/ / Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı təkcə Şərq və Qərb arasında deyil, eyni zamanda, Şimal və Cənub arasında qovşaq, şəbəkə ölkə halına gətirir
Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı təkcə Şərq və Qərb arasında deyil, eyni zamanda, Şimal və Cənub arasında qovşaq, şəbəkə ölkə halına gətirir
03.11.2017 [10:11]
Milli Məclisin deputatı Musa Qasımlı www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu. Bəllidir ki, bu layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mümkün olub. Digər tərəfdən, Qərblə Şərqi birləşdirən bu qlobal layihənin gerçəkləşməsi Azərbaycanın regional və beynəlxalq əməkdaşlığın inkişafında müstəsna rol oynamasını bir daha nümayiş etdirdi. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
- Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezidentimiz İlham Əliyevin böyük uzaqgörənliyi, siyasi iradəsi və zəhməti hesabına həyata keçirilən beynəlxalq layihələr kompleksinin tərkib hissəsi olmaqla, müstəqillik dövrü tariximizin ən mühüm hadisələrindən biridir. Dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyəni deyil, “qoca qitə” olan Avropa və sürətlə inkişaf edən Asiyanı, dünyanın iki nəhəng iqtisadi güc mərkəzi olan Avropa İttifaqı və Çini, Cənub-Şərqi Asiya ölkələrini birləşdirən, ən ucuz, sərfəli, təhlükəsiz bir layihənin gerçəkləşdirilməsidir. Bu layihə Azərbaycanı Şərq və Qərb arasında qovşaq, şəbəkə ölkəsi halına gətirir və dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirir.
Layihə keçmişdə mövcud olmuş nəqliyyat-kommunikasiya sistemlərini qat-qat üstələyərək, böyük geosiyasi və geoiqtisadi əhəmiyyət daşıyır, dövlət müstəqilliyimizi daha da möhkəmləndirir, eyni zamanda, türk dövlətlərini birləşdirir. Bu, bir daha təsdiq edir ki, bədxahların bütün çirkin oyunlarına baxmayaraq, Azərbaycan dövləti beynəlxalq və regional layihələri uğurla reallaşdırmaq gücündədir və həll edə bilmədiyi heç bir problem yoxdur. Əlbəttə, digər ölkələrlə əməkdaşlıq olmasaydı, bu layihə də gerçəkləşməzdi. Həmin ölkələrin Azərbaycan ilə əməkdaşlıq etməsi Prezidentimiz İlham Əliyevin yüksək beynəlxalq nüfuzu, Ona olan etibar və ölkəmizin gələcəyinə inam hissinin olması ilə bağlıdır. Dövlət başçımız bununla göstərdi ki, Azərbaycan həm birləşdirici gücdür, həm də əməkdaşlıqda vazkeçilməz ölkədir.
Dəmir yolunun fəaliyyətə başlaması millətimizin təkcə indiki deyil, gələcək nəsillərinin rifah halının yüksəldilməsinə yönəldilib. Bununla infrastruktur tamamilə yenilənir, yeni iş yerləri açılır, tranzit-nəqliyyat sistemindən dövlət büdcəmizə əlavə gəlirlər daxil olur. Bunun nəticəsində Azərbaycan vətəndaşlarının yaşayışı daha yaxşılaşacaq. Eyni zamanda, dəmir yolu boyunca yaşayan ölkələr və xalqlar da fayda götürəcək.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirildi. Görüş zamanı Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğu ifadə edildi. İki ölkə arasındakı münasibətlərin inkişafı və regional təhlükəsizliyə töhfələri barədə nə düşünürsünüz?
- Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün ölkələrimiz strateji müttəfiqlik əlaqələrini daha da dərinləşdiriblər. Ölkələrimiz beynəlxalq və regional səviyyələrdə ikitərəfli və çoxtərəfli formatda sıx əməkdaşlıq edirlər. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası münasibətlərimizi daha da möhkəmləndirdi. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına xüsusi diqqət yetirilməsi əhəmiyyətli oldu. Bu əməkdaşlıq regional təhlükəsizlikdə mühüm rol oynayır, bədxahlara da bir siqnaldır.
- Tehranda keçirilən Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli Zirvə görüşü də diqqət mərkəzindədir. Sizcə, bu üçtərəfli əməkdaşlıq formatının əhəmiyyəti və perspektivi nədən ibarətdir?
- Prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin Tehranda görüşü çoxşaxəli, çoxistiqamətli xarici siyasətimizi həyata keçirən diplomatiyamızın uğurlu fəaliyyətinin konkret təzahürüdür. Bu, bir daha təsdiq edir ki, cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət geniş və əhatəli olub, Azərbaycanı təkcə Şərq və Qərb arasında deyil, eyni zamanda, Şimal və Cənub arasında qovşaq, şəbəkə ölkə halına gətirir, dövlətimizin rolunu artırır və mövqelərini möhkəmləndirir. Məhz bu əməkdaşlıq nəticəsində Şimal-Cənub dəmiryol xəttinin işə düşməsi böyük əhəmiyyət daşıyacaq, ölkəmizi Fars körfəzinə, Hind okeanına çıxaracaq və Ermənistan tərəfindən blokadada saxlanılan Naxçıvanın da problemlərini həll etməyə yardımçı olacaq.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin iştirak etdiyi və ya həyata keçirdiyi layihələr Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu daha da artırır, millətimizin mənəvi-psixoloji ruhunu və özünəinam hissini yüksəldir.
Xəbər lenti
Hamısına baxAnalitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45

