaldırıldı, ölkədə ilk dövrlərdə kövrək olsa da, sabitlik yarandı. İqtisadi tənəzzülü dayandırmaq və dövlət quruculuğu ilə məşğul olmaq üçün imkan yarandı. Ulu öndər Heydər Əliyev əsrinin dahisi kimi özünün qeyri-adi fəhmi, siyasi uzaqgörənliyi, zəngin idarəçilik təcrübəsi sayəsində yeganə düzgün yolu seçməyə həmişə qadir olmuşdur. Müstəqil Azərbaycanın neft strategiyasının əsası olan “Əsrin müqaviləsi”nin bağlanması Heydər Əliyev şəxsiyyətinin siyasi uzaqgörənliyinin nəticəsi idi. Bu müqavilə Azərbaycanın iqtisadi inkişafında, dünyaya inteqrasiyasında bir tramplin rolunu oynadı. “Əsrin müqaviləsi”dən sonra 20-dən çox neft sazişi imzalandı və Milli Məclisdə ratifıkasiya olunaraq Qanun statusu aldı. Bu sazişlərin Azərbaycana gətirdiyi 10 milyardlarla dollar sərmayə isə iqtisadi tərəqqinin əsasını qoydu.
Heydər Əliyev Azərbaycan xalqının lideri olmaqla bərabər, bütün dünyanın qəbul etdiyi, planetar səviyyəli siyasətçi idi. Məlum olduğu kimi, sülh, əmin-amanlıq dünyanın bir nömrəli problemidir. Heydər Əliyevin Azərbaycana və bütün dünyaya ən böyük xidmətlərindən biri də Dağlıq Qarabağ probleminin həllini hərb müstəvisindən sülh müstəvisinə keçirməsi, regionda sabitlik yaratması idi. Bəli, xarici havadarların dəstəklədiyi Ermənistanla müharibə Azərbaycana lazım deyildi. Bu müharibə Azərbaycana qandan və ziyandan başqa heç nə gətirmirdi. Heydər Əliyev dünya səviyyəli siyasətçi kimi hiss edirdi ki, müasir dünya müharibəni və müharibə edənləri qəbul etmir. Odur ki, əlverişli fürsət düşən kimi Azərbaycanın lideri sülh danışıqlarına başladı. Həmin dövrdə Azərbaycan ordusunun əks-hücumlarından qorxuya düşən erməni tərəfi də atəşkəsə getdi. Müharibə dayandı, bütün dünya Azərbaycan liderini alqışladı...
- Hazırda ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir...
- Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri olaraq öz missiyasını yerinə yetirdi. 1993-cü il iyunun 15-də elan etdiyi kimi, ömrünün qalan hissəsini də Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr etdi, Azərbaycanın dövlətçiliyini möhkəmləndirdi, müstəqilliyini əbədiləşdirdi. Xalq üçün görülən bu böyük işlər, bu parlaq nümunə, zəngin təcrübə Heydər Əliyev məktəbini də inkişaf etdirdi, Azərbaycan siyasətində, idarəetmə sistemində aparıcı bir istiqamətə çevirdi. Azərbaycanın yeni lideri İlham Əliyev də bir siyasətçi kimi bu məktəbdə yetişdi, yüksəldi, xalqın hörmətini, məhəbbətini qazandı. 2003-cü ilin prezident seçkilərində Azərbaycan xalqı mütəşəkkil surətdə seçki məntəqələrinə gəldi və Heydər Əliyev siyasətinə, Heydər Əliyev məktəbinin ən layiqli yetirməsinə, Azərbaycanın yeni lideri Prezident İlham Əliyevə səs verdi...
ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsasında insan amili dururdu. Azərbaycanda bu gün də bu siyasət həyata keçirilir. Hər şey insan üçün, hər şey Azərbaycan vətəndaşları üçündür. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi-sosial siyasət Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsinə, iqtisadi problemlərinin həll olunmasına, hər bir insanın yaxşı yaşamasına xidmət edir. Bu məqsədlə respublikada minimum əməkhaqqı, pensiyalar və müavinətlər mütəmadi olaraq artırılır...
Hazırda Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasıdır. XX əsrin görkəmli şəxsiyyətlərindən olan Heydər Əliyevin siyasi varisi kimi Prezident İlham Əliyev Dağlıq Qarabağ problemini diplomatik yolla həll etmək istiqamətində məqsədyönlü siyasət aparır. Azərbaycan Prezidentinin beynəlxalq təşkilatların kürsülərindən cəsarətli və ədalətli çıxışları Azərbaycanın haqq səsini bütün dünyaya çatdırır. Doğrudur, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi problemin həllini uzadır. Amma Prezident İlham Əliyevin prinsipial mövqeyi, xalqımızın vətənpərvərlik əhval-ruhiyyəsi, günbəgün artan hərbi potensialımız, silahlı qüvvələrimizin inkişafı deməyə imkan verir ki, biz torpaqlarımızı tezliklə azad edəcəyik və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaqlar.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxGündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11

