Bu gün qarşımızda duran əsas hədəflərdən biri milli kadrların hazırlanmasıdır
09.02.2019 [10:44]
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov www.yap.org.az saytına müsahibə verib:
- Gündüz müəllim, məlumdur ki, Azərbaycanın uğurlu inkişafına qısqanclıqla yanaşan müəyyən dairələr müxtəlif vasitələrlə ölkəmizdə sabitliyi pozmağa çalışır. Bu prosesdə milli mənəvi dəyərlərimiz, dini sabitlik də hədəfə alınır. Belə halların qarşısının alınması ücün insanlar arasında geniş maarifləndirmə tədbirləri həyata keçirilir. Bu barədə nə deyə bilərsiniz?
- Doğrudur, bu cür hallar var və onların qarşısının alınması istiqamətində müvafiq addımlar atılır. Bunlardan biri də cəmiyyətimizin maarifləndirilməsi işləridir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində də maarifləndirmə işləri əsas yerlərdən birini tutur. Onu da qeyd edim ki, maarifləndirmə təkcə dinlə bağlı deyil. Çünki bu sahədə qarşımıza çıxan məsələlərin bir çoxu digər sahələrlə də əlaqəlidir. Bu baxımdan, insanların, o cümlədən gənclərin maarifləndirilməsi işi kompleks şəkildə həyata keçirilməlidir. Ona görə də, Dövlət Komitəsi müxtəlif qurumlarla birgə tədbirlər keçirir və həmin tədbirlər də müxtəlif mövzuları əhatə edir.
Dini maarifləndirmə işi həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mərhələyə keçib. Demək olar ki, bu prosesi Bakı və digər şəhərlərlə yanaşı, regionlarda kəndlərə qədər apara bilmişik. Maarifləndirmə işinin bütün respublikanı əhatə etməsi üçün də müxtəlif qurumlarla əməkdaşlıq edirik. Bu prosesə ekspertləri, ziyalıları, elm xadimlərini cəlb edirik, eləcə də, sosial şəbəkələrin imkanlarından istifadə edirik. Maarifləndirmə tədbirləri seminar, treninqlər, konfranslar, dəyirmi masalar, diskussiyalar, filmlər vasitəsilə həyata keçirilir.
Bilirsiniz ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu maarifləndirmə işlərində fəal rol oynayır. Fondun vasitəsilə bir neçə film çəkmişik ki, bu filmlər kifayət qədər uğurlu olub. Radikalizmə qarşı çəkilən “Şəhadət” və “Fitnə” filmləri demək olar ki, respublikanın bütün məktəblərində də nümayiş olunub. “Oxu” filmi xurafata qarşı yönəlib, “Vəhdət” filmi isə Azərbaycandakı İslam məzhəblərinin tarixən bir yerdə yaşamasının bariz nümunələrini özündə əks etdirir.
Bütün bunlarla yanaşı, maarifləndirmə işlərində çap materiallarının hazırlanması da vacib yer tutur. Komitəmizin mətbu orqanları olan “Dövlət və din” ictimai fikir toplusu və “Cəmiyyət və din” qəzeti pulsuz şəkildə yayılır. Bütövlükdə, çap olunan dini ədəbiyyatın ümumi tirajı bəlkə də 100 mindən artıqdır. Təkcə 100-ə yaxın adda kitablar nəşr olunur.
Əsas fəaliyyət istiqamətlərindən biri də sosial şəbəkələr vasitəsilə maarifləndirmədir. Bu yöndə könüllü şəkildə qruplar formalaşdırılıb ki, bu qrupların səhifələri vasitəsilə maarifləndirmə işi aparırıq. Eləcə də sosial şəbəkələrdə komitə rəhbərliyinin və əməkdaşlarının da səhifələri var.
- Maarifləndirmə işlərinin nəticələri necədir?
- Nəticələri ölkəmizdə dini durumun vəziyyətinə görə qiymətləndirmək olar. Əvvəlki illərlə müqayisədə dini durumun təhlili göstərir ki, bu gün cəmiyyətdə hər kəsin dini radikalizmlə bağlı məlumatı var. Ötən dövrdə cəmiyyətdə dini radikalizmlə bağlı məlumatlar yox səviyyəsində idi. Amma indi insanlar dini radikalizmin nə olduğunu yaxşı bilir. Yəni biz dini radikalizmə qarşı cəmiyyətdə mənəvi immuniteti formalaşdıra bilmişik. Dini duruma gəlincə, zərərli saydığımız dini təriqətlər və cərəyanların fəaliyyəti son dövrlər zəifləyib. İstər İslamla bağlı dini radikalizm cəhdlərinin, istərsə də xristian dini yönündə missioner qrupların zərərli fəaliyyətinin qarşısı alınıb.
Hazırda bu gün üçün qarşımızda duran bir sıra hədəflər var. Əsas hədəflərdən biri milli kadrların hazırlanmasıdır. Bu, radikalizmlə mübarizədə ən effektli vasitələrdən biridir. Bilirsiniz ki, dövlət başçısının qərarı ilə Komitəmizin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Fevralın 9-da institutun yaradılmasının bir ili tamam olur. Artıq instutut tam fəaliyyətə başlayıb, ötən il tələbə qəbulu həyata keçirilib. Bu il də qəbul keçiriləcək. İnstitutun yaradılması bir sıra problemlərin həllinin açarı olacaq. Çünki gənclərimiz dini təhsil almaq üçün xaricə getməyəcək. Artıq öz ölkəmizdə buna imkan var. Xaricdə dini təhsil pulsuz idi. İlahiyyat İnstitutunda da təhsil pulsuzdur, bütün tələbələr təqaüd alır. Ehtiyacları varsa yataqxanalarla təmin olunurlar.
Eləcə də respublikamızda müvafiq olaraq din xadimlərinə maddi dəstək göstərilir. Ötən il ərzində 1000-dən artıq din xadiminə maddi dəstək göstərilib. Bu da dini durumun sabitləşməsi baxımından önəmli amildir. Çünki din adamlarına maddi dəstək göstərilməsə, başqalarının bu sahəni doldurmasına şərait yaranır. Məsələn, düşünün ki, hansısa məsciddir, orada rəsmi din xadimi fəaliyyət göstərmir. Belə olan halda, qeyri-ənənəvi, zərərli, radikal qrupların həmin məscidə meyillənməsinə şərait yaranır. Bu cür məscidlər artıq Azərbaycanda yoxdur. Ölkədə fəaliyyət göstərən bütün məscidlərdə nəzarət tam təmin olunub. Bunun bir səbəbi də Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə din xadimlərinə maddi dəstəyin göstərilməsidir. Bu da cənab Prezidentin din sahəsinə, o cümlədən dindarlarımıza qayğısının bir nümunəsidir.
- Antiazərbaycançı mərkəzlərin əsas məqsədlərindən biri də gənclərimizi milli mənəvi dəyərlərimizdən uzaqlaşdırmaqdır. Sizcə, həmin qüvvələr məqsədlərinə nail ola bilərmi?
- Əlbəttə ki, bütün cəmiyyətimizə xaricdəki müəyyən mərkəzlərin gerçək məqsədləri məlumdur. Bu qüvvələrin Azərbaycan gənclərini özlərinin çirkin məqsədlərinə cəlb etməsi mümkün deyil. Hesab edirəm ki, gənclərimizin milli mənəvi dəyərlərimizdən, milli maraqlarımızdan uzaqlaşdırılması yönündə atılan addımlar nəticəsiz bir cəhddir. Azərbaycan gənclərinin belə cəhdlərə adekvat reaksiyası göz önündədir. Gənclərin istər sosial şəbəkələrdə, istərsə də mənəvi dəyərlərimizlə bağlı nümayiş etdirdiyi mövqe onu deməyə əsas verir ki, bu cür cəhdlər effektsizdir. Bu gün gəncliyimiz milli mənəvi və dini dəyərlərimizə sadiqliyi baxımından mövcud vəziyyəti adekvat qiymətləndirməyi çox yaxşı bacarır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50

