Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndər Heydər Əliyev parçalanan, bölüşdürülən Azərbaycanı xilas etdi

Ulu öndər Heydər Əliyev parçalanan, bölüşdürülən Azərbaycanı xilas etdi

08.08.2009 [15:37]

Təvəkgül Məmmədov: Nə qədər müstəqil Azərbaycan var, nə qədər ki, Azərbaycan xalqı mövcuddur, ümummilli lider Heydər Əliyev ideyaları da ölməzdir, hər zaman müasirdir
- Təvəkgül müəllim, əvvəlcə Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəldiyi 60-cı illərdən danışmağınızı istərdik. ümumiyyətlə, həmin dövrü, yəni, 1969-cu ilə qədərki Azərbaycanı necə xarakterizə etmək olar?
- 1969-cu ildə o vaxtlar Azərbaycan Neft-Kimya İnstitutu adlanan indiki Neft Akademiyasını bitirmişəm. Elə həmin il ümummilli lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. O dövrün SSRİ məkanında maraqlı bir tendensiya yaranmışdı. Vəzifədən çıxarılan şəxslər haqqında min bir şayiə yayılırdı, təzə gələn rəhbər haqqında isə heç kim mülahizə yürütmürdü, sadəcə, bir neçə ay onun işlərini müşahidə edirdilər. Ulu öndər Heydər Əliyevdən öncə ölkəyə rəhbərlik edən mərhum Vəli Axundov bir alim, bir insan kimi olduqca yüksək keyfiyyətlərə malik idi. Amma onun rəhbərliyi dövründə Azərbaycan keçmiş ittifaqda olduqca geridə qalmış bir respublika kimi xarakterizə olunurdu. İqtisadiyyat geri qalırdı, müəyyən sahələrdə qanunsuzluqlar vardı. O dövrdə tələbə olduğum üçün mən ali məktəblərdə baş alıb gedən qanunsuzluqları daha yaxşı görürdüm. Ali məktəblərə qəbul imtahanlarında rüşvət geniş vüsət almışdı. V.Axundov vəzifədən çıxarılanda bu barədə danışılırdı, amma birinci katib seçilən Heydər Əliyev haqqında hələ heç bir fikir bildirilmirdi. Bunda bir amil də o idi ki, Heydər Əliyev ölkədə Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etsə də, heç vaxt Onun fəaliyyəti ilə bağlı məlumatlar yayılmırdı. Həm də o dövrdə təhlükəsizliklə bağlı məlumatlar olduqca məxfi saxlanılırdı. Amma mən Heydər Əliyevi MK-ya birinci katib seçiləndə görən kimi tanıdım. Bunun bir səbəbi vardı. Tələbə olduğum dövrdə Bakıda çox pis bir tendensiya yaranmışdı. Kütləvi şəkildə rus dilinə meyil artmışdı. Hətta evlərdə belə ailə daxilində öz dilimizdə danışmaq istəmirdilər. O vaxtlar yataqxanada qalan tələbələr arasında milli-mənəvi dəyərlər, Ana dilimiz, milli tariximizlə bağlı müəyyən müzakirələr aparılırdı. Mənimlə bir qrupda təhsil alan Əlisa adlı tələbə yoldaşımın qaldığı yataqxanada da gizli bir cəmiyyət fəaliyyət göstərirdi və millətçiliyin təbliği ilə məşğul idi. Mənim yaşadığım “Kaspar”ın yataqxanasında isə əsasən qeyri-azərbaycanlılar qalırdı. O səbəbdən mən o cür müzakirələrdə iştirak edə bilmirdim. Qrup yoldaşım Əlisa məni həmin cəmiyyətin toplantısında iştirak etməyə dəvət etdi. Mən, o cümlədən, iki başqa qrup yoldaşımız böyük məmnuniyyətlə razılaşdıq. Amma səhərlər işləyib axşamlar oxuduğumuz üçün vaxt tapa bilmədik. Bu təklifin üstündən üç aydan çox vaxt keçmişdi. Bir gün oxuduğum fakültənin dekanı mənə DTK-ya çağırılmağımla bağlı vərəqə verdi. Əlisanın toplantıya dəvət etdiyi digər dostlarımıza da çağırış vərəqəsi gəlmişdi. Heç ağlımıza gəlmirdi ki, bizi DTK-ya niyə çağırırlar. Ora çatanda birimizi ayırıb izahat almağa apardılar. Yerdə qalan iki nəfəri isə vahiməli bir otağa saldılar. Təbii ki, gənc tələbə idik, müəyyən dərəcədə qorxurduq. Sonda məni izahat almağa gətirdilər. Həmin toplantı ilə bağlı təklif haqqında suallar verildi. Mən etiraf etdim ki, vaxtım olmadığı üçün gedə bilməmişəm. Amma iştirak etmək istəyərdim. Məndən izahat alan DTK işçisi bir az səsinin tonunu yüksəldərək danışırdı. Bu vaxt otağa hündür, olduqca yaraşıqlı hərbi formalı bir şəxs girdi. Məndən izahat alan dik atılaraq ayaq üstə dayandı. Otağa daxil olan şəxs məsələnin mahiyyətini öyrəndikdən sonra “uşaqları buraxın” deyib getdi. 1969-cu ildə Azərbaycan KP MK-ya təyin olunan birinci katib məhz bizi buraxdıran şəxs - Heydər Əliyev idi. Ulu öndəri tanıyanlar belə tanıyırdı: vətəninə, millətinə bağlı bir insan kimi.
SSRİ dövründə birinci katiblər, adətən, bir neçə aydan, bəlkə də ildən sonra öz potensiallarını büruzə verə bilirdilər. Amma Ulu öndər Heydər Əliyev işlədiyi birinci ayda nəyə qadir olduğunu göstərdi. Qısa müddət ərzində ölkədə böyük dəyişiklik baş verdi. İş o yerə çatdı ki, Azərbaycan adı bütün ittifaqa yayıldı. Mən 1969-cu ildən sonra, demək olar ki, həmişə vəzifələrdə işləmişəm. İşlə əlaqədar ittifaqın ən ucqar nöqtələrinə belə səfər etdiyimizdə insanlar Azərbaycan adını tanımasalar da, Heydər Əliyevin adını o dəqiqə tanıyırdılar. Heydər Əliyev sözün əsl mənasında, nəhəng şəxsiyyət idi. Mən Heydər Əliyevlə uzun illər işləmişəm. Amma yenə də Onun ideyalarını öyrənməyə ehtiyac duyuram.
- 60-cı illərdə Azərbaycan ittifaq çərçivəsində sənayenin inkişafı cəhətdən çox geridə qalan respublika kimi xarakterizə olunurdu. Və Heydər Əliyevin gəlişi Azərbaycanı ən yüksək sənaye inkişafına malik bir respublikaya çevirdi...
- Azərbaycan həmin dövrə qədər nəinki ittifaqda, dünyada neft ölkəsi kimi tanınırdı. Hətta başqa respublikalardan, ölkələrdən olan tanışlarla söhbət edərkən, onları Azərbaycana dəvət edərkən ironiya ilə deyirdilər ki, oradan neft iyi gəlir. çoxusu heç Azərbaycanı görməmişdi, sadəcə, təsəvvür edirdi. Həqiqətən də, Heydər Əliyevə qədər Azərbaycanda sənayenin inkişafı olduqca aşağı səviyyədə idi. Heydər Əliyevin dövrü ilə əvvəlki illəri bir misalla müqayisə etmək istəyirəm. Bakı Məişət Kondisionerləri Zavodunun tikintisi o dövr üçün böyük hadisə idi. Həmin vaxt mənim işlədiyim kombinatın kollektivi də bu tikintidə işləyirdi. Moskvada olduğum vaxt bu zavodun tikintisi ilə bağlı mətbuatda yazılar dərc olunurdu. Jurnalların birində oxumuşdum ki, Məişət Kondisionerləri Zavodunun Bakıda tikilməsi birbaşa Heydər Əliyevin gücü hesabına başa gəlib. Hələ o zaman Heydər Əliyev yalnız Azərbaycan KP MK-nın birinci katibi idi, Siyasi Büroya üzv deyildi. Bu zavodun bütün avadanlıqları xaricdən alınmışdı və o vaxt bu zavodu Belarusiyada tikmək istəyirdilər. Bu faktı mən həmin jurnaldan oxumuşam. Heydər Əliyev şəxsən Leonid Brejnevlə görüşüb zavodun Bakıda tikilməsinə nail olmuşdu. Həmin zavodun 5 ilə tikilməsi nəzərdə tutulmuşdu. Heydər Əliyev isə zavodu 4 ildən də tez tikib istifadəyə verdi. İnkişaf bu cür sürətli gedirdi. İnkişafı sürətli edən isə Heydər Əliyevin şücaəti, gücü və böyük təfəkkürü idi. Ulu öndər Heydər Əliyev öz gücü sayəsində Azərbaycana ittifaq daxilində “yaşıl işıq” yandırmışdı. Mən bu inkişafı 1998-ci ildən sonrakı inkişaf tempi ilə eyniləşdirirəm. İnandırım ki, analoji proses baş verirdi. 70-80-ci illərin Azərbaycanı 10-12 il ərzində 50 illik yol qət etdi. Yaşayış binalarının, sənaye müəssisələrinin tikintisi geniş vüsət almışdı. Bununla yanaşı, kənd təsərrüfatı da yüksək səviyyəyə qaldırılmışdı. O vaxta qədər maksimum üzüm istehsalı 300 min ton idi. Heydər Əliyev bu rəqəmi 2 milyon tona çatdırdı. Pambığın llik istehsalı hardasa 150 min ton idi. Bu istehsal 1 milyon tona çatdırıldı. Mən deyərdim Heydər Əliyev ənənələri Azərbaycanın ümumi inkişafında böyük rola malikdir. Məsələn, qeyd etdiyim rəqəmləri göz önünə alsaq, Azərbaycanın bu il öz taxıl tələbatını ödəməsi faktı təəccüblü görünməməlidir. Bu, Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Bu, sıçrayışdır. Müstəqil Azərbaycanın təməli 70-80-ci illərdə qoyulmuşdu. Bunu tam səmimiyyətimlə deyirəm.
- 1982-ci ildə ümummilli lider Heydər Əliyev Siyasi Büronun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postuna təyin olundu. Bu fakt Azərbaycanın inkişafında hansı rola malik oldu? Yəni, Heydər Əliyevin Moskvada olması Azərbaycan üçün əlavə bir stimul sayılırdımı?
- Bu fakt Azərbaycan üçün çox böyük üstünlüklər verirdi. Birincisi, Azərbaycanda işləyən insanlarda bir özünəinam yaranmışdı. Biz hansı respublikaya səfər edirdiksə, bilirdik ki, arxamızda Heydər Əliyev dayanıb. Mən müəssisə rəhbəri kimi belə səfərləri çox edirdim. O vaxt Azərbaycana xammalın böyük bir hissəsi su yolu ilə xarici ölkələrdən gətirilirdi. Bir dəfə bu malları təhvil almaq üçün Pribaltikaya getmişdim. Moskvadan göndəriş əsasında getsəm də, gəmi ilə gələn xammalı əldə etmək çox çətin idi. Bilirdim ki, gəmi şəhərə çatıb, amma hələ porta yanaşmayıb. Mən gəmi idarəsinin rəhbərini nə qədər dilə tutsam da, o, işini tələsdirmək istəmirdi. Ona dedim ki, bu, Heydər Əliyevin tapşırığıdı. Mənim bu sözüm portun direktorunu tələsməyə vadar etdi. Heydər Əliyevin Moskvada olması Azərbaycanın inkişafı üçün, insanlarımız üçün Allahın verdiyi bir şans idi. Moskvada işləyəndə baxmayaraq ki, o boyda ölkənin ən ali rəhbərlərindən idi, Heydər Əliyev öz sadəliyi ilə seçilirdi. Olduqca ünsiyyətcil, mehriban, insanı sona qədər dinləməyi bacaran şəxsiyyət idi. Heç yadımdan çıxmaz, bir dəfə Kremldə müşavirədə idik. Mən sənaye şəhəri kimi Sumqayıtı təmsil edirdim. üç nəfər Azərbaycandan nümayəndə heyəti göndərilmişdi. Müşavirədən sonra Heydər Əliyevlə görüşmək istədik və köməkçisinə istəyimizi bildirdik. Köməkçisi bu sözü Heydər Əliyevə deyə bilməyəcəyini söylədi. çünki, görüş əvvəlcədən nəzərdə tutulmamışdı. Bu vaxt Heydər Əliyev otağından çıxdı və bizi gördü. Bütün işlərini təxirə salıb bizi otağına dəvət etdi və xeyli söhbətləşdik... ümumiyətlə, Heydər Əliyevin Moskvada olması faktı Azərbaycanı bütün dünyada tanıtdırdı.
- Azərbaycan müstəqillik əldə etdikdən sonra Heydər Əliyev növbəti dəfə millətinin və dövlətinin xilaskarına çevrildi...
- Heydər Əliyevin Azərbaycanı hansı uçurumdan xilas etdiyini bu gün ölkədə hamı bilir. çünki, çox yaxın keçmişdir, hamının yadındadır. O baxımdan, mən bu məsələnin üstündə geniş dayanmaq istəmirəm. Ulu öndər Heydər Əliyev parçalanan, yoxa çıxan, bölüşdürülən Azərbaycanı xilas etdi. Bax, bunu dönə-dönə öyrənmək lazımdır. Gələcək nəsillər Heydər Əliyevin bu xidmətini dərk etməlidir. Heydər Əliyev 1993-cü ildə Bakıya gələndə Azərbaycan siyasi güclərin, böyük dövlətlərin qurbanına çevrilirdi. Heydər Əliyevin gəlişi hamını yerində oturtdu. Bakını demirəm, Ulu öndərin Naxçıvana gəlişi böyük əks-səda doğurdu. Ermənistan Rusiyanın əli ilə Naxçıvanı blokadada saxlamaq istəyirdi. İnandırıram ki, həmin dövrdə heç kim Naxçıvanı xilas etmək qüdrətinə malik deyildi. ümummilli liderimiz Heydər Əliyev bunu bacardı. çoxları Azərbaycanın taleyi ilə oynamaq istəyirdi, Heydər Əliyevin gəlişi onların arzusunu ürəyində qoydu. Həmin dövrdə hamı bilirdi ki, Azərbaycanı bu bəladan yalnız Heydər Əliyev xilas edə bilər. Bunu həmin vaxt hakimiyyətdə olanlar da bilirdilər, amma  etiraf etmək istəmirdilər. Onlar Heydər Əliyev şəxsiyyətindən, dühasından çəkinirdilər. Bilirdilər ki, xalq yalnız Heydər Əliyevin sözü ilə birləşəcək və Azərbaycan xilas olacaq.
Heydər Əliyev 50 il qabağı görə bilən şəxsiyyət idi. Buna baxmayaraq bütün məsələlərə çox həssas və dəqiqliklə yanaşırdı. O, əsl siyasətçi idi. Heydər Əliyev vaxtında gəldi və öz qurduğu, yaratdığı ölkəsinə sahib çıxdı, onu dağılmaqdan, məhv olmaqdan xilas etdi. Sonra isə bütün potensialını bu ölkənin dirçəlməsinə sərf etdi. Bəzən belə ifadələr işlədirlər ki, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin filan rayona xüsusi diqqət və qayğısı var. Mən bu fikirlərlə razı deyiləm. Prezident İlham Əliyev öz fəaliyyəti ilə sübut etdi ki, O, bütün azərbaycanlıların Prezidentidir. Bu, böyük bir ifadədir və bu ifadəni əməllə sübuta yetirmək çətin idi ki, cənab Prezidentimiz bunun öhdəsindən gəldi. çünki Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev ideyalarını davam etdirir. Bu ideyalar isə əbədiyaşardır. Nə qədər müstəqil Azərbaycan var, nə qədər ki, Azərbaycan xalqı mövcuddur, ümummilli lider Heydər Əliyev ideyaları da ölməzdir, hər zaman müasirdir. Azərbaycan çox xoşbəxt bir ölkədir. çünki ümummilli lider Heydər Əliyevdən sonra ölkəmizdə Prezident İlham Əliyev kimi bir dövlət başçısı var. Mən inanıram ki, Azərbaycan öz Prezidentinin rəhbərliyi altında hələ çox uğurlara imza atacaq, bütün problemlər həll olunacaq.
Pərviz SADAYOÄžLU
Paylaş:
Baxılıb: 1341 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31