Bir aylıq işi bir günə başa çatdırırıq
02.09.2009 [09:19]
Telefonun dəstəyini vədələşdiyimiz vaxtdan gec qaldırır. Salamlaşırıq. Ənənəvi təbriklə söhbətimə başlamaq istəmirəm. çünki müsahibə üçün vaxt razılığına gələndə ad günü söhbətini açmaqdan çəkinmişdim. Bu da səbəbsiz deyil. Birincisi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd etdiyi yaşında görünmür. İkincisi, belə ənənəvi günlərə hesablanmış müsahibələr verməyi sevmədiyini söhbətimizin əvvəlində xüsusi vurğu ilə qeyd etmişdi. Necə deyərlər, arifə bir işarənin kifayət etdiyini düşünmüşdü.
Söhbətə körpü salmaq üçün vədələşdiyimiz saatı ötürdüyümüzü söyləyirəm. özünəməxsus tərzdə gülür və elə həmin tərzdə də üzürxahlıq edir:
- Son vaxtlar gecə yarısına kimi, “fasebook”da oluram. Ona görə də, bir az gecikdim. Deyim ki, çox maraqlıdır. Sanki, bütün dünya sənin evindədir. Fikir mübadiləsi, informasiya çoxluğu, qonaqlarının bolluğu... “Fasebook”da bir tənqidçi ilə tanış oldum. Dörd il əvvəl mənim Elif Şəfəq haqqında yazdığım məqalə ilə tanış olub, öz yazısında sitatlar gətirib, məqaləsi elmi jurnalların birində çap olunub. Görüşdük və biləndə ki, bu adamla biz artıq yazılarımızla tanışıq, düzünü deyim ki, sözün yaxşı mənasında heyrətləndim.
- Gəlin etiraf edək ki, bizdə hələ internet mədəniyyəti formalaşmayıb. Qondarma adlar, yalançı imic və çox dərinə getsək, bu gözəl ünsiyyət vasitəsindən daha çox mənfi yönümdə yararlanmaq...
- Təbii, mən də ədəbiyyat portallarında qondarma adlarla yazılan təhqiramiz şərhlərin əleyhinəyəm və bu mənada sizin fikrinizlə razıyam. Amma “fasebook”da belə deyil. Məsələn, siyasətçilərimizdən Asim Mollazadə ilə burada görüşürük. çox geniş, rahat, vaxt itkisinə yol vermədən, normal münasibətlər qurmaq olur. İctimaiyyətin hər təbəqəsindən, onun bütün problemlərindən söhbət açmaq, müzakirələr aparmaq, səni narahat edən məsələ haqqında danışmaq və sənə yazılan şərhləri oxumaq mümkündür. Ciddiliyi və əyləncəni özündə birləşdirən bir dünya təsəvvür edin.
- Necə deyərlər, bizim çayxanaların virtual forması.
- Hətta canlı ünsiyyətdə bəlkə bir qədər çətinlik yaranar, bu qədər səmimiyyət ola bilməz. Kimsə əziyyət çəkdiyi şəxsi problemini qoyur ortaya və dərhal da ətrafdakılar-qonaqların, dostların maraqlanırlar, yol göstərirlər, münasibət bildirirlər. Həmişə insan cəmiyyətinin laqeydliyindən gileylənmişik. Heç demə insanlar arasındakı ünsiyyətlərdə problemlər varmış. Daxil olduğun virtual dünyada belə laqeydlikdən əsər-əlamət yoxdur. Axşam Los-Ancelesdən bir qız dəvət yazıb:”Rəşad müəllim, buralara yolunuz düşsə ailəlikcə qonağım ola bilərsiniz.” Təəccübləndim ki, bu nədir, elə bil məni Ağcabədiyə qonaq çağırır. Haqqında olan məlumata baxıram ki, millət vəkili Qənirə xanımın bacısıdır. Bu yaxınlarda Qazaxda Gənclərin Yay Universitetində görüşdə olarkən əksəriyyəti yaxınlaşır ki, Rəşad müəllim, biz dostuq bilirsiniz? Bu isə o deməkdir ki, artıq region, əyalət problemi olmayacaq. Virtual ünsiyyət hətta ən əlçatmaz nöqtədə yerləşən bir kəndin ziyalısı ilə paytaxtda yaşayan, toplumun qaynar nöqtəsindəki adama eyni şəraiti yaradacaq.
Bu əlaqələri həm də işlərimə yönləndirirəm. Artıq geniş müzakirəyə səbəb olmuş ədəbi proseslərə münasibətləri baş redaktor kimi burada öyrənirəm, yazarlardan məqalələri qəbul edirəm, oxuyub müəyyən məqamlarını müzakirə edirəm. Müxbirlərimiz müsahibələrini burada alırlar. Yəni “fasebook” “525-ci qəzet”in köməyinə yetir. Bir aylıq, bir həftəlik işi bir günə başa çatdırırıq. Bu isə qəzet üçün, özü də indiki həyat ritminin sürətləndiyi bir vaxtda çox vacib məqamdır.
- Dünya kiçik bir kəndə çevrilir, sizcə?
- Elədir. Arada bəzən dil problemi olur. Bu da yeni nəsil üçün deyil, çünki gənclərimiz bir neçə dil bilir. Bu dünyada yalnız insanlar var, mehriban, ünsiyyətcil.
- Digər ölkələrdən fərqli olaraq bizim yaşlı nəsildən çox az adam bu dünyanın qapılarından keçir. çəkingənlik nə ilə bağlıdır?
- Əslində bizə kənardan elə gəlir. Yaxın günlərin söhbətidir. Naxçıvanın yubleyi ilə bağlı ziyalılardan ibarət qrupla ora səfər etmişdik. Baxdım ki, Misir Mərdanov bir nəfərlə söhbət edir. Deyəsən şikayətçi idi. Misir müəllim elektron poçt ünvanını verdi, hər gün işin sonunda poçtunu yoxladığını, aldığı məktublara cavab yazdığını dedi. Təəccübləndim. çünki mən də düşünürdüm ki, bizdə elektron vərdişlər çox az inkişaf edib.
- Rəşad müəllim, qələm əhli üçün 46 yaş gəncliyin zirvəsidir. Həm də bizim sizə belə münasibətimizə kifayət qədər tutarlı arqumentlər var. AYB-nin gənclər üzrə katibisiniz, eyni zamanda, Gənc Ədiblər Məktəbinin rəhbərisiniz.
-Belə möhtəşəm təbrik üçün çox sağ olun. Gənc Ədiblər Məktəbi Mədəniyyət və Turizm Nazirliyinin layihəsidir. Həm bu məktəbin, həm də artıq öz-özünü təsdiq etmiş və mətbuatda özünəməxsus bir yeri olan mətbu orqanının rəhbəri kimi deyə bilərəm ki, çox yaradıcı, coşqun Azərbaycan gəncliyi formalaşmaqdadır. Onların necə həvəslə qələmə tapındıqlarını, sözün işığına yığışdıqlarını görəndə xariqələr yaradacaqlarına inanıram. Bizim gənclik dünyanı dəyişəcək, mən buna şübhə etmirəm. Ona görə də, istər AYB-dəki, istərsə də rəhbərlik etdiyim qəzetdəki fəaliyyətim zamanı istedadlı gənclərə xüsusi önəm verirəm. Onu da deyim ki, Gənc Ədiblər Məktəbi layihəsi reallaşandan sonra mən öz həmkarlarıma müraciətlər etdim ki, Mədəniyyət və Turizm Nazirliyinin layihəsinə onlar da dəstək versinlər. “Yeni Azərbaycan” qəzetinin kollektivi AYB-də Anar müəllimlə görüşdə olarkən mən qəzetin baş redaktoru Hikmət Babaoğluna da bu təkliflə müraciət etdim və müsbət cavab aldım. İndi ayda bir dəfə “Yeni Azərbaycan” qəzetinin bir səhifəsi gənclərin ixtiyarına verilir.
- Siz həm də Mətbuat Şurasında təmsil olunursunuz. MŞ yaranandan bu vaxta qədər, jurnalistikanın qara yarası olan reket qəzetlərlə mübarizədə ümumi mənzərədə hansı dəyişikliklər baş verib?
- Ən son üsul kimi MŞ reket qəzetlərin siyahısını dərc etməyi seçib. Və mənə elə gəlir ki, xeyli irəliləyişə nail olub. Həm cəmiyyətin maariflənməsi, həm reket qəzetlərin bir qədər qorxuya düşməsi irəliləyiş üçün əsas yaradıb. Hətta Bakı şəhər Təhsil İdarəsi MŞ ilə birlikdə dəyirmi masa keçirib reket qəzetlərin siyahısını da açıqlayıb. Yəni bizdən konkret təhsildən yazan jurnalistlər üçün bir növ zəmanət istəyib. Təəssüf ki, bizdə hələ jurnalistlərin konkret sahələr üzrə çalışması ənənəsi yaranmayıb. Amma yəqin ki, yaxın gələcəkdə bu problem də öz həllini tapacaq. Onu da deyim ki, mətbuat öz əvvəlki nüfuzunu çox tez bərpa edə bilər. Biz şikayətlərlə bağlı iclaslarda olanda görürük ki, cəmiyyət hələ də mətbuatın nüfuz dairəsindədir, onun təsirini çox aydın başa düşür. Bu məqam isə reket qəzetlərlə mübarizədə həm də bir qədər lənglik yaradır. çünki insanlar hələ də qəzetlərdə adlarının hallanmasının və bunun yalan və ya doğru olmasının fərqi olmadan karyeralarına və yaşam tərzlərinə təsir edəcəyini düşünürlər. Deməli, bu məqamdan bacarıqla istifadə edə bilsək, əvvəlki kimi hakimiyyətin dördüncü təkərini tam gücü ilə işə sala bilərik. MŞ-də reket qəzetlərlə mübarizə işinə rəhbərlik edən həmkarım Vüqar Rəhimzadənin adını müsbət mənada xüsusi qeyd etmək istəyirəm. çünki hələ də kimliyindən asılı olmayaraq, çoxları reket qəzetlərin onları şərləməsindən, haqlarında hədyan, böhtan yazmasından qorxur. Bütün bunlarla yanaşı daha vacib bir məqam var ki, bu da Azərbaycan mətbuatının iqtisadi bazasının həddindən artıq möhkəmləndirilməsi ilə bağlıdır. Mətbuata Yardım Fondunun yaradılması çox müsbət hadisədir və biz buna görə Azərbaycan Prezidentinə minnətdarıq. Düşünürük ki, bu Fondun köməyi ilə mətbuatın köklü problemlərini həll etmək mümkün olacaq. Hələ ki, bu il ilk addımlar atılır. Gələn il isə yəqin ki, jurnalistlərin mənzil problemlərinin həlli üçün işlər görüləcək.
- Sonda sizi doğum gününüz münasibətilə bütün “Yeni Azərbaycan”çılar adından bir daha təbrik edirik və maraqlı söhbət üçün təşəkkürümüzü bildiririk.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxGündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57

