Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir
26.06.2019 [11:33]
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Adil Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Adil müəllim, məlum olduğu kimi, hər il 26 iyun tarixi ölkəmizdə Silahlı Qüvvələri Günü kimi qeyd edilir. Sizcə, bütövlükdə ordu dövlət və cəmiyyət üçün nə deməkdir?
- Bəli, Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il Fərmanına əsasən əlahiddə Azərbaycan korpusunun yarandığı gün - 26 iyun Silahlı Qüvvələr Günü elan olundu və bu tarix rəsmi dövlət bayramı kimi qeyd olunur. Hər bir dövlət ilk öncə adı, bayrağı ilə tanınır. Bir dövlətin var olma səbəbi, yaşam tarixidir ordu. Bayrağının qürurla yüksəklərdə dalğalanmasının, bir millətin millət, xalq olaraq mövcudluğu, güvənc yeri, özünün bütün dünyaya isbatıdır ordu... Ordun varsa, Yurdun var! Ordu dövlətin, cəmiyyətin keşikçisidir. Hər bir dövlətin müqəddəratı, xalqın taleyi ordusundan asılıdır. Ordu öz dövlətini, xalqını qoruyan bir ana timsalıdır.
- Nəzərə alsaq ki, torpaqlarımızın 20 faizi işğal altındadır, onda Silahlı Qüvvələrimizin üzərinə böyük bir məsuliyyət düşür. Necə hesab edirsiniz, ordumuzun döyüş hazırlığı hansı səviyyədədir?
- Azərbaycan Silahlı Qüvvələri “Dünyanın ən güclü ordusu” reytinqində 52-ci yerdədir. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan ordusu hərbi hava və hava hücumunda müdafiə, hərbi dəniz və quru qoşunlarından ibarətdir. Ordumuz potensial düşmənlə hər zaman mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələr sırasındadır.
- İşğalçı Ermənistan tərəfindən vaxtaşırı olaraq cəbhə xəttində təxribatlar törədilir. Və işğalçı ordunun rəhbərliyi bəzi iddialarla çıxış edir. Sizcə, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duruş gətirə bilərmi?
- Stokholm beynəlxalq sülh araşdırmaları institutunun hesabatına görə, 2012-ci ildə dünyada hərbi büdcəsini ən çox artıran ölkə Azərbaycan olub. 2018-ci ildə dövlət büdcəsində müdafiə xərcləri üçün 2,739 milyard manat ayrılıb. Azərbaycan müdafiə xərcləri Ermənistandan təxminən 4 dəfə artıqdır. Azərbaycan ordusunun sayı 374500 nəfər vətəni uğrunda canından belə keçəcək vətənpərvər əsgərdən ibarətdir. Bu ordunun və malik olduğu texnikanın qarşısında erməni ordusu dura bilərmi?! Və gəlin unutmayaq ki, işğalçı bir dövlətin ordusu nə qədər güclü olsa belə, məğlubiyyətə düçardır. İşğalçı dövlətin havadarları güclü olsa da, ordusu ruhən qorxaq olur.
- Ordumuzun NATO standartlarına uyğunlaşdırılması məsələsi də daim cəmiyyətin diqqət mərkəzində olub. Bu baxımdan, mövcud vəziyyəti necə dəyərləndirmək olar?
- Bu gün Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək peşəkarlıqla yerinə yetirmək iqtidarına malikdir. Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin göstərdiyi qayğı nəticəsində vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.
Azərbaycan beynəlxalq aləmdə NATO standartlarına uyğunlaşmış modern ordusu ilə diqqət çəkir. Azərbaycan hərbçiləri NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma kurslarında iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” çərçivəsində inkişaf edir. Bu, ordu quruculuğumuzda növbəti nailiyyətimiz deməkdir.
- Adil müəllim, Milli Məclis tərəfindən hərbi qanunvericilik zərurət olduqca təkmilləşdirilir. Bu mənada, bu sahədə qanunvericilik bazasını necə qiymətləndirirsiniz?
- Milli Məclis tərəfindən hərbi qanunvericiliyin təkmilləşdirilməsi təqdir olunası haldır. Bildiyimiz kimi, hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, digər normativ aktlardan və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Bu gün ordumuzun sıralarında xidmət edən gənclər konstitusiyamızdan irəli gələn tələbləri yetərincə dərk edərək vətənimizə layiqincə xidmət edirlər. Hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və onları vicdanla yerinə yetirməlidir. Bütövlükdə, Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir.
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35

