Yeni Azərbaycan Partiyası ölkəmizdə ən böyük siyasi qüvvədir
15.11.2017 [10:18]
Müsahibimiz Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadədir
- Arif müəllim, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 ili tamam olur. Partiyamızın yaradılması ərəfəsində ölkəmizdə baş verən prosesləri necə xatırlayırsınız?
- Ümumiyyətlə, müstəqilliyimizin ilk illərində belə bir partiyanın yaradılması üçün ciddi əsaslar var idi. 1980-ci illərin sonlarında Azərbaycanda hakimiyyət boşluğu var idi. O dövrdə respublikada çox gərgin vəziyyət yaranmışdı. Nə Əbdürrəhman Vəzirov, nə də Ayaz Mütəllibov, sözün əsl mənasında, respublikaya rəhbərlik etmək iqtidarında deyildilər. 1992-ci ilin may ayında AXC-”Müsavat” cütlüyü hakimiyyətə gələndən sonra vəziyyət daha da pisləşdi. Qısa müddət ərzində özbaşınalıq, silahlı dəstələrin yaradılması, soyğunçuluq “vüsət” aldı. Ölkədə hərc-mərclik baş alıb gedirdi, dövlət strukturları iflic vəziyyətə gətirilmişdi. İnsanlar adi tələbatlarını ödəyə bilmirdilər, cəmiyyət çaşqınlıq içərisində idi. Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. 1992-1993-cü illərdə hakimiyyət vəziyyətdən necə çıxmağın yollarını bilmirdi. O zaman parlament bir məsələni uzun-uzadı müzakirə etsə də, qərar qəbul edə bilmirdi. Qərar qəbul etmək qabiliyyəti hər adama məxsus olmur, insan gərək o məsuliyyəti üzərinə götürməyi bacarsın. Bunu o adam edir ki, həmin qərarların hansı nəticələr verəcəyini bilir.
Xalq isə çıxış yolunu Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Həm parlamentdə bəzi deputatlar, həm də cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Heydər Əliyevin hakimiyyətə gəlməsi məsələsini qaldırırdılar. Bu səbəbdən Naxçıvana müraciətlər olunur, minlərlə insan böyük şəxsiyyəti ziyarət etməyə gedirdi. Xahiş edirdilər ki, O, hakimiyyətə qayıtsın. Elə vaxt gəlib çatdı ki, bu reallığı ozamankı hakimiyyət də anladı. Həmin dövrlərdə Ulu öndər Heydər Əliyevlə mənim də görüşüm olub və O, partiya yaratmaq və hakimiyyətə gəlmək fikrində olmadığını deyirdi. Ulu öndər deyirdi ki, mən uzun illər xalqıma xidmət etmişəm. Amma görəndə ki, indi xalqın vəziyyəti ağırlaşır, bunu qəbul edə bilmirəm. Azərbaycanın ağır vəziyyəti isə Heydər Əliyevin hakimiyyətə gəlməsini zəruri edirdi. “91-lər” Ulu öndərimizə müraciət etdi. Müraciətdə bildirilirdi ki, bu partiyaya Sizin kimi təcrübəli dövlət xadimi rəhbərlik etsə, partiya Azərbaycanı ağır vəziyyətdən xilas edə bilər. Sonra Ulu öndər Heydər Əliyev YAP-ın yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün partiyamız qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi. Belə ki, ilk olaraq təşəbbüs qrupları yaradıldı, ziyalılarımız rayonlara gedərək yerli təşkilatların formalaşdırılmasında yaxından iştirak edirdilər. Onların sırasında Murtuz Ələsgərov, Zahid Qaralov, Əli Nağıyev, Hacıbala Abutalıbov, Şahlar Əsgərov və digər insanlar rayon və şəhər təşkilatlarının yaradılması prosesində iştirak edirdilər. Görülən işlər ərzində YAP qısa müddətdə parlament tipli partiya kimi formalaşdırıldı.
- Hər hansı siyasi partiyanın yarandığı vaxtdan qısa müddət ərzində hakimiyyətə gəlməsinə tarixdə çox nadir hallarda rast gəlinir. YAP da yarandıqdan cəmi altı ay sonra hakimiyyətə gəldi. Bu faktı hansı amillələrlə izah edərdiniz?
- Qeyd etdiyim kimi, AXC-”Müsavat” cütlüyünün hakimiyyəti dövlətçiliyi uçuruma doğru aparırdı. Həmin hakimiyyətin yüksək vəzifələr verdiyi Surət Hüseynov iqtidara tabe olmadı və bu səbəbdən də onların arasında ciddi qarşıdurma yarandı, o, vətəndaş müharibəsi təhlükəsinə çevrildi. Təsəvvür edin, S.Hüseynov adi zavod direktoru idi. AXC-”Müsavat” hakimiyyəti birdən-birə ona yüksək hərbi rütbə verdi, böyük bir zonaya Prezidentin nümayəndəsi təyin etdi. Bir müddət sonra da dediyim kimi, onların münasibətləri gərginləşdi.
İqtidar 1993-cü ilin 4 iyununda S.Hüseynovu zərərsizləşdirmək üçün Gəncəyə silahlı qüvvə göndərdi, amma hakimiyyətin planı baş tutmadı. S.Hüseynovun silahlı dəstələri paytaxta doğru irəliləməyə başladı. O, dövlət rəhbərləri üçün dar ağacı quracağı ilə hədələyirdi. Belə bir ərəfədə cənub bölgəsində separatçı Əlikram Hümbətov tərəfindən “Talış-Muğan Respublikası” elan olundu. O da əvvəllər avtobazanın “partkom”u işləmişdi. Həmin vaxtlarda Biləsuvara səfər etmişdim, orada onun silahlı adamları gəldilər ki, “bəy” sizinlə görüşmək istəyir. Soruşdum ki, “bəy” kimdir? Cavab verdilər ki, Əlikram Hümbətov. Dedilər ki, xoşluqla getməsəniz, məcbur aparacağıq. Onunla görüşüb yanlış yolda olduğunu izah etməyə çalışdım. Amma gördüm ki, çox dardüşüncəli adamdır. Bütün bunları xatırlamaqla demək istəyirəm ki, o zaman, həqiqətən, Azərbaycan dağılmaq ərəfəsində idi. Bütün bunlardan çıxış yolunu insanlar Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdülər. Məhz belə bir şəraitdə Heydər Əliyev hakimiyyətə gələrək xalqı və dövləti xilas etdi. YAP-ın təsis konfransı keçirildikdən sonra ölkədə partiya quruculuğu sürətlə getdi. Partiyanın yüksək sürətlə təşkilatlanması, bütün Azərbaycanı əhatə etməsi, ilk növbədə, Ulu öndər Heydər Əliyevin adı ilə bağlı idi və bu faktor partiyanın yaradılmasında, inkişafında və qısa müddətdə hakimiyyətə gəlməsində həlledici amil oldu.
- Yeni Azərbaycan Partiyasının 25 il ərzində keçdiyi yol, qazandığı uğurlar barədə də fikirlərinizi bilmək istərdik. Təəssüratlarınız necədir?
- YAP Azərbaycanın ən güclü siyasi təşkilatı kimi ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 700 min nəfərdən çox üzvü olan partiyamız ötən 25 ildə şərəfli yol keçib. Azərbaycanın yeni tarixində YAP qədər böyük, güclü partiya olmayıb. Hər bir partiya siyasi mübarizə aparır və bu mübarizəni seçki yolu ilə həyata keçirir. Amma seçki kampaniyası qısa müddəti əhatə edir. Fikrimcə, əsas şərt partiyanın xalq arasında nüfuzunun olmasıdır. Əgər bu olmasa, seçki kampaniyası dövründə kim olur olsun, güclü seçki texnologiyalarından istifadə edilsə də, heç nə edə bilməyəcəklər. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzu çox yüksəkdir. Partiyamızın məqsədi insanlara aydındır. YAP bu gün mütəşəkkil siyasi qüvvədir və ölkəmizdə bütün ictimai-siyasi proseslərdə fəal iştirak edir, müasir çağırışlara cavab verir. Partiya işinin gücləndirilməsində 1-ci qurultayda İcra Katibliyinin yaradılması mühüm hadisə oldu. O zamandan indiyə qədər İcra Katibliyi çox səmərəli fəaliyyət göstərməkdədir. Ümumiyyətlə, partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Ötən 25 il ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır və möhtəşəm siyasi qüvvəyə çevrilib. Bizim partiyamız döyüşkən və mübariz partiyadır. YAP üzvləri bütün strukturlarda təmsil olunur və Azərbaycanın inkişafı prosesində fəal rol oynayırlar.
Ümumiyyətlə, YAP-ın 25 illik fəaliyyətinə nəzər saldıqda bu partiyanın yenilikçi siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək.
- Partiyamızın yerli strukturlarının fəaliyyətini necə dəyərləndirirsiniz?
- YAP-ın rayon və şəhər təşkilatları da ötən dövr ərzində xeyli inkişaf edib. Onlar bu gün öz işlərini yüksək səviyyədə qurublar. Bu gün YAP-ın 86 rayon və şəhər təşkilatı fəaliyyət göstərir. Onların maddi texniki bazası güclüdür və hər biri müasir tələblərə cavab verən inzibati binalarla təmin olunublar. Yerli təşkilatlarda partiya üzvlərinin sayı da davamlı olaraq artır.
Yerli strukturlar ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər. Bununla belə, hesab edirəm ki, partiyanın rayon və şəhər təşkilatları yerlərdə həyata keçirilən quruculuq işlərində daha fəal iştirak etməlidir. Bunun üçün onların potensialı var.
- Arif müəllim, partiyamıza gənclərin böyük axını var. Gənclərin YAP-da təmsilçiliyinin artmasının əhəmiyyəti nədən ibarətdir?
- Əlbəttə, gənclərin partiyamıza axını çox sevindiricidir. Mən bu faktı yüksək qiymətləndirirəm. Hər bir cəmiyyətin, dövlətin, eləcə də siyasi partiyanın gələcəyi möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Təbii ki, burada yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması da vacib şərtdir. Bilirsiniz ki, hazırda YAP sıralarında gənclərin təmsilçiyi 40 faizə qədərdir. Əlbəttə ki, bizim gələcəyimiz də bu yeni nəsil ilə əlaqədardır. Yaşlı nəsillə gənc nəsil arasında rabitə olmasa, partiyanın gələcəyi müəmmalı olardı. Amma partiyamızda bütün bu işlər dəqiqliklə nəzərə alınır və düzgün qurulub. YAP gəncliyin inkişafına xüsusi diqqət yetirir və onların bilik və bacarıqlarını ifadə etmək üçün hər cür şərait yaradır. Məhz bu səbəbdəndir ki, Azərbaycanın gəncliyi öz siyasi taleyini partiyamızla bağlayaraq sıralarımıza qoşulurlar.
Qeyd etdiyim kimi, gənclərimiz fəaldırlar. Amma onlar bu fəallığı daha da artıra bilərlər. Bilirsiniz ki, ölkəmiz müstəqil, milli maraqlara əsaslanan siyasət həyata keçirir. Bu da bəzi beynəlxalq dairələrin xoşuna gəlmir və Azərbaycana qarşı çirkin kampaniyalar aparırlar. Gənclərimiz müasir texnologiyalardan istifadə edib onlara qarşı mübarizəni daha da gücləndirməlidirlər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37

